Kür çayında 1 nəfər batıb
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Mingəçevir şəhərində 1 nəfərin Kür çayında batdığı ehtimal olunur. FHN-dən “Olaylar”a verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq axtarışlara başlayıblar. Əlavə məlumat veriləcək.
5 Yanvar 2018 12:53 SosialFövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Mingəçevir şəhərində 1 nəfərin Kür çayında batdığı ehtimal olunur. FHN-dən "Olaylar"a verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq axtarışlara başlayıblar. Əlavə məlumat veriləcək.