Zakir Həsənov Türkiyəyə başsağlığı verdi: "Sizin acınız bizim də acımızdır"

Azərbaycan Republikasının Müdafiə naziri general-polkovnik  Zakir Həsənov Türkiyə  Milli Müdafiə Naziri Hulusi Akar və Baş Qərargah rəisi General Yaşar Gülərə Tatvanda hərbi vertolyot qəzası nəticəsində 11 əsgərin ölümü ilə əlaqədar başsağlığı mesajı göndərib.

Olaylar.az xəbər verir ki, Müdafiə naziri Zakir Həsənov  Tatvanda hərbi vertolyot qəzası nəticəsində 11 əsgərin ölümü ilə əlaqədar göndərdiyi başsağlığı mesajında  Elazığ 8. Korpus Komandiri Osman Erbaş da daxil olmaqla digər əsgərlərin şəhid olması  xəbərinə  üzgünlüyünü ifadə  edib. 

Mesajında ​​"Sizin dərdiniz bizim dərdimizdir" ifadəsini istifadə edərək Həsənov şəhidlərə rəhmət dilədiyini və yaxınlarının dərdini bölüşdüyünü bildirib.

Gülər Seymurqızı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31