Ərdoğan Azərbaycan-Türkiyə Mədəniyyət mərkəzlərinin təsis olunması haqda Sazişi təsdiqləyib
11 Fevral 2021 13:13 Xarici siyasətTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Mədəniyyət mərkəzlərinin təsis olunması, iş mexanizmi və fəaliyyətləri haqqında Saziş"i təsdiq edib.
Olaylar.axz APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Resmi Gazete"sində məlumat verilib.
Qeyd edək ki, "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Mədəniyyət mərkəzlərinin təsis olunması, iş mexanizmi və fəaliyyətləri haqqında Saziş" 2018-ci ilin 25 aprel tarixində Ankarada imzalanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31