Sosial

Xırdalanda yataqxanada yanğın- 17 nəfər təxliyyə edilib

12 Yanvar 2018 13:26

Abşeron rayonu, Xırdalan şəhərində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nəticədə ümumi sahəsi 60 m2 olan 1 otaqlı mənzilin yanar konstruksiyaları və ümumi sahəsi 30 m2 olan digər 1 otaqlı mənzilin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 17 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.

Azərbaycan Ordusunun şəxsi heyətinə dərəcələrinin verilməsi üzrə sınaq imtahanları keçirilir

12 Yanvar 2018 13:25

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunun zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına məharət dərəcələrinin verilməsi (təsdiqlənməsi) üzrə sınaq imtahanları keçirilir.

Gömrük Komitəsindən işlənmiş təkərlərlə bağlı açıqlama

12 Yanvar 2018 13:17

Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il tarixli qərarına əsasən, 2018-ci ilin yanvar ayının 1-dən etibarən ölkəyə gətirilən bərpa edilmiş şinlərə (işlənmiş təkər) yeni gömrük rüsumları tətbiq edilib.

"Arabian dance club" un ictimai asayişi pozan gecə həyatı

12 Yanvar 2018 13:12

Paytaxtın Üzeyir Hacıbəyov 4 ünvanında, zirzəmidə yerləşən "Arabian dance club" adlı barın gecə fəaliyyəti ətrafda yaşayan sakinləri cana yığıb. Bu barədə “OLAYLAR”- a məlumat verən həmin binanın sakinlərindən biri qeyd edib ki, dəfələrlə sakinlərin irad bildirməsinə baxmayaraq obyektin rəhbərliyi etirazlara məhəl qoymayıb.

Təbriz və Salatın Əsgərova küçələrində hərəkət qısmən məhdudlaşdırılır

12 Yanvar 2018 13:09

Paytaxtın Təbriz küçəsində və Salatın Əsgərova küçəsinin Təbriz küçəsi ilə kəsişməsindən Azadlıq prospektinədək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti bu gündən etibarən hissə-hissə qismən məhdudlaşdırılacaq. Bu barədə məlumat “OLAYLAR”-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən daxil olub. Bildirilib ki, nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması aparılacaq təmir işləri ilə əlaqədardır.

Havalar KƏSKİN SOYUYACAQ- XƏBƏRDARLIQ

12 Yanvar 2018 13:05

Bakıda və Abşeron yarımadasında yanvarın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər və axşam bəzi yerlərdə zəif duman, çiskin olacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Orfoqrafiya lüğətinə yeni təkliflər - Siyahı

12 Yanvar 2018 12:55

“Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsi hazırlanıb və ictimaiyyətə təqdim olunub. “Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsini Azərbaycan Milli Elmlər Akademiyasının Orfoqrafiya Komissiyası və AMEA Nəsimi adına Dilçilik İnstitutu hazırlayıb. Layihə Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 28 dekabr 2017-ci il tarixində keçirilən iclasında müzakirə olunub və çap üçün tövsiyə edilib.

Usubov bu polis bölməsinin rəisini dəyişdi

12 Yanvar 2018 12:52

Bakıda polis bölməsinin rəisi dəyişdirilib. Bu barədə Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin rəisi Cövdət Məmmədov tutduğu vəzifədən azad edilərək Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin rəisi vəzifəsinə təyinat alıb.

Ya ailə, ya da iş... - İlk övladını dünyaya gətirən qadınların yaş həddi ARTIR  

12 Yanvar 2018 12:35

Dünyada iş qadınları arasında ilk övladın gec dünyaya gətirilməsi halları geniş yayılıb. Əksər  qadınlar erkən yaşda evlənsələr  də, uzun illər uşaq dünyaya gətirmirlər. Bəzən hamiləliklərin gecikməsinin tibbi səbəblərlə bağlı olmasına baxmayaraq, bu, əksər qadınların şəxsi seçimidir.

Baş nazirdən orta ixtisas təhsili ilə bağlı- dəyişiklik

12 Yanvar 2018 12:33

“Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nda dəyişikliklər edilib. Nazirlər Kabinetinin qərarı ilə tələbələrin bir semestrdə götürdüyü kreditlərin sayı 40-a qədər artırılıb.

İtkin alpinistlərlə bağlı yeni - Təfərrüatlar

12 Yanvar 2018 12:18

Qubada itkin düşən alpinist dostlarımızla sonuncu əlaqəmiz onların dağa çıxmazdan əvvəlki gün gecə dağ ətəyində düşərgə saldıqları zaman olmuşdu. Bunu alpinist Camal Qaşqay deyib. C.Qaşqay vurğulayıb ki, bu, itkin düşmüş alpinistlərdən alınan sonuncu mesaj oldu: “Həmin gecə güclü külək və qar müşahidə olunurdu. Ehtimal ki, onlar sonra dağa çıxan zaman problemlə üzləşiblər, lakin xilasetmə komandası və helikopterlər əsas düşərgədən yuxarıda onlardan heç bir iz tapa bilməyib”.

Fazil Məmmədovdan yeni xəbər

12 Yanvar 2018 12:00

Azərbaycan Güləş Federasiyasının rəhbərliyində kadr dəyişikliyi aparılıb. “OLAYLAR”-a AGF-dən bildirilib ki, Federasiyanın Prezidenti Fazil Məmmədovun müvafiq əmri ilə Federasiyanın I vitse-prezidenti vəzifəsinin müvəqqəti icraçısı Ələkbərov Sahib Nurəddin oğlu tutduğu vəzifədən azad edilib. Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti vəzifəsinin icrası Umudov Firdovsi Qəminalı oğluna həvalə edilib.

Ölkədə 2250 məscid var

12 Yanvar 2018 11:59

Son hesablamalara görə, hazırda ölkə ərazisində 2250 məscid mövcuddur. “OLAYLAR” xəbər verir ki, belə bir açıqlama ilə DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov çıxış edib.

Bakı metrosundakı faciənin GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO

12 Yanvar 2018 11:50

Xəbər verdiyimiz kimi, Bakı metrosunda intihara cəhd olub.  Unikal.org-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, bu gün səhər saat 09:18-radələrində metronun "Qara Qarayev" stansiyasında təxminən 60-70 yaşlarında olan kişi özünü qatarın altına atmağa cəhd edib. Qatar kişini vuraraq platformaya atıb. Hadisə yerinə Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasının həkimləri çağrılıb və o, ağır xəsarətlərlə xəstəxanaya aparılıb.