Teatr və kino
Teatrda “Ana” pyesi əsasında hazırlanmış tamaşaya daxili baxış
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında böyük dramaturq və şair Hüseyn Cavidin “Ana” pyesi əsasında hazırlanacaq eyniadlı tamaşaya daxili baxış keçirilib. Teatrın istedadlı aktrisası, Əməkdar artist Nübar Novruzovanın 60 illik yubileyi ilə əlaqədar aktrisanın benefis-tamaşası olan səhnə əsərində rolları Əməkdar artist Nübar Novruzova, aktyorlar İradə Rəşidova, Vahid Orucoğlu, Manaf Dadaşov, Ramiq Nəsirov, Elnur Kərimov, Elnur Şıxəliyev, Ramil Məmmədov, Simuzər Ağakişiyeva , Aydın Dəmirov ifa edir. Yeni səhnə əsərinin quruluşçu rejissoru, Azərbaycan və Kalmıkiya Respublikalarının əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Telman Şıxıyev, musiqi tərtibatçısı Zaur Rəşidov, rejissor assistenti isə Sevda Hacışəmiyevadır.
Akademik Milli Dram Teatrı “Cəhənnəm sakinləri” tamaşası ilə Sumqayıtda çıxış edəcək
Akademik Milli Dram Teatrı mayın 12-də Sumqayıt Dövlət Dram Teatrında “Cəhənnəm sakinləri” tamaşası ilə çıxış edəcək. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, nümayiş “Sərhədsiz teatr” Şəki Beynəlxalq Teatr Festivalı çərçivəsində baş tutacaq. Məniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə reallaşacaq festival ümummilli lider Heydər Əliyevin anadan olmasının 95, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 və Azərbaycan milli peşəkar teatrının 145 illiyinə həsr olunub.
“Bir gecənin nağılı” Kukla Teatrında
Fərqli mövzuları fərqli quruluşlarda səhnəyə gətirməklə yeni meyilləri tamaşaçıya təqdim edən “M. Teatrı” (Mənim teatrım) daha bir yeni tamaşa ilə teatrsevərləri ətrafına toplayacaq. Bu dəfə “Bir gecənin nağılı” adlı səhnə nümunəsi tamaşaçılara bəşəri mövzunu adi məişət münasibəti fonunda açacaq. Səhnə əsərində kişi qadın məhəbbəti fonunda sosial məqamlar, xüsusən gənc qızların evdəki basqılara dözməyərək bilmədiyi bir dünyaya atılaraq qaçıb küçələrdə özlərinə məkan tutması problem olaraq önə çəkilib. Tamaşanın alt qatındakı mətləblər başqa olsa da görünən ilk mənzərə budur:
Musiqili Teatrın rəhbəri ölkə başçısına müraciət etdi
Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev ölkə başçısına müraciət məktubu ünvanlayıb. Məktubda deyilir: “Möhtərəm cənab Prezident! Sizin 9 may 2018-cı il tarixində ''İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında” Sərəncamınız bizə - ömrünü səhnəyə həsr edən insanlara yüksək qiymətin bariz nümunəsidir. Sənət adamlarının sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını daha da artırmaq məqsədilə imzaladığınız bu Sərəncam qəlbimizdə fərəh hissi doğurur.
Estoniyada Azərbaycan Kinosu Günü təşkil olunub
Estoniyanın Baltik Film, Media, İncəsənət və Kommunikasiya Məktəbində Azərbaycan Kinosu Günü təşkil olunub. DİDK-dən “OLAYLAR”-a bildirilib ki, Estoniya radiosunda yayımlanan “Ocaq” verilişinin baş redaktoru Sənəm Əliyeva və Baltik Məktəbinin rəhbəri Elari Lendin təşəbbüsü ilə reallaşdırılan bu layihə gənc istedadları dəstəkləməyə yönəlib. S.Əliyeva çıxışında bu ilin avqustunda özünün 120 illiyini qeyd edəcək Azərbaycan kinematoqrafiyasının tarixindən danışıb. O, Azərbaycan kinosunun tanınmış prodüser, rejissor və aktyorlarının adlarını sadalayıb.
Musiqili Teatrda Elçinin 75 illiyi
13 may saat 19:00-da Azərbaycan Dövlət Musiqili Teatrında xalq yazıçısı Elçinin 75 illik yubileyi ilə əlaqədar onun məşhur hekayələri əsasında hazırlanan "Baladadaşın toy hamamı” ikihissəli musiqili lirik komediyası nümayiş etdiriləcək. Olaylar.az bildirir ki, tamaşadan öncə tanınmış jurnalist Telli Pənahqızı böyük dramaturqun yaradıcılıq yolu barədə çıxış edəcək.
Heydər Əliyev - mədəniyyətimizin hamisi
Gənc tamaşaçılar Teatrında ulu öndər Heydər Əliyevin 95 illiyinə həsr edilmiş “Heydər Əliyev mədəniyyətimizin hamisi” adlı tədbir keçirilib. Olaylar.az bildirir ki, tədbirdə ümummilli liderin teatr sənəti ilə bağlı fikirlərini və sənət adamları ilə görüşlərini əks etdirən videoçarx nümayiş olunub. Tədbiri teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov açaraq ümummilli lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinin mühüm sahələrindən olan teatrımızın inkişafı istiqamətində misilsiz xidmətlərindən və sənət adamlarına böyük diqqət və qayğısından söhbət açıb.
Gənc Tamaşaçılar Teatrı ölkə prezidentinə təşəkkür etdi
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Azərbaycan Respublikası Prezidentinin 9 may 2018-ci il tarixli İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Sərəncamı ilə əlaqədar ölkə rəhbərinə təşəkkür məktubu ünvanlayıb. Məktubda deyilir:
Teatrda Ulu Öndərin 95 illiyi münaisbətilə silsilə tamaşalar
Vladiqafqaz səfərininin uğurları
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti Şimali Osetiyanın Vladiqafqaz şəhərinə qastrol səfərini uğurla yekunlaşdırıb. Teatrın direktoru, Əməkdar incəsənət xadimi Mübariz Həmidov səfər təəssüratlarını Olaylar.az -a bölüşərək bildirib ki, kollektivimiz çox yüksək səviyyədə qarşılandı. "Səfərin ilk günündə Şimali Osetiya Respublikasının mədəniyyət naziri Ruslan Mildzuxov tamaşamızı izləməyə gəlmişdi və tamaşadan sonra kollektivlə görüşərək təəssüratlarını bölüşdü. Səfərin sonuncu günü, bağlanış mərasimində isə Şimali Osetiyanın mədəniyyət nazirinin müavini Çermen Dudayev kollektivimizə yüksək səhnə peşəkarlığı, xalqlarımız və mədəniyyətlərimiz arasında əlaqələrin qorunması naminə apardıqları yorulmaz fəalliyyətə görə nazirin “Təşəkkür məktubu”nu təqdim etdi.
Teatr “Konuk Tiyatrolar” layihəsində uğurla çıxış etdi
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası Güşvər Şərifova Antalya Büyükşehir Bələdiyyəsinin “Şehir Tiyatroları"nın keçirdiyi “Konuk Tiyatrolar” layihəsində iştirak edib.
Nizami Kino Mərkəzinin repertuarında dəyişiklik edildi
Mayın 10 –da Nizami Kino Mərkəzində ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi ilə əlaqədar repertuarda dəyişiklik edilib. Olaylar.az bildirir ki, kinomərkəzin repertuarına, Mədəniyyət Nazirliyinin sifarişi ilə “Səlnamə” kinostudiyasında rejissor İqbal Məmmədəliyevin çəkdiyi “Əbədiyyət yolu” adlı qısametrajlı sənədli film daxıl edilib.
Tiflo tərcümə olunmuş “Dolu” filmi təqdim olundu
Nizami Kino Mərkəzi “Kino hər kəs üçün” layihəsi çərçivəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi , Əlil Ziyalılar İctiami Birliyi və Azərbaycan Gözdən Əlillər Cəmiyyəti ilə birgə görmə və eşitmə məhdudiyyətli olan insanlar üçün tiflo tərcümə edilmiş milli “Dolu” filmini təqdim edib. “Dolu” bədii filminin tiflo və surdotərcüməsi Azərbaycan Əlil Ziyalılar Ictimai Birliyi tərəfindən hazırlanıb.
“Heydər Əliyev dərsi” - Musiqili Teatrda
Azərbaycan Dövlət Musiqili Teatrında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə "Heydər Əliyev dərsi" keçirilib. Musiqili Teatrın direktoru, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı əvəzsiz xidmətlərindən danışıb. "Azərbaycan dövlətinin bugünkü inkişafı ümummilli lider Heydər Əliyev adı ilə bağlıdır. Onun teatr və incəsənətimizə xüsusi diqqət və qayğısı danılmaz bir fakdır”,- deyə Lalayev qeyd edib.
Vladiqafqaz teatrı Bakıda çıxış edəcək
Beynəlxalq əlaqələrin genişləndirilməsinə hər zaman böyük önəm verən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı bu günlərdə Rusiyadan qonaq qəbul etməyə hazırlaşır. Olaylar.az bildirir ki, ADGTT dünyanın bir sıra teatrları ilə, eləcə də Rusiya Federasiyasının tərkibində fəaliyyət göstərən teatr kollektivləri ilə “qarşılıqlı qastrol səfərlərinə dair” yaradıcılıq müqavilələri imzalayıb. Müqaviləyə əsasən V.Txansayev adına Vladiqafqaz Dövlət Akademik Milli Dram Teatrı may ayının 18-21 tarixlərində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının qonağı olacaq. Teatr Bakı tamaşaçılarına V.Korostılevin “Vova möcüzələr ölkəsində” tamaşasını təqdim edəcək.














