Qohum cütlüklərin xromosomları oxşar olur – Təhlükə

Ailə cəmiyyətin ən kiçik, amma önəmli parçası hesab olunur.  Ailə həmçinin insan nəslinin davam etməsini təmin edən qurumdur. Buna görə də məhz nəsli inkişaf etdirmək məqsədi ilə qohumlar arasında evliliklər baş tutur. Belə bir deyim var ki, “əmi qızı ilə əmi oğlunun nikahı göydə kəsilib”.

Ailə cəmiyyətin ən kiçik, amma önəmli parçası hesab olunur.  Ailə həmçinin insan nəslinin davam etməsini təmin edən qurumdur. Buna görə də məhz nəsli inkişaf etdirmək məqsədi ilə qohumlar arasında evliliklər baş tutur. Belə bir deyim var ki, "əmi qızı ilə əmi oğlunun nikahı göydə kəsilib". Təkcə əmiuşaqları deyil, eyni zamanda xalauşaqları arasında da belə ailələr qurulur. Keçmişdən günümüzə qədər öz aktuallığını qoruyub saxlayan bu deyimə əsasən bu gün də bir çox qohum əlaqəli evliliklər baş tutur. Hətta bəzən qohumlar arasında evliliyin baş tutması üçün valideynlərin övladlarına təzyiq göstərmələrinə də şahid oluruq. Bu təzyiqlərə isə ailələrin bir-birini yaxından tanıması və bu kimi bir çox səbəblər göstərirlər. Lakin cəmiyyətimizdə belə bir fikir formalaşıb ki, bu kimi evlilik nətiсəsində ailənin övladı dünyaya xəstə gəlir. Eyni zamanda bunun hamıya aid olmadığı da bildirilir. Bu müəyyən xəstəliklər əslində qohum olmayan ailələr arasında da baş verə biləcəyi ehtimal olunur. 

Qohum evliliklərinin mənfi və yaxud müsbət cəhətləri hansılardır? 

Sualımıza cavab olaraq sosioloq Cavid İmamoğlu bildirib ki, dünyanın bir çox ölkələrində olduğu kimi Azərbaycanda da qohum evlilikləri geniş yayılıb. Onun sözlərinə görə, hal-hazırda ölkəmizdəki ailə mühitinə nəzər saldıqda bu tip ailələrin qurulmasının vacib olduğu bir daha təsdiqlənir. C.İmamoğlu qohum evliliklərin müsbət cəhətləri haqqında da öz fikirlərini bildirib: "Qohum evliliklərin qurulmasının həm mənfi, həm də müsbət cəhətləri var. Müsbət cəhətlərdən biri odur ki, ailələr bir-birlərini yaxından tanıyırlar. Bu da gələcəkdə qurulan ailənin keçimli dolanmasına şərait yaradır. Bildiyimiz kimi, bir çox ailələrin dağılmasına, boşanma hallarının çoxalmasına səbəb ailə keçimsizliyidir. Yəni ki, gənclərin qısa müddət ərzində, bir-birlərini tanımadan qurduqları ailələrdə belə hallara rast gəlinir". 

Sosioloq bu tip ailələrin qurulmasının müsbət tərəfləri kimi mənfi tərəfləri olduğunu da qeyd edib. "Qohum evliliklərin baş tutmasının mənfi tərəflərinə nəzər salsaq bu tip ailələrin qurulması nəticəsində dünyaya gələn uşaq risk altına düşür.  Genetik faktorların təsiri ilə doğum əsnasında uşaqlarda müəyyən problemlər meydana çıxır. Bu problemlər də uşaqların sağlamlığını məhdudlaşdıra biləcək xəstəliklərlə nəticələnə bilər. Əlbəttə ki, heç kəs bu evliliklərin baş tutmasını qınaya bilməz". 

Sonda C. İmamoğlu belə ailə quranlara da səslənib: "Qohum evlilikləri baş tutanda böyüklərlə yanaşı cütlüklər də diqqətli olmalıdır və gələcəkdə dünyaya gələn övladlarının sağlamlıqlarını nəzərə almalıdırlar. Nəzərə çatdıraq ki, bu tip ailələrin uşaqlarında olmasa belə nəvələrdə genetik xəstəliklər yarana bilər". 

Bəs görəsən belə ailələrin qurulmasına tibb nə deyir?  

Mövzu ilə bağlı  açıqlama verən həkim ginekoloq Gülnar Ağayeva bildirib ki, qohumlar arasında baş tutmuş evliliklərdə cinsi xəstəlik daha tez yaranır. "Bu tip ailələr digər ailələrə nisbətən daha tez xəstəliklərə yoluxurlar. Qohumluq əlaqələri ilə qurulan ailələrdə Hepatit C sindromu, lallıq, karlıq talasemiya və s. bu kimi müxtəlif xəstəliklərə rast gəlinir". Ginekoloqun sözlərinə görə, bu tip ailələrdə bəzən hamiləlik baş vermir: "Əgər hamiləlik baş verərsə də, həmin uşaq qüsurla dünyaya gəlir. Cütlüklər bir-birlərinə qohum olduqları üçün onların xromosomları oxşar olur. Xromosomların oxşarlığı da hətta deyərdim ki, əksər vaxtlar hamiləliliyin düşük olması ilə nəticələnir. Ər-arvadın xromosomu bacı-qardaşın xromosomları kimi eyni olur". Azadinform.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31