Hulusi Akar Xocalıya həsr olunmuş sərginin açılış mərasimində iştirak edib Video
11 Mart 2021 13:44 Xarici siyasətTürkiyənin milli müdafiə naziri Hulusi Akar Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Yaşar Gülər, Quru Qoşunları Komandanı ordu generalı Ümit Dündar, Hərbi Dəniz Qüvvələri Komandanı Adnan Özbal və Hərbi Hava Qüvvələrinin Komandanı ordu generalı Həsən Küçükakyüzlə birlikdə Mərkəzi Zabitlər Evində "29-cu ilində Xocalı Soyqırımı" foto sərgisinin açılış mərasimində iştirak edib.
Olaylar.az Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən verdiyi xəbər verir ki, H. Akar Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun dəstəyi ilə keçirilən sərgini ziyarət edərkən ona fotolara dair məlumatlar verilib.
H. Akar Xocalı qətliamını unutmadıqlarını qeyd edib: "29 il əvvəl Xocalıda vəhşicəsinə qətlə yetirilən azərbaycanlı qardaşlarımızı rəhmətlə yad edirəm. Azərbaycan Türkü qardaşlarımızın acısını ürəyimizdə yaşamağa davam edirik. Bu qətliamı unutmadıq, unutmayacağıq. Keçmişi əsla unutmayacağıq, fəqət gələcəyə baxacağıq. Xocalıda şəhid edilən bütün soydaşlarımıza Allahdan rəhmət diləyirəm".
Gülər Seymurqızı