Sosial

Fəsillərin daxil olma vaxtı AÇIQLANDI

11 Yanvar 2018 12:47

Azərbaycan Milli Elmlər Akademiyası Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, yaz fəsli ölkəmizdə bu il martın 20-də Bakı vaxtı ilə saat 20:15:30 daxil olacaq.

Elektron hökumətlə bağlı seminarlar keçirilib

11 Yanvar 2018 12:44

“İnnovasiyaya Doğru” Gənclərə Dəstək İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi “Elektron hökumət – müasir gəncliyin trendi” layihəsinə yekun vurub.

"Azəriqaz"dan əhaliyə ŞAD XƏBƏR

11 Yanvar 2018 12:20

Ölkədə havanın soyuması ilə əlaqədar olaraq, bu gün “Azəriqaz” İstehsalat Birliyi abunəçilərə verilən təbii qazın həcmini ötən günlə müqayisədə 385 min kubmetr artırıb.

İtkin düşən alpinistlərin dostlarından TƏKLİF

11 Yanvar 2018 12:04

Quba rayonunda dağlıq ərazidə itkin düşmüş "Gilavar" idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bunyatzadə, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin bir qrup alpinist dostları itkin düşmüş alpinistlərin axtarışları üçün əlavə tədbirlərin görülməsi ilə bağlı təkliflər hazırlayıblar.  

57 iş üzrə 27569,83 manat məbləğində iddia qaldırıldı

11 Yanvar 2018 12:02

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.  Olaylar.az bildirir ki, araşdırma zamanı yol verilmiş qanun pozuntularına görə 185 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 18 müddətli “məcburi göstəriş” verilib.

Usubov saatsazın oğluna vəzifə verdi

11 Yanvar 2018 11:55

Bakının tanınmış saatsazının bir müddət əvvəl işdən çıxarılan polis oğluna yeni vəzifə verilib. Saatsaz Hacı Fətəliyev  bildirib ki, Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə polis kapitanı Ceyhun Fətəliyev Nərimanov rayon Polis İdarəsinin Post Patrul Xidmətinə komandir təyin edilib.

Müəllimlərdən rüşvət istəyən direktorla bağlı rəsmi AÇIQLAMA  

11 Yanvar 2018 11:52

Xəbər verdiyimiz kimi, bir neçə gün bundan qabaq müəllimlərdən rüşvət istəyən məktəb direktorunun səs yazısı yayılıb. Səs yazısı Cəlilabad rayonu, Alar kənd 2 saylı orta məktəbinin Pedaqoji Şurasının iclasında yazılıb. Səs yazısından aydın olur ki, bir nəfər müəllimlərdən pul yığılmasını tələb edir.

Dövlət Əmək Müfəttişliyi Xidməti seminar keçirib

11 Yanvar 2018 11:49

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti əmək qanunvericiliyinin tətbiqi ilə bağlı məlumatlandırma və təbliğat işlərinin aparılmasına dair 2018-ci il üçün Tədbirlər Planına əsasən “İstirahət vaxtı və işçilərin məzuniyyət hüquqları. Məzuniyyət hüququ və onun təmin edilməsi” mövzusunda seminar keçirib. Tədbir Xidmətin 23 saylı region (Bakının Xətai və Suraxanı rayonları) üzrə Dövlət Əmək Müfəttişliyində  təşkil olunub.

Bu dərmanları qəbul etməyin, yoxsa...

11 Yanvar 2018 11:46

Tərkibindəki əsas maddə ibuprofen olan və çox istifadə edilən dərmanlar yüksək dozada qəbul edildiyi zaman sonsuzluq, diqqətsizlik, depressiya, əzələ əriməsinə səbəb ola bilər.

Tovuzda 3 istiqamət üzrə 11 km avtomobil yolu yenidən qurulub

11 Yanvar 2018 11:42

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi tərəfindən Tovuz rayonunda strateji əhəmiyyətə malik 3 istiqamətdə avtomobil yollarının yenidən qurulması işləri aparılaraq yekunlaşdırılıb. “OLAYLAR”-a agentlikdən bildirilib ki, söhbət Ağdam, Yuxarı Öysüzlü, Əlibəyli və Hacalı kəndlərinə gedən avtomobil yollarından gedir.

Yol ötürücüsü təmir edilir

11 Yanvar 2018 11:38

Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 114-cü km-də yerləşən yol ötürücüsünün sol yarım hissəsindəki deformasiyaya uğramış körpü aşırımlarının dəyişdirilməsi işləri aparılır.

Orfoqrafiya lüğətində qüsurlar aşkarlandı

11 Yanvar 2018 11:30

Tərcümə Mərkəzi AMEA-nın nəşr etdiyi “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndə qüsurlar aşkarlayıb. Məlumata görə, mərkəz tərəfindən aşkarlandığı iddia edilən qüsurlar “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü” kitabında yer alıb.

Hüquqşünasdan evakuasiya ilə bağlı təklif: ləğv edilsin

11 Yanvar 2018 11:28

Evakuasiyaya görə alınan ayrıca haqqı ləğv etmək lazımdır. Yalnız dayanma və durma qaydasını pozmaya görə cərimə tətbiq edilməlidir. Bu sözləri hüquqşünas, yol-hərəkəti üzrə ekspert Ərşad Hüseynov qeyd edib.

Silikonları çıxarmaq istəyən azərbaycanlı qadınlar artıb - SƏBƏBLƏR  

11 Yanvar 2018 11:14

Son 25-30 ildə tibbin ən sürətlə inkişaf edən sahəsi kosmetologiya, yəni estetik təbabətdir. Azərbaycanda, eləcə də dünyada qadınlar estetik, plastik əməliyyata tez-tez müraciət edirlər. Daha çox edilən plastik əməliyyatlar silikondan istifadə ilə müəyyən nayihələrin böyüdülməsidir. Silikondan daha çox sinənin, dodaq və ya yanağın böyüdülməsi məqsədilə istifadə edilir.