Bakıda dəhşət: 18 yaşlı qız atalığı tərəfindən zorlandı
22 Oktyabr 2015 17:53 KriminalBakıda 18 yaşlı qız atalığı tərəfindən zorlanıb. Bu haqda zərərçəkmiş qızın özü polisə məlumat verib. Milli.Az xəbər verir ki, musavat.com-un əldə etdiyi məlumata görə, hadisə Xətai rayonu ərazisində baş verib. Rayonun S.Əhmədov küçəsində yaşayan 1997-ci il təvəllüdlü Nahidə Quliyeva (ad şərtidir) polisə müraciət edərək, eyni evdə yaşadığı atalığı tərəfindən cinsi zorakılığa məruz qaldığını bildirib. O bildirib ki, onunla eyni evdə yaşayan atalığı, 1967-ci il təvəllüdlü Yalçın Quliyev (ad şərtidir) ona qarşı zorakılıqla əxlaqsız hərəkətlər edib. Şikayətlə bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31