Sosial
Saçların tez uzanması üçün 10 effektiv üsul...
Saçların xanım və kişilər üçün çox önəmli olduğunu bilərək, bir çoxlarının vaxtında, digərlərinin isə müəyyən zamandan sonra onlara qulluq edəcəkləri gün nə zamansa gəlib çatır. Müasir zamanın tələbləri qeyri- normal qidalanma, ciddi iş qrafiki və digər məqamlara görə saçlarımız demək olar gündəlik olaraq mənfi təsirə məruz qalır.
İstintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb
Ədliyyə Nazirliyi Penitensiar xidmətin tabeçiliyində olan cəzaçəkmə müəssisələrinə və istintaq təcridxanalarına narkotik maddələrin keçirilməsinə qarşı mübarizə davam etdirilir. Baş idarəsinin və 2 saylı İstintaq təcridxanasının əməliyyat aparatlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəssisəyə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Bakıda yeni Data jurnalistika kursu başlayır
Azərbaycanın onlayn, yayım və çap mətbuatından 30 nəfər jurnalist Birləşmiş Ştatların Bakıdakı səfirliyinin dəstəyi ilə bu ilin dekabrından 2018-ci ilin may ayına qədər davam edəcək yeni Data Jurnalistika Kursunun bir hissəsi olan Data Vizuallaşdırılması seminarında iştirak edir.
Azərbaycanlı iş adamının oğlu yoxa çıxdı
Rusiya Federasiyası, Başqırdıstan Respublikası Arxanqelskiy rayonu Uzunlarovskiy qəsəbəsində azərbaycanlı gənc itkin düşüb. Yaxınlarının verdiyi məlumata görə, əslən Azərbaycanın Salyan rayonundan olan, 1990-cı il təvəllüdlü Həsənov Sergey Həsən oğlu iki gündür evlərindən çıxıb və onunla əlaqə kəsilib. Sergey Həsənovla bağlı bağlı axtarış elan edilib.
Ölkə ərazisində 9 milli park fəaliyyət göstərir
Ölkəmizin zəngin tarixi, mədəni və təbii resurslarının mövcudluğu turizmin müxtəlif növləri ilə yanaşı, ekoturizmin inkişafı üçün əlverişli şərait yaratmışdır. Ekoturizm fəaliyyəti üçün əlverişli ərazilər hesab edilən milli parklarda yaradılmış bir sıra turizm infrastrukturları, hazırlanmış turizm marşrutları və turist xidmətləri yerli və xarici turistlərin diqqətini cəlb edir. Mədəniyyət və Turizm Nazirliyindən “OLAYLAR”-a bildirilib ki, hazırda ölkə ərazisində 9 milli park (1. Akademik H.Əliyev adına Zəngəzur Milli Parkı, 2. Ağgöl Milli Parkı, 3. Şirvan Milli Parkı, 4. Hirkan Milli Parkı, 5. Altıağac Milli Parkı, 6. Abşeron Milli Parkı, 7. Şahdağ Milli Parkı, 8. Göy-göl Milli Parkı, 9. Samur-Yalama Milli Parkı) fəaliyyət göstərir.
Masallıda minik avtomobili yanıb
Masallıda "VAZ" markalı minik avtomobilində yanğın olub. Fövqəladə Hallar Nazirliyinin saytı xəbər verir ki, avtomobilin mühərrik hissəsində elektrik avadanlıqları yanıb.
Sumqayıtda “Şəhadət” sənədli filmi nümayiş etdirilib
Dekabrın 5-də Sumqayıt şəhəri 8 saylı tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sifarişi ilə çəkilən “Şəhadət” sənədli filmi nümayiş olunub. Tədbirdə məktəbin direktoru Ruhiyə Abdullayeva, DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Ülvi Məmmədov, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər. “OLAYLAR”-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, məktəb direktoru Ruhiyə Abdullayeva çıxışında dövlət quruculuğunda və cəmiyyətin inkişafında gənclərin rolundan danışıb. Qeyd edib ki, gənclərin milli-mənəvi, dini dəyərlərimiz və vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində maarifləndirmə işinin düzgün təşkili olduqca vacibdir. Bu baxımdan Dövlət Komitəsinin sifarişi ilə çəkilən və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinə həsr olunmuş “Şəhadət” sənədli filmi təsirli vasitədir.
Müəllim və valideynlərin qəbulu keçiriləcək
Dekabrın 8-də paytaxtın Sabunçu və Xəzər rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək. “OLAYLAR”-a daxil olan məlumata görə,, səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.
Millət vəkilindən növbəti xeyirxah aksiya
99 saylı Şəmkir Seçki dairəsindən deputat seçilən Sona Əliyeva müntəzəm olaraq seçiciləri ilə görüşərək onların problemləri ilə maraqlanır. Xüsusilə, millət vəkili fiziki qüsurlu sakinlərin problemlərinə daha çox diqqət çəkərək onlara hansısa formada dəstək olmağa çalışır. Bu günlərdə millət vəkilinin müraciəti əsasında daha bir Düyərli kənd sakini Bakı Ortopedik Bərpa Mərkəzi tərəfindən eşitmə cihazı ilə təmin edilib.
Nazir Səlim Müslümov müharibə veteranları və əlillərlə görüşüb
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri”, “20 Yanvar”, “Azərbaycan Çernobıl Əlilləri İttifaqı”, “Azərbaycan Vətən Müharibəsi Veteranları”, “Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi”, “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” və “Əfqanıstan Müharibəsi Veteranları” İctimai Birliklərinin rəhbər şəxsləri ilə görüş olub.
Hacı Məmmədovun meyitini müayinə edən ekspert danışdı
Dekabrın 3-də müalicə olunduğu Ədliyyə Nazirliyinin İxtisaslaşdırılmış Müalicə müəssisəsində intihar edən, adam oğurluğu, çoxsaylı qətllər və digər ağır cinayətlər törədən mütəşəkkil cinayətkar dəstənin başçısı kimi ömürlük azadlıqdan məhrum edilmiş, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili, Hacı Məmmədovun meyiti yaxınlarına təhvil verilmək üçün hazırdır. Bu barədə özəl olaraq Səhiyyə Nazirliyinin Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Nəsimi rayon şöbəsinin rəisi Ceyhun Allahverdiyev məlumat verib.
"Grand Hospital”da həkim səhlənkarlığı-XƏSTƏ ÖLDÜ
Dövlət Komitəsi: Azərbaycanda 5000-ə qədər münaqişəli ailə var
“Təəssüflər olsun, Azərbaycanda münaqişəli ailələrin sayında artım müşahidə edilir”. Bunu Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova deyib.
Bakcell şirkəti “Bakutel 2017” sərgisində: ən son mobil texnologiyalar və bir- birindən maraqlı əyləncələr
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti qarşıdan gələn 23-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları “BakuTel 2017” Sərgi-Konfransında fəal iştirak edir. Bakcell şirkəti öz ənənəsinə sadiq qalaraq bu il də ziyarətçiləri və sərgi iştirakçılarını böyük məmnuniyyətlə öz stendinə dəvət edərək, ən müasir texnologiyaları, ən son innovasiyaları, rahat və müasir məhsul və xidmətlərini, şirkətin son nailiyyətlərini onlara nümayiş etdirəcək, habelə onlar üçün bir sıra əyləncəli və maraqlı oyunlar, fan-zonalar təşkil edəcək.
Bakıda Ümumi Tranzit Konvensiyası və Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə dair seminar keçirilir
Dekabrin 5-də Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində Ümumi Tranzit Konvensiyası (CTC) və Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə (NCTS) dair seminar işə başlayıb. Seminar Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində Beynəlxalq Miqrasiya Təşkilatının dəstəyi ilə keçirilir. “Olaylar” xəbər verir ki, seminarın açılışında çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev tədbirin Azərbaycan gömrükçüləri üçün əhəmiyyətli olduğunu qeyd edib və təşkilatçılara təşəkkürünü bildirib.














