Teatr və kino

“Nar bağı” filmi beynəlxalq festivalda nümayiş olunub

15 Aprel 2018 13:40

Azərbaycanlı rejissor İlqar Nəcəfin “Nar bağı” bədii filmi Vyanada “LET´S CEE” beynəlxalq film festivalında nümayiş olunub. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və “Buta Film” kino şirkətinin birgə istehsalı olan ekran əsəri tamaşaçılar və kinematoqrafçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb. Filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu rejissoru İlqar Nəcəf, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firudin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir.

Lütfi Zadənin xatirəsinə həsr edilmiş tamaşaya ictimai baxış keçirildi

13 Aprel 2018 16:20

Aprelin 13-də Azərbaycan Dövlət Gənc Yamaşaçılar Teatrında dünya şöhrətli alim Lütfi Zadənin xatirəsinə həsr olunmuş isveç yazıçısı Fridrix Dürremattın “Dəlixanada qətl” pyesi əsasında eyniadlı tamaşaya ictimai baxış keçirlib. Tamaşanın rus dilindən Dilsuz Mustafayev tərcümə edib. Səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatı İradə Muradova, rejissor assistenti Sevda Hacışəmiyevadır.

Teatrda vakansiya

13 Aprel 2018 16:17

Azərbaycan Dövlət Musiqili Teatrı aşağıdakı ixtisaslar üzrə işə qəbulla bağlı müsabiqə elan edir: 1. Aktyorluq sənəti üzrə (azərbaycan və rus bölməsi) 2. Orkestr ifaçılığı 3. Rəqs sənəti Müsabiqənin şərtləri:

Həftəsonu Musiqili Teatrda

13 Aprel 2018 15:20

Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu maraqlı tamaşaların nümayişi gözlənilir. Qurumun mətbuat xidmətindən Olaylar.az-a bildirilib ki, bu gün saat 19:00-da "Mən dəyərəm min cavana” (F.Sücəddinov, T.Vəliyeva), 14 aprel saat 19:00-da "Baladadaşın toy hamamı” (Elçin, F. Allahverdi), 15 aprel saat 19:00-da "999-cu gecə” (F.Əmirovun musiqiləri və "Min bir gecə” nağıllarının motivləri əsasında) tamaşaları təqdim ediləcək.

Dünya opera ulduzları Azərbaycanda - “Madam Batterflyay”

13 Aprel 2018 10:08

Mayın 3-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında İtaliyanın Azərbaycandakı səfirliyinin birgə layihəsi kimi Cakomo Puççininin  “Madam Batterflyay” operasının tamaşası keçiriləcəkdir. Tamaşada əsas partiyanı Çio-Çio-San rolunu tanınmış italyan opera müğənnisi Silvana Fraş ifa edəcəkdir. Vətəni İtaliyada çıxış etməklə yanaşı, o həm də Almaniya, Belçika, Norveç. İngiltərə, İspaniya, ABŞ kimi ölkələrdə uğurla keçən qastrol səfərlərində olmuşdur. Şarples rolunda  isə Ukrayna Milli operasının solisti, Ukraynanın Əməkdar artisti Dmitri Qrişin çıxış edəcəkdir.

Daha bir filmimiz Kann festivalına təqdim olundu

13 Aprel 2018 09:54

“Şollerin arxivi” bədii filmi 71-ci Kann filmi festivalına təqdim olunub. Filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov AZƏRTAC-a deyib ki, festivala martın 5-də filmlərin qəbulunun dayandırılmasına baxmayaraq, “Şollerin arxivi”ni apreldə qeydə alıblar. Hətta festivala qəbul üçün ödəniş rüsumlarını da özləri ödəyib. Rejissor bildirib ki, filmin çəkilişləri 11 ay davam edib. Triller janrında lentə alınan ekran əsərinin rejissoru, tanınmış kinematoqrafçı Adil Qulamov, quruluşçu operatoru Fahir Səmədoğlu, montajçısı Faiq Nagiyevdir.

Yeni tamaşa hazırlanır - Gənc Tamaşaçılar Teatrında

13 Aprel 2018 09:20

Doxsan illik yubileyini qeyd etməyə hazırlaşan Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında növbəti yeni tamaşa hazırlanır. Olaylar.az bildirir ki, Azərbaycan xalq nağılı əsasında səhnələşdirilmiş və teatrın repertuar planında təsdiq olunan “Tənbəl Əhməd” adlı səhnə əsəri gənclər və yeniyetmələrə xeyirxahlıq, zəhmətkeşlik, sədaqətlilik kimi yüksək insani keyfiyyətləri aşılayır. Tamaşanın quruluşçu rejissoru gənc rejissor Ayla Osmanovadır.

“Şah Qacar” yenidən səhnədə

12 Aprel 2018 14:28

Aprelin 13-də Akademik Milli Dram Teatrında “Şah Qacar” tamaşası növbəti dəfə nümayiş olunacaq. Olaylar.az bildirir ki, əməkdar incəsənət xadimi Əli Əmirlinin “Bütün deyilənlərə rəğmən və ya Ağa Məhəmməd Şah Qacar” pyesi əsasında hazırlanan səhnə əsərinin müəllifi, quruluşçu rejissoru və rəssamı xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Babalı, bəstəkarı xalq artisti Siyavuş Kərimi, işıq rəssamı Rafael Həsənov, elmi məsləhətçisi akademik Çingiz Qacardır. Tamaşa Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında hazırlanıb.

Azərbaycan Kann festivalında təmsil olunacaq

11 Aprel 2018 08:02

Mayın 8-19-da Fransada Beynəlxalq Kann Film Festivalına keçiriləcək. Rejissor və prodüser Teymur Hacıyev “Kanöz” film layihəsi ilə Azərbaycanı festivalda ikinci dəfə təmsil edəcək. Bu layihə çərçivəsində rejissorun “Dağılmış” (“Torn”) filmi nümayiş olunacaq.

Həftəsonu 7 tamaşa nümayiş ediləcək

11 Aprel 2018 07:47

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının bahar əhvallı həftəsonu repertuarı maraqlı tamaşalarla zəngindir. Həmişə olduğu kimi bu həftə də teatrın reperatuarı həm məktəblilər həm də gənc və yaşlı nəslin zövqünü oxşamağa çalışıb. Belə ki, aprel ayının 13-də saat 19:00-da teatrın kiçik səhnəsində P.Zyuskindin “Kontrabas” tamaşası nümayiş olunacaq. Aprel ayının 14-ü teatrın kolletivi H.Cavidin “Şeyx Sənan”, 15-i M.Füzulinin “Leyli və Məcnun” tamaşaları ilə qonaqların və şəhər sakinlərimizin görüşünə gələcək. Aprelin 16-da isə ADGTT-nın səhnəsində Sumqayıt Dövlət Dram Teatrının kollektivi N.Muradoğlunun “Zülmətdə işıq” tamaşası ilə çıxış edədək. Qeyd edilən tamaşalar saat 19:00-da nümayiş olunacaq.

Teatr Gürcüstanlı həmkarlarını təbrik edəcək

11 Aprel 2018 07:41

Gürcüstan Dövlət Peşəkar Gənc Tamaşaçılar Teatrının 90 illik yubiley tədbirlərində iştirak etmək üçün ADGTT-ı rəhbərliyinin göstərişi ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Kalmıkiya Respublikasının Əməkdar artisti İlham Əsədov aprel ayının 13-dən 19-dək Gürcüstana ezam olunacaqdır. Aktyor silsilə yubiley tədbirlərində ADGTT-nı təmsil edəcək.

“Məzəli foto” nun Beynəlxalq uğuru

10 Aprel 2018 16:06

Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilən “ГаШоТю” IV Beynəlxalq Komediya Sənəti Festivalı sona çatıb. Ən yaxşı qısametrajlı komediya filmi, komedik pyes, məzəli hekayə və məzəli foto nominasiyaları üzrə Ukrayna, Polşa, Fransa, Rusiya, İsrail və digər ölkələr ilə yanaşı festivalda Azərbaycan da finala vəsiqə alıb. Festivalın təşkilat komitəsində yer alan “Atropatena Films Prodakşın”ın rəhbəri, rejissor və ssenarist Tərlan Göycəli bildirib ki, festivala fəxri qonaq qismində dəvət olunan Arzu Mürvətova Azərbaycanı “Məzəli foto” nominasiya üzrə təmsil edib. Beynəlxalq Teatr günü festivalın rəsmi açılışında finalçı Arzu Mürvətova tərəfindən hazırlanan Bakı haqqında qısametrajlı çarx tamaşaçılar tərəfindən yüksək qiymətləndirilib.

“Batalyon” sənədli filmi nümayiş olundu

10 Aprel 2018 08:58

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tanınmış rejissor, Əməkdar incəsənət xadimi Nizami Abbasın çəkdiyi “Batalyon” sənədli filmi nümayiş olunub. Film 1991-ci ildə yaranmış, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda qəhrəman döyüşlər aparmış əfsanəvi Tərtər batalyonu haqqındadır və Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirliyi “Yaddaş” studiyası tərəfindən hazırlanıb.

Bakıda ilk dəfə Latın Amerikası Kinofestivalı keçiriləcək

10 Aprel 2018 08:15

Meksikanın Azərbaycandakı səfirliyinin təşkilati dəstəyi ilə aprelin 16-dan 19-dək Bakıda ilk Latın Amerikası Kinofestivalı keçiriləcək. Festival çərçivəsində filmlər “Park Cinema” (“Flame Towers”) kinoteatrında, “Landmark” kompleksinin kino zallarında, həmçinin Azərbaycan Dillər Universitetinin binasında nümayiş etdiriləcək.

Xalq Artisti Eldəniz Zeynalovun ömür yolu ekranlaşdırılıb

8 Aprel 2018 20:19

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (QSC) “Bizə xatirələr qalacaq” sənədli televiziya filminin istehsalını başa çatdırıb. QSC-nin mətbuat xidmətindən bildirilib ki, filmdə görkəmli aktyor, Xalq Artisti Eldəniz Zeynalovun taleyinə, yaradıcılıq yoluna nəzər salınıb. Ekran işində aktyorun iştirak etdiyi tamaşalardan, çəkildiyi kinofilmlərdən, “Mozalan” kinojurnalından kadrlar yer alıb.