Sosial

Ölmək üçün özünə insulin iynəsi vurdu

23 Fevral 2018 20:05

Bakıda gənc oğlan intihar etmək məqsədilə özünə yüksək dozada insulin iynəsi vurub. Hadisə Nəsimi rayonu, Mərdanov qardaşları küçəsindəki mənzillərdən birində qeydə alınıb. 25 yaşlı O.M. xəstəxanaya yerləşdirilib. O, koma vəziyyətindədir.

Yara gec sağalır? - Təhlükəli simptom

23 Fevral 2018 19:55

Hər bir insan travmalar, kəsiklər, sıyrıntılar, yaralarla üzləşir. Bəzən insan fikir verir ki, yara uzun müddət ərzində sağalmır. Bu təhlükəli simptomdur. Diqqətli olun! Bəzən yaraların gec sağalması çox ciddi xəstəliklərin simptomu ola bilər.

Köp və onun səbəbləri

23 Fevral 2018 19:50

Bağırsaqlarda qazların əmələ gəlməsi normal fizioloji prosesdir və normada bu insana heç bir narahatçılıq vermir. Bu prosesin səbəbi qida və ya maye qəbulu zamanı udduğumuz hava və bağırsaqlarda yaşayan mikroorqanizmlərin fəaliyyəti nəticəsində əmələ gələn qazlardır. Adətən bu halda qazlar çox olmur, insana heç bir narahatçılıq vermir, ağızdan (gəyirmə zamanı) və düz bağırsaqdan xaric olunur və ya qana sorulur.

Babasıl zamanı qidalanma rejimi

23 Fevral 2018 19:44

Düzgün olmayan qidalanma bir çox hallarda müxtəlif xəstəliklərin kəskinləşməsinə səbəb olur və babasil burada istisna deyil. Babasilin əmələ gəlməsində və kəskinləşməsində qida faktoru əsas rollardan birini oynayır.

Xəbərdarlıq: Sürətli yemək piyləndirir!

23 Fevral 2018 19:33

Alimlər yavaş yeməyin piylənmə riskini azaltdığını müəyyənləşdiriblər. “The Guardian” qəzeti yazır ki, Yaponiya1933da şəkərli diabet xəstələrinin iştirakı ilə aparılan araşdırma nəticəsində yavaş və rejimlə yeyən insanlarda bel bölgəsindəki yağlanmanın və ümumi bədən kütlə indeksinin daha az olduğu məlum olub.

Cəlilabadda qadın naməlum şəxslər tərəfindən döyülüb

23 Fevral 2018 18:45

Cəlilabad sakini döyülüb. Məlumata görə, hadisə rayonun Alıqasımlı kəndində baş verib. Həmin kənd sakini Dilşad Xalıqova tanımadığı şəxslər tərəfindən döyülüb.  O, müxtəlif xəsarətlərlə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. D. Xalıqovaya ilkin tibbi yardım göstərilib.

Keyfiyyətli mikrodalğalı sobanı necə tanımalı? - ANİ BİR SƏHV ÖLÜM GƏTİRƏR

23 Fevral 2018 18:30

Texnologiyanın inkişafı nəticəsində bu gün insanların həyat səviyyəsi sürətlə yaxşılaşır. Artıq ölkəmizdə müxtəlif tipli məişət avadanlıqlar satılır. Ölkə bazarında ən müasir məişət texnikası mallarına rast gəlmək olar. Təbii ki, məişət avadanlıqlarının çeşidləri artdıqca, keyfiyyət və kəmiyyət fərqləri də artır. Belə olan halda isə alıcıların ən keyfiyyətli malı, normal qiymətə alması üçün həmin mallar haqqında standartları bilməlidirlər. Siz də yeni mikrodalğalı soba almaq istəyirsiz? Hansı məhsulu alacağınıza qərar verə bilmirsiz? O zaman bu yazını diqqətlə oxuyun.

Problem açıqlandı: Bakıya olunan axın...

23 Fevral 2018 18:05

Bakıya olunan axın şagirdlərin məktəblərə yerləşdirilməsində problem yaradır. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbəri Məhəbbət Vəliyeva jurnalistlərə deyib. Onun sözlərinə görə, Bakıda fəaliyyət göstərən 317 məktəbdən yalnız 31 məktəbdə ərazi prinsipi qoyulub: "Valideynlər çalışır ki, uşaqlarını yaşadığı, işlədiyi ərazilərdə məktəblər yerləşdirsinlər. Boş yer qalarsa, digər ərzailərə şagirdlər yerləşdirilir".