Sosial

Şəkidə xəstəxananın direktoru tutuldu - Həkim səhlənkarlığı

3 Aprel 2018 12:30

Şəki Regional Perinatal Mərkəzinin direktor vəzifəsini icra edən şəxs tutulub. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Məlumat verildiyi kimi, Şəki şəhər sakini, 1987-ci il təvəllüdlü Türkan İlham qızı Məmmədovanın martın 28-də Şəki Regional Perinatal Mərkəzində qeysəriyə əməliyyatından sonra martın 31-də həmin mərkəzdə vəfat etməsi ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq, vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.

Gürcüstandan Azərbaycana gətirilən avtomobilin ban nömrəsinin saxtalaşdırıldığı müəyyən edilib

3 Aprel 2018 12:20

Avtonəqliyyat Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Gürcüstandan Azərbaycana gətirilən, Azərbaycan vətəndaşının idarə etdiyi, 2015-ci ildə istehsal olunan "Lexus ES250" markalı avtonəqliyyat vasitəsi saxlanılıb və avtomobilə baxış keçirilib. 

Aprelin 11-i Prezident seçkiləri günü olduğundan qeyri-iş günüdür

3 Aprel 2018 12:18

2018-ci il aprelin 11-i növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri günü olduğundan həmin gün qeyri-iş günüdür. Bu barədə  Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev məlumat verib.

Jurnalist generalın yanında yıxıldı – General arxasınca qaçdı – AZƏRBAYCANDA

3 Aprel 2018 12:12

Dünən sosial şəbəkələrdə jurnalist Aytəkin Alxaslının qəzaya düşdüyü görüntülər yayılıb. Məlumata görə, jurnalist skuteri idarə etmək qərarına gəlib. Lakin telejurnalistin bu cəhdi uğursuz alınıb və qəzaya uğrayıb. Xoşbəxtlikdən Aytəkin ciddi xəsarət almayıb.

Yıldırım Avropanı gözləyən bəladan danışdı: "Türkiyə qaçqınların qarşısını almasa..."

3 Aprel 2018 12:06

Əgər Türkiyə Avropa İttifaqına (Aİ) qaçqınların axınının qarşısını saxlamasa, Avropanı böyük problemlər gözləyir. Bunu Türkiyənin Baş naziri Binəli Yıldırım deyib. B.Yıldırım qeyd edib ki, əgər Türkiyə qaçqınların qarşısını kəsməsə, qaçqın adı altında terrorçular da Avropaya gələcək. Baş nazir əlavə edib ki, özünə qarşı ikili standartlara rəğmən Türkiyənin qaçqınları yerləşdirdiyinə görə Aİ ona minnətdar olmalıdır.

Aprel şəhidlərinin siyahısı Milli Rəqəmsal Yaddaş bazasına daxil edildi

3 Aprel 2018 12:04

AMEA-nın Mərkəzi Elmi Kitabxanası tərəfindən 2016-cı ilin aprel döyüşləri zamanı şəhid olan hərbçilərimizin siyahısı və onlar haqqında məlumatlar Milli Rəqəmsal Yaddaş (MRY) bazasına daxil edilib. Bundan əlavə, Azərbaycanın Milli Qəhrəmanları, Əfqanıstan müharibəsi və Qarabağ döyüşlərində həlak və şəhid olan azərbaycanlıların siyahısı da bu bazaya əlavə olunub.

Bu rayonlara içməli su məhdudiyyətlə veriləcək

3 Aprel 2018 11:58

Aprelin 3-də gün ərzində paytaxtın Abşeron, Binəqədi və Nəsimi rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Bu barədə məlumat “OLAYLAR”-a “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olub.

“Təhsil” Respublika İdman Mərkəzinin yığma komandası qalib olub

3 Aprel 2018 11:56

13-14 yaşlı  boksçular arasında ölkə birinciliyi keçirilib. “OLAYLAR” Təhsil Nazirliyinə istinadən xəbər verir ki, 19 çəki dərəcəsi üzrə 50-yə yaxın komandanın, 294 nəfər idmançının qatıldığı yarışda “Təhsil” Respublika İdman Mərkəzinin yığma komandası 6 qızıl, 2 gümüş və 4 bürünc medal  qazanaraq komanda hesabında birinci yeri tutub.

Naxçıvan-Məşhəd-Naxçıvan qatarının hərəkət cədvəlində dəyişiklik ediləcək

3 Aprel 2018 11:55

Naxçıvan-Məşhəd- Naxçıvan beynəlxalq sürət qatarının hərəkət cədvəlində və dövriyyəsində dəyişiklik ediləcək. “OLAYLAR”- a “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, 16/15 saylı Naxçıvan - Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarının hərəkət cədvəlində və dövriyyəsində dəyişiklik ediləcək. 

Bakıda aktrisa masaj salonuna getdi - Əxlaqsız təklif aldı - "Paltarları çıxara bilərsinizmi?" - GİZLİ ÇƏKİLİŞ

3 Aprel 2018 11:52

"Space" televiziyasının "Xəbərlər" departamentinin əməkdaşları Bakıda qadınlara masaj xdməti adı altında əxlaqsız təkliflər edən şəxsləri ifşa edib. Bu işdə onlara aktrisa Pərvanə Qafarova kömək edib.

Nəsimi rayonunda 2 aprel döyüşlərinin şəhidləri yad edilib

3 Aprel 2018 11:50

Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri İctimai Birliyi Nəsimi rayon şöbəsi 2016-cı ilin Aprel döyüşlərinin növbəti ildönümü münasibəti ilə tədbir keçirib.

Mart ayında 6 989 müraciət daxil olub

3 Aprel 2018 11:46

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Telefon Məlumat Mərkəzinə (telefon: (+99412) 599-12-22) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2018-ci ilin mart ayı ərzində vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. İdarədən “OLAYLAR”-a bildirilib ki, qeyd olunan müddət ərzində ümumilikdə, 6 989 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti dərhal cavablandırılıb və operativ şəkildə həll olunub.

Şahmat haqqında kitab

3 Aprel 2018 11:29

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən C.Naxçivanski adına Hərbi Liseyin müəllimi olmuş Vəli Vəliyevin vəfatının bir illiyi ilə əlaqədar onun “Şahmat milyonlarla insanın sevimli oyunudur” kitabı nəşr olunub.