Sosial

Bakıda gənc qızı şantaj edirlər: "Mənimlə çəkdirdiyin şəkilləri…"

14 Yanvar 2018 16:02

Bakıda keçmiş sevgilisi tərəfindən şantaj olunun qız polisə müraciət edib.  1991-ci il təvəllüdlü Ülkər Hüseynova (ad şərtidir) bildirib ki, keçmiş sevgilisi Rauf Rüstəmli ona hədə-qorxu gələrək keçmiş əlaqələrinin bərpa edilməsini istəyir. Bunu qəbul etmədikdə isə, həmin şəxs 27 yaşlı qızla əvvəllər çəkdirdiyi şəkilləri ailə üzvlərinə göstərəcəyi ilə hədələyib.

Bakıda kreditlə maşın alan şəxsin başına iş gəldi

14 Yanvar 2018 12:56

Bakı sakini üzləşdiyi dələduzluq əməli ilə bağlı hüquq-mühafizə orqanına müraciət edib. 1979-cu il təvəllüdlü Faiq Bağırov Səbail Rayon Prokurorluğuna ərizə ilə müraciət edərək bildirib ki, 2013-cü ildə bankların birindən yeni aldığı “Kia Rio” markalı avtomobili girov qoyması müqabilində 13800 dollar kredit götürüb. Lakin həmin krediti ödəyə bilmədiyi üçün F.Bağırov avtomobili 2016-cı ilin avqustunda 34 yaşlı Teymur Məmmədova satıb və Yasamal rayonundakı notariusda maşını onun adına sənəndləşdirib.

Çayı qədərindən artıq içməyin

14 Yanvar 2018 12:40

Çay ən faydalı içkilərdən biri sayılır. Çay orqanizmi tonuslaşdırır, təzyiqi tənzimləyir, mübadilə proseslərini stimullaşdırır, qanda pis xolesterolun səviyyəsini aşağı salır, orqanizmi təmizləyir, xərçəngin riskini azaldır.

Quşların sayına görə Avropada 4-cü ÖLKƏYİK

14 Yanvar 2018 11:01

Son günlər Bakının mərkəzində və şəhərətrafı yerlərdə quşların sayının çoxaldığı müşahidə edilir. Mütəxəssislərin fikrincə, şəhərdə quşların sayının artması qış mövsümü ilə əlaqədardır. Bəzi ölkələrdə havaların sərt keçməsi səbəbindən köçəri quşlar qışlamaq üçün ölkəmizə üz tuturlar.

"Viki"çilərdən Rauf Denktaş anması

14 Yanvar 2018 11:00

AMEA Mərkəzi Elmi Kitabxanasında Vikipediya mövzusunda keçirilən təlim iştirakçıları tərəfindən Şimali Kipr Türk Respublikasının qurucusu və birinci prezidenti Rauf Denktaşın vəfatının 6-cı ildönümü münasibətilə böyük türk lideri haqqında “Azərbaycanca Vikipediya”da məqaləni əsaslı redaktə etməklə genişləndiriblər. Böyük lider haqqında məqaləni oxucuların istifadəsinə veriblər.

Azərbaycanda yeni muzey yaradıldı

14 Yanvar 2018 10:45

Azərbaycan Tibb Universitetində unikal Anatomiya Muzeyi yaradılıb. Universitetdən verilən məlumata görə, muzeyin açılışı Prezident İlham Əliyevin sərəncamı ilə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi münasibətilə ATU-nun İnsan anatomiyası kafedrası tərəfindən təşkil olunub. Bu kafedranın yaranma tarixi məhz Azərbaycan Xalq Cümhuriyyəti dövrünə təsadüf edir.

Özünənəzarətin 6 sirri

14 Yanvar 2018 10:42