Evdən xeyli qızıl-zinət əşyaları oğurlayan qadın saxlanıldı

Bərdə rayon sakini E.Vəliyevin evindən xeyli sayda qızıl-zinət əşyaları və 300 ABŞ dolları məbləğində pulu oğurlanıb. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Olaylar"a verilən məlumata görə, oğurluq əməlini törətməkdə şübhəli bilinən Yevlax şəhər sakini S. Nadirova saxlanılıb. Oğurlanmış 4 ədəd qızıl üzük, 2 cüt qızıl sırğa, 1 ədəd qızıl boyunbağı, 1 ədəd qızıl saat və 1 ədəd qızıl lirə maddi sübut kimi götürülüb. Dindirilmə zamanı S. Nadirova törətdiyi cinayət əməlini etiraf edib. Faktla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31