Müəllimlərin beynəlxalq qış praktikası təşkil ediləcək
Azərbaycan Müəllimlərinin Beynəlxalq Qış Praktikası təşkil ediləcək. “OLAYLAR” xəbər verir ki, yanvarın 27-29-u tarixlərində baş tutacaq praktika respublikanın şimal zonasında reallaşacaq. Quba və Qusar rayonlarında gerçəkləşəcək tədbirin təşkilatçıları Şimali Kipr Türk Respublikasında fəaliyyət göstərən Girnə Amerikan Universiteti, Global Career İnstitute və Proloq İnkişaf Mərkəzidir. Həmçinin Hədəf kursları da Müəllimlərin Beynəlxalq Qış Praktikasına təşkilati dəstək verəcək. Yerli və xarici təlimçilər tərəfindən keçirilən praktikanın sonunda iştirakçılara sertifikat veriləcək.
17 Yanvar 2018 11:53 SosialAzərbaycan Müəllimlərinin Beynəlxalq Qış Praktikası təşkil ediləcək. "OLAYLAR" xəbər verir ki, yanvarın 27-29-u tarixlərində baş tutacaq praktika respublikanın şimal zonasında reallaşacaq. Quba və Qusar rayonlarında gerçəkləşəcək tədbirin təşkilatçıları Şimali Kipr Türk Respublikasında fəaliyyət göstərən Girnə Amerikan Universiteti, Global Career İnstitute və Proloq İnkişaf Mərkəzidir. Həmçinin Hədəf kursları da Müəllimlərin Beynəlxalq Qış Praktikasına təşkilati dəstək verəcək. Yerli və xarici təlimçilər tərəfindən keçirilən praktikanın sonunda iştirakçılara sertifikat veriləcək.
Qeyd edək ki, Müəllimlərin Beynəlxalq Qış Praktikasında qeydiyyat üçün son müraciət tarixi yanvar ayının 22-dir.