Tovuzda 3 istiqamət üzrə 11 km avtomobil yolu yenidən qurulub

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi tərəfindən Tovuz rayonunda strateji əhəmiyyətə malik 3 istiqamətdə avtomobil yollarının yenidən qurulması işləri aparılaraq yekunlaşdırılıb. “OLAYLAR”-a agentlikdən bildirilib ki, söhbət Ağdam, Yuxarı Öysüzlü, Əlibəyli və Hacalı kəndlərinə gedən avtomobil yollarından gedir.

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyi tərəfindən Tovuz rayonunda strateji əhəmiyyətə malik 3 istiqamətdə avtomobil yollarının yenidən qurulması işləri aparılaraq yekunlaşdırılıb. "OLAYLAR"-a agentlikdən bildirilib ki, söhbət Ağdam, Yuxarı Öysüzlü, Əlibəyli və Hacalı kəndlərinə gedən avtomobil yollarından gedir.

Tovuz-Ağdam-Yuxarı Öysüzlü-Əlibəyli-Hacalı avtomobil yolunun ümumi uzunluğu 11 km təşkil edir. Layihə üzrə yol 4 və 5-ci texniki dərəcələrə uyğun olaraq yenidən qurulub. Tovuz-Ağdam və Əlibəyli-Hacalı kəndlərini birləşdirən yolların ümumi eni 10 metr təşkil edir. Bura 6 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 2 metr enində çiyinlər daxildir. Ağdam-Yuxarı Öysüzlü kəndlərini birləşdirən yolun hərəkət hissəsinin eni 4.5 metr və hər bir istiqamət üzrə 1.75 metr enində çiyinlər olmaqla ümumi eni 8 metr təşkil edir. Layihə çərçivəsində "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyi tərəfindən Ağdam-Yuxarı Öysüzlü kəndləri arasında Tovuz çayı üzərində yeni avtomobil körpüsü də inşa edilib. Körpünün ümumi uzunluğu 45 metr, eni isə 4.5 metr təşkil edir. Sözügedən ərazidə körpünün tikintisi ilə rayon mərkəzinə məsafə dəfələrlə qısalıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31