Sosial
Avropa Parlamenti ilə əməkdaşlıq prespektivləri müzakirə ediləcək
Milli Məclisin deputatı Cavanşır Feyziyev Fransanın Strasburq şəhərinə səfərə gedəcək. Bu barədə MM-dən “Olaylar”a verilən xəbərə görə, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri olan millət vəkilimiz Strasburqda Avropa Parlamentinin üzvləri ilə bir sıra görüşlər keçirəcək. Görüşlər çərçivəsində Avropa Parlamentinin rumıniyalı üzvü xanım Norika Nikolayinin Azərbaycanla bağlı hazırladığı məruzə layihəsi ətrafında, həmçinin Milli Məclislə Avropa Parlamenti arasında əməkdaşlığın daha da genişləndirilməsi imkanları ilə bağlı fikir mübadiləsi aparılacaq. Ümumilikdə Cavanşir Feyziyevin Avropa Parlamentinin 20-ə qədər üzvü ilə görüş keçirməsi gözlənilir.
Almaniya ilə miqrasiya sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Almaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrab ilə görüş keçirib. “OLAYLAR” Miqrasiya Xidmətinə istinadən xəbər verir ki, görüşün keçirilməsində məqsəd Azərbaycanla Almaniya arasında miqrasiya proseslərinin tənzimlənməsi sahəsində əməkdaşlığın mövcud vəziyyətinin, eləcə də Azərbaycanda yaşayan Almaniya vətəndaşlarının və müvafiq olaraq Almaniyada yaşayan Azərbaycan vətəndaşlarının miqrasiya sahəsində üzləşdikləri problemlərin müzakirəsi olub. Görüşdə mövcud ikitərəfli əməkdaşlıq çərçivəsində bu problemlərin həlli yollarına dair fikir mübadiləsi aparılıb.
Məktəblilərin ali təhsil müəssisələrinə ekskursiyası təşkil edilib
Paytaxt məktəbliləri üçün karyera planlama təlimləri çərçivəsində ali təhsil müəssisələrinə ekskursiyalar təşkil edilir. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “OLAYLAR”-a bildirilib ki, ekskursiyalar zamanı ali məktəblərin müəllim və tələbələri ilə görüşən şagirdlərə fakültələr, ixtisaslar, təqaüd və mübadilə proqramları barədə məlumatlar verilir. Eyni zamanda, görüşlərdə ixtisas seçimi, bu zaman diqqət yetirilməli olan məqamlar, bacarıq və qabiliyyətlərin düzgün qiymətləndirilməsi, əmək bazarındakı vəziyyət və digər məsələlər ətrafında müzakirələr aparılır. Ekskursiyalar çərçivəsində, həmçinin, məktəblilər elmi-tədqiqatlara cəlb olunur, dərs dinləmələrinə qatılır, maraqlandıqları suallara cavab alırlar.
Pensiyalar nə vaxt veriləcək? - Rəsmi
Bakı şəhəri üzrə əmək pensiyaları sabah hesablara köçürüləcək. Bunu açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib.
İntihar çıxış yolu deyil
“Son günlər yenə intihar xəbərləri eşidirik. İntihar çıxış yolu deyil. Zəifliyin əlaməti və nəticəsi ağır olan işdir”. “OLAYLAR” xəbər verir ki, belə bir açıqlama ilə ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov çıxış edib: “Özünüzü uçuruma aparmayın. Məgər siz Cəhənnəm oduna dözə biləcəksinizmi?.
Körpə ölümləri ilə bağlı rəqəmlər AÇIQLANDI: son 25 ildə...
Son 25-30 il ərzində ölkədə körpə və uşaq ölüm göstəricisi üç dəfəyə qədər azalıb. Səhiyyə Nazirliyindən verilən məlumata görə, bu fikirlər Gəncə şəhər Səhiyyə İdarəsində Səhiyyə Nazirliyinin "Azərbaycan Respublikasında uşaq ölümünün azaldılmasına yönəldilmiş Tədbirlər Planı"na həsr edilmiş tədbirdə səsləndirilib.
Sonsuzluğa, depressiyaya səbəb olan dərmanla bağlı RƏSMİ AÇIQLAMA
Azərbaycan Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi Fransa və Danimarka alimləri tərəfindən insanda sonsuzluq, diqqətsizlik, depressiya, əzələ əriməsi kimi xəstəliklərə yol açdığı deyilən dərman - "İbuprofen"lə bağlı açıqlama verib. Mərkəzdən bildirilib ki, Azərbaycana bu adda dərmanların gətirilməsinə icazə verilir. Azərbaycana gətirilən "İbuprofen" dərmanları Belarusun Borisov Dərman Preparatları Müəssisəsi tərəfindən istehsal edilir.
Qış hamilələri bunları etməməlidir - DİQQƏTLİ OLUN
Günün qoroskopu: qəfil olaylar və sürprizlər ola bilər
Harun Yәhyanın kediciyi ALT PALTARINDA nәfәs kәsdi - VİDEO
ZARA mağazasında hörmətsizlik
Həkimlərdən valideynlərə ciddi xəbərdarlıq:Qızılca epidemiyası sürətlə yayılır
Dəhşətli qış gəlir: Sabah hava soyuq olacaq - VİDEO
Kürdə biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub - SƏBƏB?
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə yanvar ayında növbəti monitorinq həyata keçirib.


.jpg)











