Əməkdar artistin pəhriz sirrləri

Əməkdar artist Nahidə Orucova pəhriz sirrini açıqlayıb. Axşam.az-ın məlumatına görə, aktrisa son günlər arıqladığını bildirib: "Son günlər arıqlamışam. Səhər yeməyi yemirəm, ancaq su içirəm. Yarım saat sonra alma yeyirəm. Saat 2-yə kimi belə idarə edirəm. Sonra hər iki saatdan bir az yeməklər qəbul edirəm. Qida rasionuma suda bişmiş ət, tərəvəzlər daxildir. Allah enerji verir. Sağlam arıqlamaq üçün hər şey etməlisən. Pəhrizlə yanaşı idman da olmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31