Xarici siyasət

"Məqsəd Azərbaycanla Avropa qurumları arasında münasibətləri zəiflətməkdir"

18 Yanvar 2019 20:46

“Azərbaycan hər zaman beynəlxalq təşkilatlar, Qərb dövlətləri və təsisatlarla uğurlu əməkdaşlıq edir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasında da bildirdi ki, ölkəmizlə Avropa İttifaqı arasında əməkdaşlıq əsasında növbəti saziş hazırlanır. Amma məsələ ondadır ki, bu təsisatlarda Azərbaycanın əleyihə olan, erməni lobbisi tərəfindən həvəsləndirilən bir çoxları Azərbaycan-Aİ arasında münasibətlərin inkişafını istəmir, əksinə daha da pisləşməsinə dair müxtəlif addımlar atırlar”. Bu fikirləri Milli Məclisin deputatı Fərəc Quliyev Avropa Parlamenti tərəfindən “Mehman Hüseynovla bağlı təcili qətnamə”nin qəbuluna münasibət bildirərkən deyib.

Siyavuş Novruzov: "Avropa Parlamentinin bəzi deputatları ermənilərin "konyak diplomatiyası"na qurban gediblər"

18 Yanvar 2019 19:21

Avropa Parlamentinin bəzi deputatları ermənilərin "konyak diplomatiyası"na qurban gediblər. Bunu Milli Məclisin Dini qurumlar və ictimai birliklər komitəsinin sədri, YAP İcra katibinin müavini Siyavuş Novruzov Avropa Parlamenti tərəfindən qəbul edilmiş “Azərbaycanda insan haqları, demkratiya və qanunun aliliyinin pozulması ilə bağlı qətnamə”yə münasibət bildirərkən deyib.

İstanbuldakı baş konsul bəyanat yaydı

18 Yanvar 2019 18:04

20 Yanvar Azərbaycan xalqının müstəqillik tarixində qəhrəmanlıq səhifəsi kimi daxil olub Nigar Nigar “Olaylar” Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev sovet rejimi tərəfindən 1990 –ci ildə Azərbaycan xalqına qarşı törədilən qətliamla bağlı bəyanat yayımlayıb. Olaylar.az bildirir ki, bəyanatda xalqımızın sovet ordusunun qarşısına silahsız çıxaraq canlarını fəda etməsindən 29 il ötür. 1990 –cı il yanvarın 20-də Azərbaycan torpaqlarına göz tikən ermənilərə və sovet rejiminin amansızlığına göz yummayan yüzlərlə insan küçələrə çıxaraq etiraz səslərini ucaltdı. Müstəqillik tələb edən xalqa qarşı rus əsgərlərinin silah vasitəsilə güc göstərməsi sonda qətliamla nəticələndi.

OPEC tədbirlərinin Bakıda keçirilmə vaxtı dəqiqləşib

18 Yanvar 2019 16:25

OPEC və qeyri-OPEC ölkələrinin Birgə Texniki Komissiyasının (JTC) 27-ci iclası və Nazirlərin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclasının Bakıda keçirilmə tarixləri razılaşdırılıb. “OLAYLAR”-a Energetika Nazirliyindən verilən məlumata görə, OPEC Katibliyindən Energetika Nazirliyinə daxil olmuş məktubda Birgə Texniki Komissiya və Nazirlərin Birgə Monitorinq Komitəsinin növbəti iclaslarının müvafiq olaraq 17-18 mart 2019-cu il tarixində keçirilməsi təklif olunub.