57 iş üzrə 27569,83 manat məbləğində iddia qaldırıldı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.  Olaylar.az bildirir ki, araşdırma zamanı yol verilmiş qanun pozuntularına görə 185 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 18 müddətli “məcburi göstəriş” verilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb. 

Olaylar.az bildirir ki, araşdırma zamanı yol verilmiş qanun pozuntularına görə 185 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 18 müddətli "məcburi göstəriş" verilib.

53 iş üzrə 39550 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 57 iş üzrə 27569,83 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 200 iş üzrə 38885,64 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 35, icra qurumlarına 52, məhkəmələrə isə 27 iş göndərilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31