ABŞ-dakı türk birlikləri Xocalı soyqırımını qınadı
ABŞ-dakı türk birlikləri Xocalı soyqırımını qınadı
26 Fevral 2021 11:10 Xarici siyasətAmerika Birləşmiş Ştatlarındakı türk qeyri-hökumət təşkilatları Xocalı qətliamını törədən erməni liderlərinin məsuliyyətə cəlb olunması üçün çağırış ediblər.
Olaylar.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, ABŞ-da fəaliyyət göstərən türk qeyri-hökumət təşkilatları Xocalı qətliamının 29-cu ildönümü üçün bir mesaj yayımlayıb.
Türk-Amerikan İdarəetmə Komitəsi tərəfindən yayımlanan mesajda Ermənistan ordusunun Azərbaycanın Xocalı şəhərində 106 qadın, 63 uşaq daxil olmaqla 613 mülki şəxsin öldürülməsini pisləyib.
Mesajda "Beynəlxalq birlikləri erməni qüvvələrinin törətdikləri vəhşiliklər barədə məlumatlandırmalı və bu dəhşətli hərbi cinayətə görə ədalət tələb etməliyik" bildirilib.
Türk Amerikan Dərnəkləri Şurasının (ATAA) yayımladığı mesajda da 1992-ci ildə Xocalıda erməni qüvvələri tərəfindən törədilən qətliam pislənilib, ABŞ və beynəlxalq ictimaiyyəti bu cinayətə görə erməni liderlərini məsuliyyətə cəlb etməyə çağırdı.
Gülər Seymurqızı
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31