Sosial

Müəllim və valideynlərin qəbulu keçiriləcək

11 Yanvar 2018 14:32

Yanvarın 12-də paytaxtın Nizami və Nərimanov rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “OLAYLAR”-a bildirilib ki, səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.

UNEC-də müraciətləri İctimai Nəzarət Şurası dinləyəcək

11 Yanvar 2018 14:30

Yanvarın 13-də UNEC-də “Açıq qapı” günü keçiriləcək. “OLAYLAR”-ın xəbərinə görə. UNEC-də qış imtahan sessiyası boyunca ənənəvi olaraq hər həftənin şənbə günü keçirilən “Açıq qapı” günündə universitet rəhbərliyi iştirak etməyəcək.

Ölkə yanğın yerinə döndü - 20-dən çox şəhər ayağa qalxdı

11 Yanvar 2018 14:10

Sosial və iqtisadi vəziyyətə etiraz olaraq aksiyaların keçirildiyi Tunisdə vəziyyət hər keçən gün pisləşir. Ölkənin 20-dən çox şəhərində keçirilən aksiyalar paytaxt Tunisə də keçib.

Azərbaycanda 60 mindən çox qadın sürücü var

11 Yanvar 2018 14:06

Azərbaycanda avtomobil idarə edən qadın sürücülərin sayı artıb. Hazırda xanım sürücülər 60 min nəfərdən çoxdur.  

Qanunsuz silahlar polisə təhvil verildi

11 Yanvar 2018 14:01

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədi ilə uğurlu əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

Havaların soyuması sosial sığınacaqları gündəmə gətirdi

11 Yanvar 2018 13:59

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində yaradılmış Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacaq və Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsində 32 nəfər stasionar şəraitdə sosial xidmətlərlə təmin olunur.

Bakının bu ərazisində TƏHLÜKƏ ARTDI - Tektonik qırılma xətti genişləndi

11 Yanvar 2018 13:57

Yeni Günəşli qəsəbəsində, Günəşli yaylası "Döngə 1" və "Döngə 2" ünvanlarını kəsib keçən tektonik qırılma xəttinin, yer qatında olan çatların genişlənməsi müşahidə edilir. Bunu  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

İnfarkt və insultun artmasının səbəbləri açıqlanıb - ARAŞDIRMA

11 Yanvar 2018 13:45

Bütün dünyada ölüm səbəbləri arasında ürək-damar xəstəlikləri birinci sırada gəlir.  Bir çox hallarda damarla bağlı problemlər heç bir ciddi əlamətlə özünü büruzə vermir və nəticədə insanlar bu xəstəliklərin olduğundan xəbərsiz olurlar. Bu isə çox təhlükəli haldır.

Azərbaycanlı qız ermənilərlə əlbir oldu?

11 Yanvar 2018 13:35

Azərbaycanlı qız ermənilərin köməyi ilə işğal altında olan Dağlıq Qarabağa getmək istəyir.  Bu qalmaqallı iddia sosial şəbəkələrdə yayılıb. İddiaya görə, "Qafqaz" Universitetinin tələbəsi Fidan Türksoy adlı xanım gizli yollarla Qarabağa keçmək istəyir, bunun üçün də o, ermənilərlə əlaqə qurmaqdan belə çəkinməyib. Bu iddianın müəllifi isə sosial şəbəkə istifadəçisi olan Ziya Ata adlı şəxsdir.

Tanınmış şairə vəfat etdi

11 Yanvar 2018 13:31

Şairə Tamaşa Xəyali vəfat edib. Azərbaycan Yazıçıları Birliyindən  verilən məlumata görə, o uzun sürən xəstəlikdən sonra yanvarın 11-də vəfat edib. Tamaşa Xəyali bu gün Suraxanı qəsəbəsindəki Dədə Qorqud qəbiristanlığında torpağa tapşırılacaq.

Bakıda dördmərtəbəli binada yanğın qeydə alınıb- 7 sakin təxiyyə edilib

11 Yanvar 2018 12:53

Bakı şəhəri, Xətai rayonunda dördmərtəbəli binada yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nəticədə binanın dəhlizində 15 p.m kabel və 1 ədəd kondisioner yanıb.

Qardaşının evində özünü asdı

11 Yanvar 2018 12:51

Goranboy rayonunda intihar hadisəsi qeydə alınıb. Məlumata görə, hadisə rayonun Səməd Vurğun küçəsində qeydə alınıb. Rayon sakini, 1970-ci il təvəllüdlü Arif Alıyev qardaşına məxsus evdə özünü asıb.