Teatr və kino
“Çempion” sənədli filmi təqdim olunacaq
Mayın 24-də Nizami Kino Mərkəzində “Çempion” sənədli filminin təqdimatı olacaq. Olaylar.az bildirir ki, dövlət sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çəkilən film sambo üzrə 9 dəfə dünya çempionu Ceyhun Məmmədovun həyat və fəaliyyətinə həsr olunub.
Mehdi Məmmədov xatırlandı
Akademik Milli Dram Teatrının kollektivi Fəxri xiyabanda xalq artisti, görkəmli rejissor Mehdi Məmmədovun məzarını ziyarət edib. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətov Mehdi Məmmədovun Azərbaycan teatrının inkişafındakı xidmətlərindən danışıb.
Osetiya Teatrının rəhbəri Musiqili Teatrda
Rusiyanın Şimali Osetiya–Alaniya Respublikasının Vladimir Txapsaev adına Dövlət Akademik Milli Dram Teatrının direktoru və baş rejissoru, Şimali Osetiya-Alaniya Respublikasının xalq artisti, Vladislav Kоliev Azərbaycan Dövlət Musiqili Teatrının qonağı olub.
Vladiqafqaz teatrının Bakı səfəri başa çatdı
May ayının 21-dək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində V.Txansayev adına Vladiqafqaz Dövlət Akademik Milli Dram Teatrı "Vova möcüzələr ölkəsində" adlı tamaşa ilə çıxış edib. Olaylar.az bildirir ki, may ayının 18-21 tarixlərində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının qonağı olan teatr paytaxt tamaşaçılarına 4 gün ərzində Vladiqafqaz teatrının maraqlı tamaşasını izləmək şansı qazandırıb. Qeyd edək ki, "Vova möcüzələr ölkəsində" birhissəli tamaşanın quruluşçu rejissoru Diana Çerçesov, rəssamı Vera Kasayeva, musiqi redaktoru Ruslan Daurovdur.
Teatrın əməkdaşları mükafatlandırıldı
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının bir qrup əməkdaşı Böyük Britaniya və Şimali İrlandiyanın kraliçası Ülyahəzrət II Elizabetin doğum günü ərəfəsində təşkil olunan ənənəvi “Kral Vindzor At Şousu”nda möhtəşəm şou proqrama verdiklərinə görə Dövlət Sərhəd Xidmtinin rəhbərliyi tərəfindən mükafatlandırılıblar. Olaylar.az bildirir ki, teatrın aktyoru Anar Seyfullayev və işıq üzrə rəssamı Vadim Kuskov fəxri fərmanla, şounun rejissoru, Əməkdar artist Nicat kazımov isə “Hərbi əməkdaşlıq sahəsində xidmətlətə görə” medalı ilə təltif olunublar.
Cümhuriyyətin 100 illiyi – “İmza” - VİDEO
"Cümhuriyyət ili" çərçivəsində bir sıra layihələr həyata keçirilir. Olaylar. az bildirir ki, bugünlərdə istehsal prosesi tamalanan "İmza" filmi ictimaiyyətə təqdim edilib. Film, Məhəmməd Əmin Rəsulzadənin timsalında Cümhuriyyət qurucularının xatirəsinə ithaf olunub. Layihənin ideya müəllifi və rejissoru Kamal Yaşar, baş prodüseri Vüqar Sənanidir.
TÜRKSOY Musiqili Teatrın solistinə təşəkkür etdi
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı-TÜRKSOY-un yaranmasının 25-ci ildönümü ilə əlaqədar Türk Dünyasının bir çox tanınmış opera ulduzları Qaziantepdə “I Beynəlxalq Opera və Balet Festivalı”nın açılış mərasimində, həmçinin, Qəhrəmanmaraş, Hatay və Adana şəhərlərində keçirilmiş silsilə konsert proqramlarında iştirak ediblər. Olaylar.az bildirir ki, Türkiyə, Qazaxıstan və Qırğısıtanın da qatıldığı festivalda ölkəmizi Musiqili Teatrın solisti, istedadlı aktrisa Eleonora Mustafayeva təmsil edib.
Əməkdar İncəsənət Xadiminövbəti dəfə Beynəlxalq rejissor laboratoriyasında
Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov növbəti dəfə Beynəlxalq rejissor laboratoriyasında iştirak edəcək. Olaylar.az bildirir ki, Beynəlxalq laboratoriya Rusiya Teatr Xadimləri İttifqaının Milli teatrlar kabinetinin Rusiya Teatr Rejissorları Gildiyasının birgə təşkilatçılığı ilə may ayının 18-dən 23-dək Sankt Peterburq keçiriləcək.
Vladiqafqaz teatrı Azərbaycan səhnəsində
V.Txansayev adına Vladiqafqaz Dövlət Akademik Milli Dram Teatrı “Sərhədsiz teatr” III Şəki Beynəlxalq Teatr Festivalı çərçivəsində may ayının 18-21 tarixlərində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının qonağı olacaq.
“İstədiyim kimi yaşamışam” monotamaşası nümayiş olundu
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Mehriban Abdullayevanın iştirakı ilə U. Luis “İstədiyim kimi yaşamışam” monotamaşası oynanılıb.
“Cəza” nümayiş olundu
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı yazıçı-dramaturq Tamara Vəliyevanın “Cəza” monotamaşası ilə Lənkəran Dövlət Dram Teatrının səhnəsində çıxış edib. Olaylar.az bildirir ki, sözügedən tamaşanın nümayişi “Sərhədsiz teatr” III Şəki Beynəlxalq Teatr Festivalının milli mərhələsi çərçivəsində baş tutub. Tamaşadan öncə Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərov çıxış edərək Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən festivalın Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 və Azərbaycan milli peşəkar teatrının 145 illiyinə həsr oluduğunu diqqətə çatdırıb.
Tələbələr film tərcümə etdilər – Koreya Kino Günü
Azərbaycan Dillər Universitetinin Koreya Mədəniyyət Mərkəzinin təşkilatçılığı, Koreya Fondu və Koreya Respublikasının Azərbaycandakı Səfirliyinin təşkilatı dəstəyi ilə Park Bulvarda Koreya Kino Günü keçirilib. Olaylar.az bildirir ki, tədbirdə Koreya Respublikasının Azərbaycandakı konsulu Ceon Cun Seok, SEBA(Seul-Bakı) Azərbaycan-Koreya mədəniyyət mübadiləsi Assosiasiyasının sədr müavini İrina Zeynalova, şöbə müdiri İradə Nəcəfova, eyni zamanda ADU-nun Beynəlxalq Əlaqələr Departamentinin müdiri Nigar Sultanova, rektor məsləhətçisi Anar Osmanlı, Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin dekanı Bənövşə Məmmədova iştirak edib.
“Cəza” bu dəfə Lənkəranda
“Sərhədsiz Teatr” III Şəki Beynəlxalq Teatr Festifalı
Şəki Dövlət Dram Teatrı növbəti dəfə beynəlxalq festivala ev sahibliyi edir. Olaylar.az bildirir ki, Şəki Dövlət Dram Teatrında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığıyla “Sərhədsiz Teatr” III Şəki Beynəlxalq Teatr Festifalının açılış mərasimi keçirilib. Şəki Dövlət Dram Teatrının baş rejissoru, Əməkdar İncəsənət Xadimi Mirbala Səlimli, festivalın direktoru Şaiq Səfərov, Əməkdar İncəsənət Xadimi, teatrşünas professor Aydın Talıbzadə mərasimdən əvvəl təşkil olunan mətbuat konfransında festival haqqında ətraflı məlumat veriblər.
“Cəhənnəm sakinləri” Sumqayıtda
Akademik Milli Dram Teatrının kollektivi Sumqayıt Dövlət Dram Teatrında “Cəhənnəm sakinləri” tamaşası ilə çıxış edib. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, tamaşanın nümayişi “Sərhədsiz teatr” Şəki Beynəlxalq Teatr Festivalı çərçivəsində baş tutub. Teatrın baş rejissoru, əməkdar artist Firudin Məhərrəmov Olaylar.az - a bildirib ki, festival iki istiqamət üzrə - milli və beynəlxalq mərhələdə keçirilir. Milli proqram çərçivəsində Azərbaycanın 19 teatr kollektivi mayın 12-dən 18-dək respublikanın müxtəlif bölgələrində: Sumqayıtda, Xırdalanda, Lənkəranda, Mingəçevirdə, Xaçmazda, Yevlaxda, Ağdamda, Bərdədə, Ağstafada, Zaqatalada, İsmayıllıda və Göygöldə olduqca rəngarəng repertuarda tamaşalar nümayiş etdirəcək. Festivalın beynəlxalq mərhələsində isə İran, Gürcüstan, Meksika, Kolumbiya və Rusiyanın tanınmış teatr kollektivləri iştirak edir.














