Sosial

Piyadanı vurub qaçan sürücü tutulub

5 Yanvar 2018 15:04

Yol-nəqliyyat hadisəsi törətməkdə şübhəli bilinən Salyan rayon sakini saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsi və Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 30-da Qiyas Abbasovun ölümü ilə nəticələn yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “İsuzu” markalı, 206 saylı xətt avtobusunun sürücüsü - Salyan rayon sakini Əlipənah Mehrəliyev saxlanılıb.

"Azərsun Holdinq" işçi axtarır

5 Yanvar 2018 15:00

"Azərsun Holdinq" şirkəti mühasib vəzifəsində işləmək istəyənlər üçün vakansiya elan edib. “OLAYLAR” şirkətə istinadən xəbər verir ki, mühasib işləmək istəyənlər maliyyə və ya mühasibatlıq ixtisası üzrə ali təhsilə malik olmalı, minimum 1 il mühasibatlıq sahəsi üzrə təcrübəyə malik olmalı, Vergi məcəlləsini, bütün növ (vergi, DSMF və s.) hesabatların hazırlanma və təqdimetmə qaydalarını, 1C, BTP, B1 , B3, MS Office (xüsusilə MS Excel) proqramlarını, müəssisədə mühasibat uçotunun forma və metodlarını, bütün bunlarla yanaşı ingilis dili - əla, rus dilini isə orta səviyyədə bilməlidir.

Taksi fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərlə görüş keçirilib

5 Yanvar 2018 14:59

Bakı Nəqliyyat Agentliyində müntəzəm sərnişindaşıma və taksi fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərlə görüş keçirilib. Agentlikdən “OLAYLAR”-a bildirilib ki, görüşdə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında Azərbaycan Respublikasının Qanunu”ndan irəli gələn bir sıra tədbirlərin icrası ilə bağlı məsələlər müzakirə olunub.

104 yaşlı çeçen qadını Kərbala adıyla Gədəbəyə göndərdilər, küçədə tapıldı…

5 Yanvar 2018 14:56

Çeçenistan sakini olan 104 yaşlı qarı Yeni il ərəfəsində Azərbaycanın Gədəbəy rayonunda küçədə soyuqdan donarkən tapılıb və Bakıda sığınacağa yerləşdirilib. Bu barədə virtualaz.org saytına qadına sığınacaq verən “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyindən məlumat veriblər.

Bu qızın qatilini də Xoşqədəm tapıb - 20 il sonra həbs edildi - VİDEO

5 Yanvar 2018 13:58

Bir neçə gün əvvəl daxili işlər və prokurorluq orqanlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 20 il əvvəl törədilmiş qətl hadisəsinin üstü açılıb. Ötən il dekabrın 26-da Masallı rayonunun Yeni Zuvand kənd sakini Stəkan Məmmədova 1997-ci ildə Tatyan kənd sakini Vüqar İsayevin onun qızı Bahar Məmmədovanı evlənmək məqsədilə qaçıraraq Rusiya Federasiyasına aparması, lakin sonradan Vüqar kəndə qayıtsa da övladından heç bir xəbər olmaması barədə Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib.

Özbəkistan elektron viza ilə bağlı Azərbaycanın təcrübəsini tətbiq edəcək

5 Yanvar 2018 13:44

Özbəkistan hökuməti elektron viza verilməsində Azərbaycanın və Gürcüstanın təcrübəsini tətbiq edəcək. “OLAYLAR”-ın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, Özbəkistanın Dövlət Turizm Komitəsi hazırda bu məsələ üzərində işləyir.

Təhsil İdarəsi məktəblilər üçün bayram tədbirləri təşkil edib

5 Yanvar 2018 13:42

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəbləri şagirdlərinin bayram tətili günlərini səmərəli, maraqlı və əyləncəli keçirmələri üçün bir sıra tədbirlər təşkil edilib.

Xidmət rəisi vətəndaşları qəbul edəcək

5 Yanvar 2018 13:41

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov yanvarın 18-də Xidmətin İsmayıllı rayon şöbəsində Qobustan, Şamaxı, Ağsu və İsmayıllı rayonlarının sakinlərinin qəbulunu həyata keçirəcək.

İşsizlik müavinətinin "ləğvi" ilə bağlı RƏSMİ AÇIQLAMA

5 Yanvar 2018 13:21

“Bir sıra KİV-lərdə işsizlik müavinətinin ləğv olunması barədə yayılan məlumatların bu məsələyə yanlış yanaşmanın mövcudluğunu göstərir. Əksinə, bu ildən ölkəmizdə tətbiqinə başlanan “İşsizlikdən sığorta haqqında” Qanun müasir dünyada işsizlikdən sığorta sahəsində mövcud olan mütərəqqi cəhətlər əsas götürülməklə Azərbaycanda işsizlikdən müdafiə və işsizliyə görə sığorta ödənişi sisteminin formalaşdərılmasın imkan verib”.

Probasiya nəzarəti hansı qaydada həyata keçiriləcək?

5 Yanvar 2018 13:16

Ölkədə həyata keçirilən islahatlar sistemi dövlət idarəçilik sahəsinə də sirayət edib. Hazırda dövlət idarəçilik sisteminin müasirləşdirilməsi və məhkəmə-hüquq islahatları sahəsində həyata keçirilən tədbirlər davam etdirilməkdədir. Xüsusən, penitensiar xidmətin və bütövlükdə cəzaların icrası ilə bağlı fəaliyyətin müasir dövrün tələblərinə uyğun qurulması istiqamətində ciddi addımlar atılmaqdadır.

Azercell-dən Yeni İl kampaniyası

5 Yanvar 2018 13:12

Yeni il ərəfəsində ölkənin mobil rabitə bazarının lideri Azercell Telekom MMC öz abunəçilərini, hər zaman olduğu kimi, yeni kampaniya ilə sevindirdi.

Kür çayında 1 nəfər batıb

5 Yanvar 2018 12:53

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Mingəçevir şəhərində 1 nəfərin Kür çayında batdığı ehtimal olunur. FHN-dən “Olaylar”a verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq axtarışlara başlayıblar. Əlavə məlumat veriləcək.

Bakı sakini yaşadığı evdə özünü asıb

5 Yanvar 2018 12:42

Paytaxt Bakıda intihar hadisəsi baş verib. Məlumata görə, hadisə paytaxtın Xətai rayonu, Araz Novruzov küçəsi, ev 3, mənzil 6 ünvanında qeydə alınıb. Belə ki, sözgedən ünvanda yaşayan 1966-cı il təvəllüdlü Fariz Məhəmməd oğlu Dadaşov yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Bakıda üçmərtəbəli yaşayış binası yanıb

5 Yanvar 2018 12:41

Bakının Səbail rayonunda üçmərtəbəli yaşayış binasında yanğın baş veeib. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nəticədə binanın 1-ci mərtəbəsində 1 otaqlı mənzildə 6 m2 sahədə ev əşyaları yanıb.Yanğın zamanı ev sahibi yanğınsöndürənlər tərəfindən xilas edilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

ƏƏSMN-nin e-xidmətlərinə müraciətlərin sayı 43% artıb

5 Yanvar 2018 12:40

Ötən il ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərinə əvvəlki illə müqayisədə 42,6% çox olmaqla 9 mln. 340 min 808 dəfə müraciət edilib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “Olaylar”a verilən məlumata görə, bu göstərici ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ötən ildə “Elektron Hökumət” portalında e-xidmətlərinə ən çox müraciət edilən qurum olub.