Sosial

“Kitabi Dədə Qorqud” dastanlarının müqayisəli təhlili” mövzusunda dəyirmi masa

13 Mart 2018 19:16

Azərbaycan Dillər Universitetində (ADU) fəaliyyət göstərən Germanistika İnstitutunun təşkilatçılığı ilə ““Nibelunqlar nəğməsi” və “Kitabi Dədə Qorqud” dastanlarının müqayisəli təhlili” mövzusunda dəyirmi masa keçirilib. Açılış nitqi ilə çıxış edən Almaniyanın Vürsburq Universitetinin və ADU-nun professoru, Osvold fon Volkenştayn Cəmiyyətinin prezidenti, xanım Ziglinde Hartman “Nibelunqlar nəğməsi” və “Kitabi Dədə Qorqud” dastanlarının müqayisəli şəkildə öyrənilməsinə həsr olunmuş simpoziumlar barədə məlumat verib. “Kitabi Dədə Qorqud” dastanının orijinal nüsxəsinin Drezden kitabxanasında saxlanıldığını qeyd edən Z. Hartman dastanın öyrənilməsində əvəzsiz rolu olan tanınmış türkoloqlardan söz açıb.

Qəhvə içmək sinə ölçülərini kiçildir?

13 Mart 2018 18:55

Araşdırmalara görə gündə bir neçə fincan qəhvə içən qadınların sinə nömrəsi kiçilir. 300-dən çox könüllü qadınlar üzərində edilən təcrübələrdə, bəzi qadınlar nizamlı qəhvə istehlak edərkən, bəzilərinin heç istehlak etmədiyi ifadə edildi.

Seyrək qaşlardan xilas olmağın 6 yolu...

13 Mart 2018 18:50

Qaşlar üzdəki gözəlliyi üzə çıxaran, sifətin ən önəmli hissəsidir. İncə qaş dəbi ilə ayaqlaşmaq nə qədər asandırsa, son zamanların dəbi olan qalın qaşla ayaqlaşmaq bir o qədər çətindir. Qaşı seyrək olan xanımlar qalınlaşdırmaq istəsə də, bu, onlarda çox zaman müvəffəqiyyətli alınmır. Əziz xanımlar sizlərə qaşları təbii üsullarla qalınlaşdırmağın sirlərini təqdim edirəm.

Nazir: "İşğal olunmuş ərazilərdə mədəni abidələrlə bağlı vəziyyət çox acınacaqlıdır"

13 Mart 2018 18:10

“Bizdə olan məlumata görə, Azərbayсanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində mədəni abidələrlə bağlı vəziyyət çox acınacaqlıdır. Onların arasında dünya əhəmiyyətli mədəni miras nümunələri də var”. Məlumata görə, bunu mədəniyyət və turizm naziriƏbülfəs Qarayev ATƏT Parlament Assambleyasının İpək Yoluna Dəstək Qrupunun Bakıda keçirilən beynəlxalq konfransında deyib. O bildirib ki, nazirlik bununla bağlı müvafiq beynəlxalq təşkilatlara müraciət edib: “Biz bu vəziyyətdən çox narahatıq. Narahatlığımızı müvafiq beynəlxalq təşkilatlara da bildirdik ki, müvafiq missiyalar həyata keçirsinlər. Amma təəssüf ki, müraciətimizlə bağlı müsbət nəticə görmürük”.

Nazirlik vergi ödəyicilərinə müraciət edib

13 Mart 2018 18:09

Vergilər Nazirliyi vergi ödəyicilərinə müraciət edib. Məlumata görə, nazirlik Novruz bayram ilə əlaqədar cari vergi öhdəliklərinin yerinə yetirilməsini, habelə müvafiq vergi bəyannamələrinin təqdim edilməsini mart ayının 20-dək həyata keçirməyi tövsiyə edib.

Tbilisidə 5 azərbaycanlı ailənin evi əlindən alınır

13 Mart 2018 17:38

Gürcüstanın paytaxtı Tbilisi şəhərində, Petriaşvili küçəsi-48 ünvanında yaşayan 7 ailə evsiz qalmaq təhlükəsi ilə üz-üzədir. Məlumata görə, həmin ailələrin 5-i azərbaycanlı ailəsidir.

Məktəb bufetlərində xaos və... aşkar korrupsiya əlamətləri

13 Mart 2018 17:36

Azərbaycanda təhsil müəssisələrində qidalanma üzrə dövlət standartları mövcud olsa da bu sahədə əsl xaos hökm sürür.virtualaz.org Azərbaycan məktəblərində bufetlərin vəziyyətini və bu sahədə fəaliyyətin necə qurulduğunu araşdırmağa çalışıb. Ortaya çıxan nəticə budur ki, məktəblərdə uşaqlara zərərli qidaların satışı sahəsində vəziyyət dəyişməyib, üstəlik məktəb bufetlərinin fəaliyyətinin təşkili ilə bağlı ciddi korrupsiya əlamətləri mövcuddur.

Böyük əfv" gözləntiləri: hətta İlqar Məmmədov və Əli İnsanov da...

13 Mart 2018 17:33

İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Novella Cəfəroğlu musavat.com-a verdiyi açıqlamada Əfv Komissiyasına təqdim etdikləri siyahıya sabiq səhiyyə naziri Əli İnsanov və REAL sədri İlqar Məmmədovun da adını saldıqlarını bildirib.

“Kimyəvi reaksiyaların sürəti. Tarazlıq” mövzusunda açıq dərs təşkil olunub

13 Mart 2018 17:26

AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Kimyəvi reaksiyaların sürəti. Tarazlıq” mövzusunda növbəti interaktiv açıq dərs keçirilib.

“Mədəni bitkilərin mənşəyi” adlı dərslik işıq üzü görüb

13 Mart 2018 17:20

Azərbaycan dilində tərtib olunan “Mədəni bitkilərin mənşəyi” adlı dərslik mədəni bitkilərin botaniki-coğrafi xüsusiyyətləri, nadir növləri, mənşəyi, yayılma arenası, kimyəvi tərkibi, əhəmiyyəti, sistematikası, çoxnövçülük mərkəzləri və onların mühafizəsi haqqında məlumatları özündə əks etdirir.

Altı rayon üzrə “Açıq dərs”lər

13 Mart 2018 17:15

Paytaxtın 6 rayonu üzrə məktəblərdə keçirilən “Açıq dərs”lər başa çatıb. “OLAYLAR” xəbər verir ki, Səbail, Yasamal, Nizami, Nəsimi, Xətai və Xəzər rayonları üzrə ümumi təhsil müəssisələrində təşkil olunan “Açıq dərs”lərdə Təlimə Dəstək Mərkəzinin əməkdaşları, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak edib.

BNA dayanacaqlara xəbərdarlıq elanları yerləşdirdi

13 Mart 2018 17:14

Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikası qanunun tələbinə uyğun olarq Bakı Nəqliyyat Agentliyi də bir sıra addımlar atıb. Agentliyin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsindən “OLAYLAR”-a bildirilib ki, BNA tərəfindən quraşdırılan dayanacaq pavilyonlarına xəbərdarlıq elanları vurulub.

Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

13 Mart 2018 17:07

Salyan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, martın 12-də saat 18 radələrində Salyan rayonunun Düzənli kəndində Yolüstü kənd sakini Pərviz Qaraxanovun idarə etdiyi “VAZ-21099” və Sumqayıt şəhər sakini Ruslan Şirəliyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə R.Şirəliyev və sərnişinlərindən anası Kəklik hadisə yerində ölüb, digər 1 sərnişini, habelə P.Qaraxanov xəstəxanaya yerləşdirilib. Salyan RPŞ tərəfindən araşdırma aparılır.

Zoologiya İnstitutu: "Azərbaycanda sağlamlığa ciddi təhlükə törədən qurdların ocaqlıqları aşkarlanıb"

13 Mart 2018 17:00

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutu tərəfindən 2016-2017-ci illərdə Azərbaycanın müxtəlif rayonlarında aparılan  tədqiqatlar nəticəsində 30 növ iynəcə, 10 növ otbiçən, 15 növ alaca kəpənəyi, 38 növ qarışçı kəpənəyi, 8 növ parabüzən, 9 növ arı, 64 növ hörümçək, 12 növ fır gənəsi qeydə alınıb. Bu barədə Zoologiya İnstitutunun şöbə müdiri Vüsalə Nərimanova məlumat verib.