Sosial

Bilik Fondu Yaponiya Baş nazirinin müşavirini tələbələrlə görüşdürdü

9 Mart 2018 20:56

Martın 9-da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Dünya elmi Azərbaycanda” layihəsi çərçivəsində ADA Universitetində tədbir keçirilib. Olaylar.az bildirir ki, Bilik Fondu, Yaponiyanın ölkəmizdəki Səfirliyi və Azərbaycan Diplomatiya Akademiyası Universitetinin (ADA Universiteti) birgə təşkilatçılığı ilə “Yapon diplomatiyası və geosiyasi maraqlar” mövzusunda təşkil olunan tədbiri ADA Universitetinin prorektoru Fariz İsmayılzadə giriş sözü ilə açaraq, qonaqları seminar iştirakçılarına təqdim edib və onları universitetdə görməkdən məmnunluğunu dilə gətirib.

Texniki peşə məktəblərində maarifləndirmə tədbirləri

9 Mart 2018 20:53

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə martın 9-da Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsinə həsr olunmuş maarifləndirici tədbir keçirilib. Olaylar.az bildirir ki, mərkəzin direktoru Qalib Həsənov təlim-tədris müəssisəsinin əldə etdiyi uğurlardan danışaraq, kollektivdə gənclərin hərtərəfli inkişafına mühüm diqqət yetirildiyini bildirib, bu istiqamətdə Fond ilə Agentliyin əməkdaşlığının davamlı və əhəmiyyətli olduğunu qeyd edib.

Böyrəklərə daş yığan qidalar...

9 Mart 2018 19:00

Böyrək daşı xəstəliyi çox yayılmış pozulmadır. Bu xəstəliyin səbəbləri arasında: irsiyyət, azhərəkətli həyat tərzi, susuzlaşma, maddələr mübadiləsinin pozulmaları, bəzi vitaminlərin (xüsusilə A və D) çatışmazlığı, sidik ifrazı sisteminin iltihabları və s.

Allergiya ilə soyuqdəyməni necə ayırd edək?

9 Mart 2018 18:50

Yazın gəlişi ilə bir çox insanlarda allergiyanın əlamətləri meydana çıxır - zökəm, asqırma, öskürək, qözlərin, burunun qaşınması və s. Bəzən insanlar allergiyanın əlamətlərini soyuqdəymə kimi qiymətləndirərək lazım olmayan və effektsiz müalicələrə əl atır.

Əl-ələ tutmaq ağrını azaldır - Araşdırma

9 Mart 2018 18:20

Amerikada aparılan bir araşdırmaya görə, cütlüklər əl-ələ tutmaqla bir-birlərinin fiziki ağrılarını azalda bilirlər. Elm adamları toxunmaqla keçən anlaşılma hissinin ağrını azaldan kimyəvi maddələrin istehsalını artırdığını, əl-ələ tutan cütlüklərin ürək ritmlərinin və nəfəs almalarının bir müddət sonra sinxron təkrarlandığını ortaya qoyub.

Şirvanda yol çöküb

9 Mart 2018 18:03

Şirvanda magistral kanalizasiya xətti tutulub və nəticədə avtomobil yolu çöküb. Məlumata görə, Şirvan şəhərinin Xəqani küçəsində 200 metrdən çox məsafədə magistral kanalizasiya xəttinin tutulması nəticəsində yolun iki tərəfində yerləşən binalar üçün ciddi təhlükə yaranıb.

FHN Qəbələdə məktəbdə baş verən yanğın barədə məlumat yayıb

9 Mart 2018 17:54

Martın 6-da Qəbələ rayon Dövlət Yanğından Mühafizə Hissəsindən 14 km məsafədə yerləşən və çətin şəraitli yolu olan rayonun Laza kənd orta məktəbində yanğın baş verib. Məlumata görə, yanğın barədə ilk məlumat FHN-in Yanğından Mühafizə Xidmətinin Yanğınsöndürmə Qüvvələrinin İdarəetmə mərkəzinə həmin gün saat 13:27 dəqiqədə daxil olub.

İşəgötürənlərə əmək haqqının ödənilməsi  barədə məlumat verilib

9 Mart 2018 17:49

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 2018-ci il üzrə Tədbirlər Planına uyğun olaraq, əmək qanunvericiliyi və onun tətbiqinə dair növbəti məlumatlandırma tədbiri kimi, Abşeron rayonunda “Əmək haqqının ödənilməsinin formaları, qaydaları və əmək haqqından tutulmalar” mövzusunda seminar keçirib.

“Azərbaycan Xalq Cümhuriyyəti – 100” mövzusunda elmi konfrans keçiriləcək

9 Mart 2018 17:35

Martın 12-də, saat 11:00-da “Cümhuriyyət İli” çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu və Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti – 100” mövzusunda elmi konfrans keçiriləcək.

Şöbə müdiri: "Azərbaycanda böyrək alqı-satqısı yoxdur"

9 Mart 2018 17:20

"Son 10 ildə Azərbaycanda böyrək alqı-satqısı faktı qeydə alınmayıb". Bunu Respublika Klinik Uroloji Xəstəxanasının hemodializ şöbəsinin müdiri Fariz Babayev deyib: "Azərbaycanda son 10 ildir ki, xəstələrə böyrək köçürülür. İnsanlar böyrəklərin alqı-satqısı haqda çox danışırlar, lakin danışılanların heç bir əsası yoxdur. Heç bir tibb mərkəzində belə bir əməliyyat icra olunmayıb. Azərbaycan vətəndaşları Pakistanda, İranda, Türkiyədə öz böyrəklərini könüllü kiməsə verə bilirdilər. Lakin ölkəmizdə belə bir fakta rast gəlinməyib".

Bakının daha bir küçəsində hərəkət məhdudlaşdırılır

9 Mart 2018 17:19

Asfalt-beton örtüyünün yenilənməsi ilə əlaqədar olaraq Təbriz küçəsinin Əliyar Əliyev küçəsi ilə kəsişməsindən Ağa Nemətulla küçəsi ilə kəsişməsinədək olan hissəsində bu gecədən etibarən (martın 9-dan 10-na keçən gecə) avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bakıda ana qızları ilə oğurluq etdi - Mağaza görüntüləri yaydı

9 Mart 2018 17:17

Paytaxtda fəaliyyət göstərən "Nə alsan 1 manat" mağazalar şəbəkəsində oğurluq hadisəsi baş verib. Hadisə bu gün mağazanın Nərimanov filialında yaşanıb. Belə ki, alış-veriş edən ana və qızları xeyli sayda məhsulu çantalarına yığaraq götürmək istəyiblər. Ancaq onlar mağazanın təhlükəsizlik kameralarına tuş gələrək elə qapıdaca saxlanılıb. Oğurluq edən şəxslər polis bölməsinə aparılıb. 

Bir gündə 6 üzvü ölən ailə ilə bağlı YENİ XƏBƏR

9 Mart 2018 16:57

Sumqayıtda bir ailənin 6 üzvünün dəm qazından boğularaq ölməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Gültəkin Hacıbəylinin mülklərinin SƏNƏDLƏRİ

9 Mart 2018 16:56

Keçmiş deputat, hazırda müxalifət düşərgəsində olan Gültəkin Hacıbəyli ilə bağlı maraqlı məlumat yayıb.  Saytın xəbərinə görə millət vəkili olduğu dövrdə G. Hacıbəyli dəyəri milyon manatlarla ölçülən çox sayda mülk ələ keçirib. Xəbərə sözügedən əmlakların mülkiyyət sənədlərinin surəti də əlavə olunub. 

Bakıda fotostudiyalar niyə kütləvi şəkildə bağlanır?

9 Mart 2018 16:36

Bakıda yerləşən fotostudiyalar kütləvi şəkildə bağlanır. Əvvəllər qarşısında böyük növbələr olan bu obyektlərin çoxunun qapısı qıfıllıdır. Qalanları isə fəaliyyət istiqamətini dəyişərək dövrün tələbinə uyğunlaşıb. Məsələn, metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında yerləşən 10-dan çox belə fotostudiya geyim mağazası, daşınmaz əmlak satışı ofisi, lombard kimi fəaliyyət göstərir.