İstanbulda Xocalı soyqırımının qurbanlarına həsr olunan fotosərginin açılışı olub
İstanbulda Xocalı soyqırımının qurbanlarına həsr olunan fotosərginin açılışı olub
26 Fevral 2021 12:22 Xarici siyasətFevralın 25- də İstanbulun mərkəzində yerləşən Bəyoğlu Galatasaray Meydanında Xocalı Soyqırımına həsr edilən həsr olunan fotosərginin açılışı olub.
"Olaylar.az"ın Türkiyə bürosunun verdiyi məlumata görə, fotosərgi Azərbaycanın İstanbul Baş Konsulluğunun və Bəyoğlu Bələdiyyəsinin birgə təşkilatçılığı ilə yaradılıb.
Fotosərginin açılışında Azərbaycan İstanbul Baş Konsulu Nərminə Mustafayeva, Bəyoğlu Bələdiyə rəisi Haydar Ali Yıldız, Xarici Diplomatik təmsilçilərin nümayəndələri, elm, sənət və iş dünyasının nümayəndələri, Azərbaycan İstanbul İcmasının fəal üzvləri iştirak ediblər .



Mehdi SƏLİMOV
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31