“Vedomosti” Azərbaycan Prezidentini ilin siyasətçisi seçdi
25 Dekabr 2020 11:53 Xarici siyasətRusiyanın məşhur "Vedomosti" nəşri altı nominasiya üzrə ilin personası ilə bağlı illik xüsusi layihəsinin nəticələrini dərc edib.
Olaylar.az "Report"a istinadən xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev nəşrin oxucuları arasındakı səsvermədə "İlin siyasətçisi" seçilib.
Nəşr yazır: "İlham Əliyevi haqlı olaraq ordusu 2020-ci ildə inandırıcı hərbi qələbə qazanan, region miqyasına görə isə əsl triumf əldə edən yeganə lider adlandırmaq olar".
İlin siyasətçiləri siyahısında həmçinin Türkiyə PrezidentiRəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin və ABŞ-da prezident seçkisində qalib gələn Cozef Bayden də var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31