Könül Kərimova kommunal borcları ödəmir - 172 manat borcu var
23 Fevral 2018 23:09 SosialAparıcı Zaur Kamal müğənni Könül Kərimovanın komunal borclarını efirdə açıqlayıb.Zaur sənətçinin işıq pulu ödəmədiyini deyib. O bildirib ki, 172 manat borcu var.Kərimova onun sözlərini təsdiqləyib:"Düz deyir, dünən dedilər ki, 172 manat borcum var. Oğlum dedi ki, ana işıq pulunu ödəmək lazımdır. Dedim, gecikirəm, qayıdanda baxaram. İşığı çox işlədirəm, sevirəm. Evə girəndə hər yerdə işığı yandıra-yandıra gedirəm. Əlacım olsa, yatanda da yanılı qoyaram".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00