Xocalı qurbanları Ankarada anıldı

Xocalı faciəsinin qurbanları Türkiyənin paytaxtı Ankara şəhərində anılıb.

Olaylar.az xəbər verir ki, Xocalı faciəsinin qurbanlarının anma mərasimi Keçiörəndəki  Azərbaycan Parkında təşkil olunub. Anma mərasimi iki ölkənin dövlət himnlərinin oxunması, bir dəqiqəlik sükut və Quran tilavəti ilə başlayıb.

Anma mərasiminə Azərbaycanın Ankaradakı səfiri Hazar İbrahim, Keçiören Bələdiyyə Başçısı Turqut Altınok, azərbaycanlı millət vəkil Sultan Məmmədov, millət vəkilləri, bələdiyyə başçıları və siyasətçilər qatılıb.

Sonda isə sözləri Əhməd Cavada, musiqisi isə Üzeyir Hacıbəyova məxsus "Çırpınırdı Qara dəniz" mahnısı azərbyacanlı müğənni Azərinin ifasında səsləndirilib.

Gülər Seymurqızı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31