Xarici siyasət

ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar Ermənistanı da vura bilər

14 Noyabr 2018 13:47

Birləşmiş Ştatların cənub qonşumuz İran İslam Respublikasına qarşı tətbiq etdiyi iqtisadi sanksiyalar getdikcə daha dərin xarakter alır və İranın iqtisadiyyatını tamamilə çökdürmək məqsədi daşıyır. Artıq yeni sanksiyaların Tehrana ciddi şəkildə təsir etdiyi göz qabağındadır. Maraqlı situasiya ondan ibarətdir ki, İrana qarşı tətbiq edilən sanksiyalar rəsmi Tehranla yaxından əməkdaşlıq edən ölkələri də öz əhatə dairəsinə ala bilər. Söhbət İranla yaxın və ya uzaq qonşu olan, bu ölkə ilə müxtəlif sahələrdə əməkdaşlıq edən ölkələrin və ya şirkətlərin həmin sanksiyalara tuş gəlməsindən gedir.