“Olaylar” informasiya siyasətində balansı qoruyan media quruluşudur- OLAYLAR-30

"Olaylar" faktı informasiyaya  çevirməklə bərabər Azərbaycanın media mühitində öz nüfuzunu, yerini qoruyub saxlayır". "Olaylar" xəbər verir ki, bunu Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli deyib: "Olaylar" çox aydın hədəfi olan, informasiya siyasətində balansı qoruyan media quruluşudur. Həm dövlətin strateji maraqlarını qoruyan, həm də cəmiyyətdə baş verən bütün  proseslərə həssaslıqla yanaşan "Olaylar" ailəsi 30 ildə  çox əhəmiyyətli yol keçib. Bütün istiqamətlərlə bağlı axtardığımız informasiyanı, müxtəlif sahələrlə bağlı şərhləri   bu  media qurumunun səhifələrində görmək mümkündür. 
Onu qeyd edim ki,  "Olaylar" ucuz xəbər,  sensasiya arxansınca qaçıb auditoriyanı aldatmaqla məşğul olmur. Bu media quruluşunda müsbət tendensiyasını müşahidə edirik. Bu da ondan ibarətdir ki, "Olaylar" faktı informasiyaya  çevirməklə bərabər Azərbaycanın media mühitində öz nüfuzunu, yerini qoruyub saxlayır. Medianın ali prinsiplərinə hər zaman əməl edir.
Mən xeyli müddətdir ki, "Olaylar"-la əməkdaşlıq edirəm. Müxtəlif mövzularla bağlı yazılara, icra etdiyimiz layihələr haqqında informasiyalara bu, media qurumu hər zaman diqqət göstərib. Bizə göstərdiyi informasiya dəstəyinə və ümumilikdə  uğurlu fəaliyyətinə görə, "Olaylar" ailəsini ürəkdən təbrik edirəm, yeni-yeni uğurlar arzulayıram. 
"Olaylar"  media quruluşunda  gələcəkdə intensiv şəkildə  jurnalist tədqiqatlarına önəm verilməsini  görmək istərdik. Çünki bu gün həm media, həm də QHT sahəsində davamlı tədqiqatların aparılması zərurət təşkil edir. Yüksək peşəkarlıqla aparılacaq tədqiqat işi dövlətin, millətin strateji maraqlarına xidmərt edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31