Teatr və kino

Azərbaycanlı aktyor Gürcüstanda

24 Aprel 2018 09:30

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Kalmıkiya Respublikasının Əməkdar Artisti İlham Əsədov Gürcüstan Dövlət Peşəkar Gənc Tamaşaçılar Teatrının 90 illik yubiley tədbirlərində iştirak edib. Aktyor Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Mixail Georqadze, Tiflisdə fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Dram Teatrının direktoru Varlam Nikoladze ilə görüşüb. Görüş zamanı aktyor təmsil etdiyi sənət ocağı ilə qarşılıqlı yaradıcılıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi məqsədilə aparılan layihələr və 145 yaşlı Azərbaycan teatrı haqqında geniş məlumatlar verib.

Azərbaycanlı aktyor koreyalı rejissorun filmində

24 Aprel 2018 09:21

Azərbaycanlı aktyor Faiq Mirzə yeni filmə çəkilir.  O, bu dəfə koreyalı rejissor Vladimir Mumun bədii sənədli filmində Jan Valjan obrazını yaradacaq. "Jan Valjan çox mürəkkəb və bəşəri bir obrazdır. Bu obrazı dünya kinosunun ən məşhur aktyorları ifa ediblər. Jan Qaben, Jerar Depardye, Liam Nisn və digər aktyorlar müxtəlif illərdə bu rolu mükəmməl oynayıblar. Tamaşaçı önündə Jan Valjanı yenidən oynamağın məsuliyyətini, yəqin ki, başa düşürsünüz. Bu filmdə eyni zamanda başqa rola-Leonardo da Vinçi obrazına da sınaq çəkilişi etmişdilər.

Musiqili Teatrın gənc dirijoru Filarmoniyanın səhnəsində

24 Aprel 2018 09:16

Mədəniyyət Nazirliyinin dəstəyi ilə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Gənclərə dəstək” layihəsi çərçivəsində növbəti konsert proqramı təqdim olunub. Konsert çərçivəsində ölkənin müxtəlif musiqi məktəblərində təhsil alan yeniyetmə və gənc istedadlar- musiqiçi və vokalçılar Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə məharətlərini nümayiş etdiriblər.

“IMAGINE” Avropa Tolerantlıq Festivalı çərçivəsində - “Human”

21 Aprel 2018 08:56

Mayın 6-da “Fairmont Baku” otelində fransalı rejissor Yan Artüs Bertranın “Human” adlı sənədli filmi təqdim olunacaq. “IMAGINE” Avropa Tolerantlıq Festivalı çərçivəsində nümayiş ediləcək ekran əsəri ingilis dilində subtitrlər vasitəsilə izləniləcək. “Human” insan anlayışının ən dərinliklərinə dalan hekayə və şəkillər toplusudur. Film insanı sevgi, xoşbəxtlik, eləcə də nifrət və zorakılıq hekayələri vasitəsilə “başqası” ilə üzləşdirir və insanın şəxsi həyatına nəzər salmağa dəvət edir.

Teatrın direktoru Kalmık Milli Dram Teatrının baş direktoru ilə görüşdü

21 Aprel 2018 08:51

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidov ölkəmizdə səfərdə olan B.Basanqov adına Kalmık Milli Dram Teatrının baş direktoru Qalina Şurayeva ilə görüşüb. Görüş zamanı iki teatr arasında davam edən yaradıcılıq münasibətləri, Azərbaycan Kalmıkiya mədəni əməkdaşlığında teatrların rolu mövzusunda fikir mübadiləsi aparılıb. İki teatr arasında gələcəkdə daha böyük layihələrin reallaşması ilə bağlı məsələlər müzakirə edilib. Həmçinin Azərbaycan və Kalmıkiya arasındakı qarşılıqlı yaradıcılıq müqaviləsinin növbəti mövsümdə daha da genişləndirilərək maraqlı layihələrin, rejissor və tamaşa mübadilələrinin hər iki ölkə teatrları üçün əhəmiyyətindən danışılıb.

Teatr səfərə hazırlaşır

21 Aprel 2018 07:56

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Makedoniya Respublikası Bitola Mədəniyyət Mərkəzinin dəvəti ilə may ayının 10-dan 16-dək Bitola şəhərində keçiriləcək “XX Beynəlxalq Monodram” festivalında iştirak edəcək. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşacaq sözügedən festivalda iştirak etmək üçün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Əməkdar incəsənət xadimi Mübariz Həmidovun müvafiq əmri ilə Xalq artisti, rejissor Cənnət Səlimova, Əməkdar artist Şövqi Hüseynov və səhnə maşinisti Zaur Abasov may ayının 10-dan 16-dək Bitola şəhərinə ezam olunacaqlar.

“Avtoportret” sənədli filmi təqdim edildi

21 Aprel 2018 07:53

Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Avtoportret” sənədli filminin təqdimatı olub. Dövlət sifarişi ilə “Dublyaj” studiyasında istehsal olunan film görkəmli rəssam, Əməkdar İncəsənət Xadimi Eyyub Hüseynovun həyat və yaradıcılıq yoluna həsr edilib. Tədbirdə mədəniyyət və turizm nazirinin müavini vəzifəsini icra edən Ədalət Vəliyev XX əsr Azərbaycan rəssamlığının inkişafında böyük xidmətləri olan rəssamın həyat və yaradıcılığı haqqında iştirakçılara ətraflı söz açıb, onun əziz xatirəsinin sənətsevərlərin qəlbində daim yaşayacağını söyləyib. Vurğulayıb ki, E.Hüseynovun sənəti tələbələrinin, ən başlıcası, iki oğlunun örnəyində davam etdirilir.

Həftəsonu Afaq Bəşirqızı ilə...

19 Aprel 2018 18:14

Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu maraqlı tamaşalar nümayiş olunacaq. 20, 21, 22 aprel tarixlərində saat 19.00-da “Talelər qovuşanda” (R.Hacıyev, F.Zöhrabov, E.Ocaqov), “Toya bir gün qalmış” (Ə.Səmədli) və “O olmasın, bu olsun” (Ü.Hacıbəyli) tamaşaları təqdim ediləcək. Musiqili Teatr balaca teatrsevərlərin görüşünə 21 və 22 aprel saat 12:00-da “Dəcəl çəpişlər” (O.Zülfüqarov, R.Heydər) və “Yatmış gözəl və cırtdanlar” (Ş.Pero, səhnələşdirən A.Sadıqov) tamaşası ilə gələcək.

Həftəsonu  Gənc Tamaşaçılar Teatrında

19 Aprel 2018 17:50

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı həftəsonu üçün maraqlı repertuar tərtib edib. Hər zaman olduğu kimi bu dəfə də paytaxt sakinləri və şəhərimizin qonaqları teatrın repertuarında olan rəngarəng səhnə əsərləri ilə tanış olmaq imkanı qazanacaqlar. Aprelin 20-si saat 19:00-da teatrın Kiçik səhnəsində T.Vəliyevanın “Cəza” tamaşası nümayiş olunacaq. Teatrsevərlər aprelin 21-i teatrın səhnəsində Ə.Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları”, 22-i isə V.Siqarev “Ağ ölüm” tamaşasına baxa biləcəklər. Hər iki tamaşa saat 19:00-da nümayiş olunacaq.

Teatr növbəti səfərə hazırlaşır

18 Aprel 2018 17:29

Özünün 90 illik yubileyini qeyd etməyə hazırlaşan Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı növbəti səfərə hazırlaşır. ADGTT dünyanın bir sıra teatrları ilə, eləcə də RF-nın tərkibində fəaliyyət göstərən xarici ölkə teatr kollektivləri ilə “qarşılıqlı qastrol səfərlərinə dair” yaradıcılıq müqavilələri imzalamışdır. Hələ ötən il əldə olunmuş razılığa əsasən ADGTT-nın kollektivi Gürcüstan Dövlət Peşəkar Gənc Tamaşaçılar Teatrının, Çeçenistan Dövlət Gənc Tamaşaçılar və Şimali Osetiya-Alaniya Respublikasının Vladiqafqaz şəhərində “Sabi” Dövlət Gənc Tamaşaçılar teatrlarının qonağı olaraq maraqlı tamaşalarla çıxış etmişlər.

“Şüuraltı kölgələr” nümayiş olundu

18 Aprel 2018 17:25

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetin qarşısında, açıq havada teatr rejissoru ixtisasında təhsil alan magistr tələbəsi Younes Valipourun “Şüuraltı kölgələr” psixoloji tamaşası nümayiş olunub. Tamaşada dörd aktyor - Aktyorlar Mirqabil Əkbərov, Anar Buludov, Gövhər Şahbanova  və Tunar Əlizadə  iştirak edir. “Şüuraltı kölgələr” 25 aprel- 1 may tarixlərində Təbrizdə keçiriləcək “Təbrizim” V Beynəlxalq küçə teatr festivalında iştirak üçün hazırlanıb.

"Sən də Azərbaycanı gör" – Türkiyədə konsert

18 Aprel 2018 16:29

Azərbaycan Dövlət Akademik Opera və Balet aparıcı solistləri, Respublikanın Əməkdar artisti Afaq Abbasova və Xalq artisti Samir Cəfərov 24-26 aprel tarixlərində Türkiyə Respublikasına qastrol səfərinə dəvət olunublar. Olaylar.az bildirir ki, aprelin 25-də baş tutacaq konsert "Sən də Azərbaycanı gör" adlanır. Konsert proqramı Azərbaycanın dahi bəstəkarı Qara Qarayevin 100 illiyinə həsr olunmuşdur. May ayında isə Afaq Abbasovanın Avropa ölkələrinə səfərləri baş tutacaq.

“Nar bağı” 17-ci “IMAGINEINDIA” Beynəlxalq Film Festivalında

18 Aprel 2018 11:51

“Nar bağı” bədii filmi İspaniyada keçirilən 17-ci “IMAGINEINDIA” Beynəlxalq Film Festivalının müsabiqə mərhələsinə dəvət alıb. “Azərbaycanfilm” kinostudiyası və “Buta film”  kino şirkətinin birgə istehsalı olan film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilib.

Fatiməyə təcavüz edən rejissoru 20 ilədək həbs gözləyir

16 Aprel 2018 11:04

Rusiyada yaşayan aktrisa-müğənni Fatimə Abbasquliyeva  müəllimi, məşhur rejissor Mark Razovski tərəfindən zorlandığını demişdi. Fatimə 81 yaşlı Razovskini məhkəməyə verib. Bu haqda aktrisa özü xəbər yayıb. O bildirib ki, bunun üçün 12 vəkilin köməyindən istifadə edib: