İsrailli jurnalistlər Füzulidə ermənilərin tövləyə çevirdiyi Karvansarayda olublar - Foto
20 Aprel 2021 14:59 Xarici siyasətİsrailli jurnalistlərin işğaldan azad olunmuş ərazilərə səfərləri davam edir.
Olaylar.az Trend-ə istinadən bildirir ki, İsrailin "Hayom" qazetinin müxbiri Dean Şumel Elmas və "The Jerusalem Post" və "The Jewish Press" qəzetlərinin siyasi şərhçisi Arye Qutun Füzuli rayonunda Qarğabazar kənd Karvansarayında olublar.
Ermənilər Füzuli rayonunu işğalda saxladıqları dövrlərdə həmin karvansaraydan tövlə kimi istifadə edib, orada mal-qara saxlayıblar. Media nümayəndələri həmçinin bu rayonlardakı dağıntılar və erməni vandalizmi ilə əyani tanış olublar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31