Sosial

Məktəblərdə vətənpərvərlik mövzusunda tədbirləri keçirilir

17 Yanvar 2018 13:38

Paytaxt məktəblərində 20 Yanvar – Ümumxalq Hüzn Günü ərəfəsində vətənpərvərlik mövzusunda çoxsaylı tədbirlər təşkil edilir. “OLAYLAR” xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində vətənpərvərliyə dair konfrans, “Dəyirmi masa”, seminar, müsabiqə və əl işlərindən ibarət sərgilər keçirilir.

Qəbristanlıqda “TT” markalı tapança aşkar edildi

17 Yanvar 2018 13:36

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının müxtəlif cinayətlərin üstünün açılması istiqamətində Respublikanın hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı davam edir.

Nazirdən təhlükəsizliklə bağlı -  Xüsusi tapşırıq

17 Yanvar 2018 13:19

Bu gün Daxili İşlər Nazirliyində Daxili Qoşunların 2017-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş naziryanı əməliyyat müşavirəsi keçirilib. Bu barədə  DİN-in mətbuat xidmətindən məlumat verilib.

İsa Qəmbərin həkimi: Sabah qərar veriləcək

17 Yanvar 2018 13:17

Hazırda Mərkəzi Klinikada müalicə olunan Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər dünən reanimasiyadan intensiv terapiya şöbəsinə köçürülüb.

Avstriyalı mütəxəssislər alpinistlərin axtarışlarını dayandırdılar

17 Yanvar 2018 13:09

Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışlarında iştirak edən Avstriyanın Daxili İşlər Nazirliyinin dağ-xilasetmə sahəsi üzrə mütəxəssisləri bir neçə gündən sonra axtarışları dayandıraraq ölkəmizi tərk edib.

Eks-nazir nazirliyə 4 maşın “bağışladı”

17 Yanvar 2018 12:43

Sabiq vergilər naziri Fazil Məmmədov tabeliyində olan 4 ədəd bahalı xarici avtomobil Vergilər Nazirliyinə bağışlayıb. Məlumata görə, həmin maşınlar Fazil Məmmədovun nazirliyə rəhbərlik etdiyi dövrdə şəxsi avtomobillər kimi alınıb. Və daha sonra nazirliyin vəzifəli şəxslərinin istifadəsinə verilib.

Millət vəkili: “Xəlil Rza da, oğlu da şəhiddir”

17 Yanvar 2018 12:41

“Mənim sevdiyim şairlərin içində Əli Kərimin, Məmməd Arazın, Ramiz Rövşənin hansısa şeirlərini bəyənməməyim onların şairliyinə kölgə salmır ki?!” Bunu millət vəkili, BQP başqanı Fazil Mustafa deyib.

Uzun müddət TV izləməyin ağır fəsadı – Həkim

17 Yanvar 2018 12:29

Uzun müddət televizor izləmək uşaqlarda nitq ləngiməsinə səbəb olur. Bu sözləri pediatr Altay Abdullaoğlu son illər uşaqlar arasında nitq ləngimələri, kəkələmə və düzgün danışa bilməmə probleminin artmasının səbəbləri barədə danışarkən deyib.

Baş Prokurorluqda Şəmsəddin Hacıyevlə bağlı istintaq aparılır

17 Yanvar 2018 12:18

“Hazırda Azərbaycan Dövlət İqtisad Universiteti ilə bağlı istintaq davam etdirilir”. “Olaylar”ın xəbərinə görə, bunu baş prokurorun müavini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev Baş İdarə tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində 2017-ci il ərzində görülən işlərlə bağlı kütləvi informasiya vasitələrinin və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçirilən mətbuat konfransında deyib. O bildirib ki, sənədlərin tədqiq edilir, digər əməliyyatlar aparılır: “İstintaqın işi ilə məlumat verə biləmərəm”.

Qafqaz Müsəlmanları İdarəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar bəyanat yaydı

17 Yanvar 2018 12:07

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) 20 Yanvar faciəsinin 28-ci ildönümünü ilə əlaqədar bəyanat yayıb.”Olaylar” xəbər verir ki, bəyanatda deyilir: “Tarixi yaddaşımıza dərin hüzn, eyni zamanda, milli qürur və qəhrəmanlıq məktəbi kimi həkk olmuş qanlı Yanvar faciəsinin 28-ci ildönümü ərəfəsindəyik.

Azərbaycanda ərəb turistləri daşıyan avtomobil aşıb, 3 nəfər xəsarət alıb

17 Yanvar 2018 12:04

İsmayıllı rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. İsmayıllı-Qəbələ yolunun Topçu kəndindən keçən hissəsində Bakı sakini, 1978-ci il təvəllüdlü Bağırov Elbəy Eldar oğlunun idarə etdiyi "Mercedes" markalı minik avtomobili yoldan çıxaraq aşıb. 

Bakcell Azərbaycanda ilk dəfə  metroda 4G xidmətini  təqdim edir

17 Yanvar 2018 11:58

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti  Bakı şəhərinin bütün metro stansiyalarında özünün ultra-sürətli 4G LTE mobil internet xidmətini istifadəyə verib.

Kamran Əliyev: ““Qaynar xətt” əlaqə mərkəzinə daxil olan müraciətlərin sayı azalıb”

17 Yanvar 2018 11:56

“2017-ci ildə məhkəmələrə göndərilən cinayət işləri üzrə 83 milyon 486 min manat ziyanın ibtidai araşdırma mərhələsində 27 milyon 575 min manat və ya 33.03% ödənilməsi təmin edilib”.

Müəllimlərin beynəlxalq qış praktikası təşkil ediləcək

17 Yanvar 2018 11:53

Azərbaycan Müəllimlərinin Beynəlxalq Qış Praktikası təşkil ediləcək. “OLAYLAR” xəbər verir ki, yanvarın 27-29-u tarixlərində baş tutacaq praktika respublikanın şimal zonasında reallaşacaq. Quba və Qusar rayonlarında gerçəkləşəcək tədbirin təşkilatçıları Şimali Kipr Türk Respublikasında fəaliyyət göstərən Girnə Amerikan Universiteti, Global Career İnstitute və Proloq İnkişaf Mərkəzidir. Həmçinin Hədəf kursları da Müəllimlərin Beynəlxalq Qış Praktikasına təşkilati dəstək verəcək. Yerli və xarici təlimçilər tərəfindən keçirilən praktikanın sonunda iştirakçılara sertifikat veriləcək. 

Nigar Adil yazır - Onlar insan deyil...

17 Yanvar 2018 11:51

Gün ərzində saytlarda hər  sahəyə aid xəbərlər, yazılar yerləşdirilir. Siyasət, sosial, mədəniyyət, kriminal, dünya. Və hər bir sayt verdiyi xəbəri xüsusi, diqqət çəkən başlıqla təqdim etmək istəyir. Anlaşılan və qəbulolunan haldı. Çünki, hər kəs – jurnalist də, redaktor da təqdim olunan xəbərlərdə oxucu sayının yüksək olmasını istəyir, müasir dildə desək İP “ovundayıq”.