Sosial
“Azərbaycanda tətbiq edilən metodun orijinallığı ondan ibarətdir ki...”
Fransa Prezidenti Emmanuel Makron yalan informasiya yayan media orqanlarına qarşı mübarizənin gücləndiriləcəyini bildirib. E.Markon qeyd edib ki,demokratiyanı yalandan müdafiə etmək zəruridir.
Vüqar Səfərli: "Fondun Müşahidə Şurasının iclaslarında qəzetlərin müraciətlərinə şəffaf, ədalətli, obyektiv şəkildə baxılır və qiymətləndirilir"
Azərbaycan Respublikası Prezidentinin yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru Vüqar Səfərli “Hürriyyət” qəzetinin qurumun ünvanına səsləndirdiyi ittihamlara münasibət bildirb. Vüqar Səfərli deyib ki, Fond fəaliyyət göstərdiyi dövrdə mövqeyindən asılı olmayaraq bütün qəzetlərə eyni münasibət bəsləyib və ayrı-seçkiliyə yol verməyib: "Fondun il ərzində elan etdiyi müsabiqələrin elanında əksini tapmış şərt və meyarlara cavab verən qəzetlərin maliyyə yardımı müraciətləri müsbət cavablandırılıb.
Xınalıq sakinləri: Alpinistlər sağ qala bilərlər – VİDEO
Quba rayonu istiqamətində itkin düşmüş “Gilavar” Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyadzadə Namin Nizami oğlunun axtarışları davam edir.
Azərbaycanın simasını dəyişən Dövlət Proqramı
Azərbaycan XX əsrin 90-cı illərində tarixində ikinci dəfə müstəqillik əldə etdikdən sonra onun qarşısında bir sıra mühüm vəzifələr dayanırdı. Bunların sırasında ölkə iqtisadiyyatını dirçəltmək də mühüm yer tuturdu. Etiraf etmək lazımdır ki, müstəqilliyin ilk illərində iqtisadiyatı dirçəltmək, inkişaf etdirmək o qədər də asan məsələ deyildi. Bunun isə bir çox səbəbləri vardı. Ən birinci səbəb iqtisadiyyatın tamamilə dağılmış vəziyyətdə olması idi. Daha doğrusu iqtisadiyyatın mövcud olmaması.
Alpinistlər və votsapdakı itkin ailələri qrupu...
Yəqin bu yazı gündüz təqdim olunacaq, amma onu qaranlıqda yazıram. Kompüterin son enerjisinin sönməyəcəyinə ümidliyəm. Çünki işıqlarımızı kəsiblər. Həm də soyuqdur, istilik sistemimiz işləmir. İstilik haqqını ödəməyənlər var deyə. Qaranlıq, üşümək... Düşünürsən, bəlkə sən də elə qar altında qalmısan?! Qarın üstündə səninlə bağlı olanları görmürsən. Eləcə lap uzaqdan sədalar gəlir qulağına...
Bakı dünyada əhalinin ən sıx məskunlaşdığı ərazilərdən biri olub
Bu gün Bakı şəhəri və Abşeron yarımadası dünyada əhalinin ən sıx məskunlaşdığı ərazilərdən birinə çevrilib. Bunu özəl olaraq Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin müdiri Nəriman Paşayev deyib.
Vəkilindən Fədayə Laçınla bağlı açıqlama: "Bir telefon zəngi ilə..."
Həbsdə olan müğənni Fədayə Laçınla bağlı yanvar ayının sonunda yenidən məhkəməyə müraciət olunacaq. Bu barədə müğənninin vəkili Türkəl Süleymanlı açıqlamasında bildirib: "İstəyimiz də budur ki, onunla bağlı həbs qətiimkan tədbiri ləğv olunsun və onun həbsi ev dustaqlığı ilə əvəzlənsin. Çünki səhhətində problemlər var. Həm də o heç də istintaq orqanlarından yayınmayıb, gizlənmir, Bakıda yaşayır.
Heydər Əliyev prospektində yeni avtomobil tuneli inşa edilir
Avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək, paytaxt yollarında sıxlığın azaldılması istiqamətinə dövlət başçısının tövsiyyə və tapşırıqlarına əsasən “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi tərəfindən Heydər Əliyev prospektində, daha dəqiqi Bakı Olimpiya Stadionunun qarşısında yeni avtomobil tuneli inşa olunur.
Kəlbəcərli seçicilərin növbəti qəbulu keçirilib
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Cavid Qurbanovun seçiciləri ilə millət vəkilinin tapşırığına əsasən mütəmadi olaraq görüşlər keçirilir və onların problemləri dinlənilir.
Reyhan Camalova “ASAN xidmət”in İdeya müvəkkili oldu
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitində yağış suyundan enerji alınmasına imkan verən “Rainenergy” qurğusu ilə Azərbaycanı təmsil etmiş Reyhan Camalova ilə görüşüb. Olaylar.az bildirir ki, görüş zamanı məktəb və universitetlərdə innovasiyaların təşviqi, ideyaların toplanılması və gənclərin, xüsusilə məktəblilərin bu prosesə cəlb edilməsi istiqamətində işlərə dair müzakirələr aparılıb.
Çağrı mərkəzləri tərəfindən 151,9 minə yaxın müraciət cavablandırılıb
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 və 190 - “Çağrı mərkəzləri” tərəfindən son bir ayda - ötən ilin dekabr ayında 17 362 müraciətin cavablandırılması təmin olunub.
Kürdə batan şəxsin meyiti tapılıb
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, bu il yanvarın 4-də 1996-cı il təvəllüdlü Abbasov Araz Rafiq oğlu Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində batıb.
DGK medianı məsuliyyətli olmağa çağırdı
Dövlət Gömrük Komitəsi bu gün bəzi internet portallarında gömrük postlarından birində çəkilən video ilə bağlı açıqlama yayıb. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, bu gün internet portallarının birində "Aydın Əliyevin işçisinin görünməmiş vəhşiliyi" adı altında gömrük əməkdaşının sərhədi keçmək istəyən insanlarla kobud rəftarını əks etdirən video yayımlanıb. “Videonun 3 cümlədən və müəllifinin adı, soyadı da daxil olmaqla 60 kəlmədən ibarət olan açıqlamasında isə hadisənin baş verdiyi yer, vaxt, gömrükçünün kimliyi, qarşı tərəfin mövqeyi, rəsmi açıqlama, bir sözlə xəbərin əsas hissələrindən əsər-əlamət yoxdur.
Tovuz sakini özünü güllələyib
Tovuz sakini ehtiyatsızlıqdan özünü güllələyib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 4-də Tovuz rayonunun Balaşamlıq kəndində rayon sakini Əhməd Məmmədov ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən ayaq nahiyəsindən xəsarət alıb və xəstəxanaya aparılarkən yolda ölüb.Tovuz RPŞ-nin əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan “TOZ” markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.
2017-ci il Azərbaycan ilə Özbəkistan arasında mədəniyyət və turizm sahələrində əməkdaşlıq üçün uğurlu olub
2017-ci il Azərbaycan ilə Özbəkistan arasında mədəniyyət və turizm sahələrində əməkdaşlıq üçün uğurlu olub. Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ötən il ölkələrimiz arasında əlaqələrin inkişafı istiqamətində çoxsaylı layihələr həyata keçirib.







.jpg)






