Sosial
Martın 20-nin ilaxır çərşənbəyə düşməsi çaşqınlıq yaradır? - RƏSMİ AÇIQLAMA
Qazaxıstanın Milli Muzeyi ilə Tarixi Muzeyi arasında əməkdaşlıq
Qazaxıstan Milli Muzeyi direktorunun müavini Abay Satubaldinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyində (MATM) olub. AMEA-dan Olaylar.az - a bildirilib ki, MATM-ın direktoru, akademik Nailə Vəlixanlı qonaqlara rəhbərlik etdiyi elmi müəssisənin tarixi barədə məlumat verib. Bildirilib ki, muzeyin yerləşdiyi, Bakının ən gözəl memarlıq abidələrindən olan bina 1895-1897-ci illərdə tikilib və Azərbaycan milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyevin mülkü olub. 1920-ci ildə binada yaradılmış muzeydə qədim dövrdən başlayaraq Azərbaycan tarixinin bütün mərhələlərinə dair çoxlu sayda eksponat toplanıb.
Olimpiadada şok olay: Qadın idmançının geyimi cırıldı
Yol polisləri müstəntiqin ailəsini ölümdən xilas etdi - TƏFƏRRÜAT - FOTO
Məşhur serialın qızlarımıza təsiri... - İndi də bu idmana gedirlər - FOTO
Ayağımın altına salıb təpikləyərəm - Nura Damlanı tənqid etdi
Nəsimi rayon məktəbliləri Memorial Soyqırım muzeyində
Xocalı soyqırımının iyirmi altıncı ildönümü ərəfəsində Nəsimi rayon məktəbliləri Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında fəaliyyət göstərən Memorial Soyqırım muzeyində olmuşlar. Ekskursiya zamanı bələdçi bildirmişdir ki, Respublika Hərbi Prokurorluğunda yaradılmış bu muzey Azərbaycan xalqının gələcək nəsillərinin qan yaddaşının qorunmasına və soyqırım qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə xidmət edən ağır bir tarixi hadisəni özündə əks etdirən nümunədir. Hərbi Prokurorluğun Soyqırımı Muzeyi XX əsrin əvvəllərindən bəri erməni-bolşevik silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar və soyqırımları nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə həsr edilib. Muzey dörd bölmədən – tarix, deportasiyalar-repressiyalar, soyqırımları və terror bölmələrindən ibarətdir.
Ekstrasensin xəritədə göstərdiyi yerdən Kamranın cəsədi tapıldı - Ana efirdə ŞOK YAŞADI - VİDEO
2017-ci ilin dekabrın 16-sı müəmmalı şəkildə yoxa çıxan Kamran Nurullayevin cəsədi tapılıb. "Səni axtarıram"a övladını axtarmaq üçün müraciət edən Kamranın anası oğlunun ölüm xəbərindən şok olub.
Rusiyada Böyük Vətən müharibəsində həlak olmuş azərbaycanlının məzarı tapılıb
Rusiyanın Smolensk vilayətində Böyük Vətən müharibəsində həlak olmuş azərbaycanlının məzarı tapılıb. Azərbaycanın Rusiyadakı səfirliyindən verilən məlumata görə, Smolensk vilayətində fəaliyyət göstərən “Dolq” ictimai təşkilatı tərəfindən hər il regionda Böyük Vətən müharibəsi zamanı həlak olmuş insanların cəsədlərinin axtarılıb tapılması və onların dəfn edilməsi məqsədi ilə ekspedisiyalar təşkil edilir.
Təhsil Nazirliyində yeni rəhbər seçildi
Vüsal Xanlarov Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması idarəsinə rəhbər təyin edilib. Bu barədə məlumatı Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz qeyd edib. O bildirib ki, Vüsal Xanlarov bu sahədə yetərincə təcrübəsi olan mütəxəssislərdəndir.
İntensiv yağışlar Bakıda yeni sürüşmə sahəsi yaratdı
Badamdardan 20-ci sahə istiqamətindəki yol kənarında sürüşmə hadisəsi qeydə alınıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib.
Atası avtomobil qəzasında həlak olan jurnalistin şikayətinə baxılır
“Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) işçisi Seymur Qarayev barəsində olan hökmdən Qarabağ müharibəsi veteranı, mərhum Əli Əliyevin oğlu, zərərçəkmişin hüquqi varisi İmdad Əlizadənin verdiyi apellyasiya şikayəti üzrə məhkəmə başlayıb.“Olaylar”ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin və zərərçəkmişin hüquqi varisinin anket məlumatları dəqiqləşdirilib.Daha sonra jurnalist İ.Əlizadənin nümayəndəsi Abil Bayramov vəsatət qaldıraraq məhkəmə baxışının qismən istintaq aparılmaqla keçirilməsini istəyib.Vəsatət təmin edilməyib. Lakin hakim bildirib ki, iclaslar zamanı zərurət yarasanrsa, məhkəmə qismən istintaqla keçiriləcək. Məhkəmə baxışı martın 1-də davam edəcək.
Baramanın “Science via Media” layihəsinin mükafatlandırma mərasimi baş tutmuşdur
Ekspedisiya rəisi: "Bayılda təhlükəli zonada 106 ev yerləşir"
“Bayıl dərəsinin sağ yamacı konturlaşdırılıb. Sürüşməyə meylli ərazinin konturları daxilində, sürüşməyə meylli kütlənin üzərində 106 fərdi yaşayış evi var”. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib. Bayıl yamacında sürüşmə ərazisinin 6,9 hektar ərazini əhatə etdiyini xatırladan ekspedisiya rəisi bildirib ki, sürüşməyə meylli ərazinin dil hissəsində olan 106 fərdi yaşayış evinin hamısına bu gün üçün təhlükə var.
“Deputatın statusu haqqında” qanun dəyişir
Sabiq deputat və onun ailə üzvləri pensiya təminatından istifadə edə biləcəklər. Bu barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli “Deputatın statusu haqqında” qanuna ediləcək dəyişikliyi şərh edərkən bildirib.O deyib ki, “Deputatın statusu haqqında” qanunun hazırda qüvvədə olan 24-1-ci maddəsi ləğv edilir.24-1–ci maddəyə (Vəfat etmiş deputatın və sabiq deputatın ailə üzvlərinin pensiya təminatı) görə, deputat və sabiq deputat vəfat etdikdə onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Qanuna uyğun həyata keçirilir. 30-cu maddəyə (Deputatın səlahiyyət müddəti qurtardıqdan sonra təminatları) yeni əlavələr edilir.


.jpg)











