Teatr və kino
Görmə və eşitmə qüsuru olan insanlar üçün “Dolu” filmi təqdim olunacaq
Mayın 7-də Nizami Kino Mərkəzi “Kino hər kəs üçün” layihəsi çərçivəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi , Əlil Ziyalılar İctiami Birliyi və Azərbaycan Gözdən Əlillər Cəmiyyəti ilə birgə görmə və eşitmə məhdudiyyətli olan insanlar üçün tiflo tərcümə edilmiş milli “Dolu” filmini təqdim edəcək.
Xalq artisti vəfat etdi
Tanınmış kino aktyorunun xatirəsi anılacaq
Mayın 4-də Dövlət Film Fondunda unudulmaz kino aktyoru Bahadur Əliyevin 85 illiyinə həsr edilən tədbir keçiriləcək. Olaylar.az bildirir ki, Mədəniyyət Nazirliyinin və Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə reallaşacaq tədbirdə aktyorun yaradıcılığı haqqında fotosərgi nümayiş etdiriləcək, sənətkarın mədəniyyətimizin inkişafındakı xidmətlərindən danışılacaq.
"OL" filmi ətrafında QALMAQAL
Kinorejissor Namiq Ağayev “Ol” adlı yeni filmi yaxın günlərdə tamaşaçılara təqdim olunub. Olaylar.az bildirir ki, yaradıcı heyətlə Cinema Plus şirkəti arasında qalmaqal yaşanılıb. Bu haqda ötən gün filmin ssenari müəllifi və rejissoru Namiq Ağayev sosial şəbəkə hesabından məlumat verib:
"Qisasçılar: Sonsuzluq savaşı" bütünlükdə IMAX® kamerası ilə çəkilmiş ilk Hollivud filmi
IMAX və MARVREL əməkdaşlığının 10 illiyini "Qisasçılar: Sonsuzluq savaşı" blokbasterinin nümayişi ilə qeyd edəcək. MARVEL kino kainatının bütün personajlarının ilk dəfə olaraq bir araya toplaşdığı "QİSASÇILAR: SONSUZLUQ SAVAŞI" filmi ilk səhnədən tutmuş sonuncuya kimi bütünlüklə IMAX kamerası ilə çəkilmiş ilk bədii Hollivud filmidir. Çəkiliş zamanı ALEXA IMAX kamerasından istifadə olunmuşdur. Tanınmış rejissorlar öz sənət əsərlərini ərsəyə gətirmək üçün artıq IMAX avadanlığından istifadə etmişlər, məsələn Kristofer Nolan, Rayan Conson, Maykl Mey və Russo qardaşları. Lakin indiyə kimi bu kamerdan istifadə qismən olmuşdur.
Gürcüstanda “Əli və Nino” tamaşasının premyerası olacaq
Mayın 1-də Tbilisidə Şota Rustaveli adına Teatrda “Əli və Nino” romanı əsasında səhnələşdirilmiş eyniadlı tamaşanın premyerası olacaq. Tamaşa İvane Maçabeli adına Tsxinvali Dövlət Dram Teatrı tərəfindən hazırlanıb. Əsərin səhnə versiyasının rejissoru Qoça Kapanadzedir.
Xalq artisti: “Artıq dramatik obrazlarda oynamaq istəyirəm”
Xalq artisti Firəngiz Mütəllimova 2009 –cu ildən yayımlanmağa başlayan “Bacanaqlar” serialında davamlı olaraq yer alır. Olaylar.az – a bu barədə açıqlama verən xalq artisti bildirdi ki, o kollektivə olan sədaqətindən dolayı buradadı. “Bizim orda yerimiz ssenariyə görə deyil. Biz orda çox az görünürük. Bu da mənim zamanımın az olması ilə əlaqədardı. Bildiyiniz kimi Mədəniyyət və İncəsənət Universitetində də dərs deyirəm. Serial elə bir işdir ki, gərək davamlı olaraq çəkiliş meydançasında olasan. “Bacanaqlar” da həftədə bir dəfə çəkilişə gedirəm.
Akademik Milli Dram Teatrı Beynəlxalq Teatr Festivalında
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Türkiyənin Konya şəhərində keçiriləcək “Min nəfəs, bir səs” türkdilli ölkələrin Beynəlxalq Teatr Festivalında ölkəmizi təmsil etmək üçün bu ölkəyə səfər edib. Olaylar.az bildirir ki, 11-ci dəfə keçirilən nüfuzlu festivalda mədəniyyət ocağının kollektivi aprelin 30-da “Cəhənnəm sakinləri” tamaşasını oynayacaq. Bundan başqa, teatr rəhbərliyinin və truppa üzvlərinin iştirakı ilə müxtəlif işgüzar görüşlər keçiriləcək, qarşılıqlı teatr mübadiləsi üçün müzakirələr aparılacaq, aktyor və rejissorlar seminarlarda iştirak edəcəklər.
Teatr kollektivi dünya teatr olimpiadasının diplomu ilə təltif edilib
Hindistanda VIII Beynəlxalq Dünya Teatr Olimpiadasında iştirak edən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı diplomla təltif edilib. Olaylar.az bildirir ki, festivala olimpiada təşkilatçılarının dəvəti ilə qatılan kollektiv T.Vəliyevanın “Cəza” (təkadamlıq oyun) əsəri əsasında hazırlanmış eyniadlı tamaşanı nümayiş etdirib. Tamaşa festival iştirakçıları tərəfindən maraqla qarşılanıb, səhnə əsəri ilə bağlı çoxsaylı müsbət fikirlər səsləndirilib, müzakirələr aparılıb. Festival təşkilatçıları aktrisanın yüksək oyun məharətini qeyd edərək tamaşa ilə bağlı yüksək fikirlər səsləndiriblər.
Yeni filmlər - Nizami Kino Mərkəzində
Nizami Kino Mərkəzində Türkiyənin “Can feda” ABŞ-ın “Döğru və cəsarət” və ABŞ və Kanadanın “Dumanla nəfəs al” filmlərinin nümayişi başlanıb. Olaylar.az bildirir ki, AF Mediya şirkətinin təqdim etdiyi “Can feda” döyüş filminin rejissoru Çağatay Tosundur. Yaş həddi: 14+ Film, Türk ordusunun Vətən uğrunda, terrorçular tərəfindən qurulmuş təhlükəli tələyə qarşı mübarizəsindən bəhs edir.
Gənc Tamaşaçılar Teatrının may repertuarı
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı may repertuarını açıqlayıb. Olaylar.az repertuarı təqdim edir: 1, 2, may - “Çeburaşka” (premyera) 2,3 may - Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının Vladiqafqaza qastrol səfəri 3, 4 may - A.Şaiq “Tıq-tıq xanım” Şimali Osetiya Akademik Milli Dram Teatrında
May ayı - Musiqili Teatrda
Olaylar.az Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Azərbaycan Dövlət Musiqili Teatrı 108-ci teatr mövsümü 2018-ci il may ayı üçün repertuar planını təqdim edir. 04.05 R.Hacıyev - “Qafqazlı qardaşqızı” (rus dilində) 19-00 05.05 M.F.Axundzadə -“Hacı Qara” 12-00 05.05 Ü.Hacıbəyli – “O olmasın, bu olsun” 19-00
“Səmanın fəthi” təqdim edildi
AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında ARB “Aranfilm” Yaradıcılıq Mərkəzinin çəkdiyi “Səmanın fəthi” sənədli filminin təqdimatı keçirilib. Tədbirdə rəsədxananın elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov filmdə astronomiya elminin Azərbaycandakı inkişaf tarixindən, kəşf edilmiş göy cismləri və planetlər üzərindəki kraterlərə Beynəlxalq Astronomiya Birliyi tərəfindən Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarının verilməsindən bəhs olunduğunu söyləyib. O, filmin yaradıcı heyətinə uğurlar arzulayıb.
Teatr möhtəşəm idman yarışına hazırdır
Hər həftə olduğu kimi, bu həftə də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı maraqlı repertuarla tamaşaçıların görüşünə gələcək. Kollektiv aprelin 27-29-da Bakıda növbəti dəfə möhtəşəm idman yarışması olan Formula 1-in keçiriləcəyini nəzərə alaraq xüsusi repertuar tərtib edilib.














