Sosial
1080 nəfərə sosial xidmət müəssisələrində, 11 min nəfərə evlərində sosial xidmət göstərilib
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən çətin həyat şəraitində yaşayan şəxslərin sosial xidmətlərlə təminatı istiqamətində ötən il də məqsədyönlü işlər aparılıb.
Mərkəzi Elmi Kitabxana ilə “İki sahil” qəzeti arasında müqavilə imzalanıb
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “İki sahil” qəzetinin rəhbərliyi ilə görüş keçirilib.Tədbirdə MEK-in direktoru Leyla İmanova kitabxananın fəaliyyəti, strateji hədəfləri, 2017-ci ilin nəticələri barədə geniş məlumat verib. Qeyd edib ki, bu müddət ərzində kitabxana bir sıra önəmli layihələr reallaşdırıb, çoxsaylı təşəbbüslər həyata keçirib. Kitabxanada fondların zənginləşdirmək işinə daim diqqət verildiyini və bu məqsədlə atılan addımları diqqətə çatdıran L.İmanova rəhbərlik etdiyi qurumun 2017-ci ildə əldə etdiyi mühüm nəticələr, 5 illik strateji hədəflərdən danışıb.
İtkin düşən alpinistlərlə bağlı ÜZÜCÜ XƏBƏR
Orfoqrafiya lüğətinə yeni təklif: əsgər, işgəncə…
Bəzi sözlərin mənbə dildəki yazılışı əsas götürülərək, k hərfi ilə yazılması məqsədəuyğun sayılır (əsgər-əskər, əsginas-əskinas, İsgəndər-İskəndər, işgəncə-işkəncə və s).
AMEA-nın professor və dosentlərinin əməkhaqqı artırıldı
Bu il yanvarın 1-dən Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) çalışan və elmi adı olan alimlərin əməkhaqqı artımla hesablanacaq. Bu barədə akademiyanın vitse-prezidenti İsa Həbibbəyli məlumat verib. Onun sözlərinə görə, artım elmi adları (dosent və professor) olan şəxslərin vəzifə maaşlarına elmi adlara görə əlavələrin verilməsi ilə baş verəcək.
Röyanın keçmiş əri prokurorluqda dindirildi: "Həmin sənədlərdə nə yazıldığını bilmirdim"
"Çudo Peçka" və "ÇP Aqro" MMC-lərinin təsisçisi Çingiz Cəlilovun qardaşı Pərviz Cəlilov, oğlanları - Anar, Teymur və Asim prokurorluqda ifadə veriblər. Həmin ifadələri əldə edilib. Çingiz Cəlilovun cinayət işi üzrə ifadə verən oğlu Anar Cəlilov bildirib ki, "Çudo Peçka" MMC əsasən un məmulatlarının istehsalı və satışı ilə məşğul olub: "2012-ci ildə atam məni yanına çağırıb dedi ki, "Çudo Peçka"nın fəaliyyəti ilə bağlı "Bank Standard"dan mənim adıma 4 milyon 225 min manat kredit götürmək istəyir. Mən də atamla razılaşdım, bundan sonra həmin bankın MUM-un yanındakı baş ofisinə getdim. Orada mənə təqdim olunan sənədləri imzaladım.
Qış aylarında sağlam qidalanma
Qış aylarında sağlam qidalanma planlarını tətbiq etməyin nə qədər çətin olduğunu hamımız bilirik. Gündüzlərin qısa olması səbəbindən hərəkətlərimiz azalır, artıq çəkilərimizi qalın paltarların altında gizlədə bilməyin verdiyi arxayınlıqla daha artıq və sağlam olmayan qidalar yeməyə başlayırıq. Yazda izə aldığımız bu artıq çəkilərdən azad olmaq üçün bir çox yollara əl atırıq.
Diqqət: Saç qırılmasına qarşı maskalar
Saçlar zaman-zaman maskalar qəbul etmədikdə, ya da yayın isti günəşindən sonra quruyur və qırılmağa başlayır.Bu zaman saçlara proteinli maska hazırlamaq daha uyğundur.
Dəniz duzunun faydası...
Dərinin vəziyyətini yaxşılaşdırmaq üçün sadəcə həftədə 1-2 dəfə duz vannası qəbul etmək kifayət edər. Bu prosesi həyata keçirmək isə çox sadədir.
E vitamini nədir və nələrdə var?
E vitamini bədənimizin ehtiyacı olan ən vacib vitaminlərdən biridir və əskik olması bir çox problemlərin yaranmasına səbəb olur. Bu vitamin həm xroniki narahatlıqlar, həm də xərçəng xəstəliyinin inkişaf etməsinin qarşısını almaqda olduqca faydalıdır.
Qohum cütlüklərin xromosomları oxşar olur – Təhlükə
Ailə cəmiyyətin ən kiçik, amma önəmli parçası hesab olunur. Ailə həmçinin insan nəslinin davam etməsini təmin edən qurumdur. Buna görə də məhz nəsli inkişaf etdirmək məqsədi ilə qohumlar arasında evliliklər baş tutur. Belə bir deyim var ki, “əmi qızı ilə əmi oğlunun nikahı göydə kəsilib”.
Rezidenturaya sınaq imtahanı keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən rezidenturaya qəbul olmaq istəyən namizədlərin imtahana daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı) üzrə sınaq imtahanı keçiriləcək.
20 min məcburi köçkünə ŞAD XƏBƏR - AÇIQLAMA
“Məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması ilə yanaşı, onların işlə təminatı, xırda bizneslə, kənd təsərrüfatı ilə məşğul olmaları üçün şərait yaradılır. Bu da cənab Prezidentin məcburi köçkünlərə olan diqqət və qayğısının bariz nümunəsidir”.
SOCAR Azərbaycanda 129 elmi-tədqiqat layihəsinə dəstək verib
SOCAR-ın 2011-ci ildən fəaliyyət göstərən “Elm Fondu” 2017-ci il üzrə müsabiqənin qaliblərini elan edib. “OLAYLAR” xəbər verir ki, təqdim olunan 98 layihədən 35-i AMEA-nın və SOCAR-ın alim və mütəxəssislərindən təşkil edilmiş Müsabiqə Komissiyası tərəfindən müsabiqənin qalibi seçilib.
Radikallığı təbliğ edən 63 kitab ölkəyə buraxılmayıb
“2017-ci il ərzində Azərbaycanda ümumilikdə 1540 adda dini məzmunlu ədəbiyyatın idxal edilməsi məsələsinə baxılaraq, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 63 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb”.

.jpg)












