Sosial

Azərbaycanda yeni medal təsis edilib

3 Aprel 2018 13:47

Azərbaycanda "Gəmiçilik sahəsində xidmətlərə görə" medalı təsis olunub. “Olaylar”ın xəbərinə görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Komitə sədri: “Bu sahə kiminsə inhisarına çevrilib”

3 Aprel 2018 13:46

“İnsanların daha çox qaldırdığı məsələ kreditlərlə bağlıdır. Bu məsələni ciddi araşdırılmalıdır”. “Olaylar”ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib. Deputat bildirib ki, insanların nə üçün kredit götürdüyü araşdırılmalıdır.

Deputat orden və medalların sayının azaldılmasını təklif edib

3 Aprel 2018 13:45

Milli Məclisin aprelin 3-də keçirilən plenar iclasında deputat Fazil Mustafa Azərbaycanda orden və medalların sayının artırılmasına etiraz edib. “Olaylar”ın xəbərinə görə, F. Mustafa bildirib ki, ölkədə orden, medalların sayı həddən artıq çoxdur və bunu ləğv etmək lazımdır:“Bir vaxtlar məsələ qaldırırdılar ki, Bakıya İkinci Dünya müharibəsi ilə bağlı qəhrəman şəhər adı verilsin.

Azərbaycanda keçmiş vəzifəli şəxs həbsdə öldü

3 Aprel 2018 13:38

Məlumata görə, hadisə Penitensiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb. Orada saxlanılan Rövşən Balaqardaş oğlu Hüseynov xəstəlikdən vəfat edib.

Çoxmənzilli binalarda əmlak vergisi hansı qaydada ödənilməlidir?

3 Aprel 2018 13:37

Hazırda təkcə paytatx Bakı şəhərində deyil, eləcə də respublikanın ayrı-ayrı bölgələrində çoxmənzilli yaşayış binlarının sayi artmaqdadır. Lakin binanın idarəedilməsi, istismar və kommunal xərcləri ilə bağlı çoxsaylı anlaşılmazlıqlar hələ də yaşanmaqdadır. Suallarımızı Hüquqşünas Alim Hüseynli cavablandırır.

“Mənim nəslimdə qeyrətsiz adam yoxdur” – Oğlu 13 yaşlı qızla cinsi əlaqədə olan ata

3 Aprel 2018 13:27

ARB TV-nin "Sirdaş Rövşanə” proqramına budəfə oğlu həbs olunan Maştağa sakini müraciət edib. O, oğlunun həbsinin yanlış qərar olduğunu bildirib. Belə ki, 20 yaşlı gəncə yetkinlik yaşına çatmayan biri ilə cinsi əlaqədə olması maddəsiylə cinayət işi qaldırılıb və onun barəsində həbs-qəti imkan tədbiri seçilib.

DİN-dən uşaq oğurluğu ilə bağlı məlumatlara münasibət: Məktəb direktoru Polis İdarəsinə çağırıldı

3 Aprel 2018 13:22

Daxili İşlər Nazirliyi Sumqayıtda 24 saylı orta məktəbin qarşısında uşaq oğurluğu ilə bağlı sosial şəbəkədə yayılan videogörüntüyə münasibət bildirib.

Rusiyanın Xəzər donanmasını Dağıstana köçürməsinin səbəbləri

3 Aprel 2018 13:19

Ötən gün Rusiyanın müdafiə naziri Sergey Şoyqu Hərbi Dəniz Qüvvələrinin Xəzər donanmasının bazasının Həştərxandan Dağıstana, Kaspisysk şəhərinə köçürüləcəyini rəsmən elan edib. Virtualaz.org xəbər verir ki, nazir hazırda Kaspiyskdə sahil infrastrukturunun və hərbçilər üçün mənzillərin inşa edildiyini bildirib.

Seks köləsi, qul kimi davranış… – Avropada işləmək adı ilə aldadılan azərbaycanlılar

3 Aprel 2018 13:03

Ölkəmizdə gənclərin iş tapmaqla bağlı ciddi problemləri olduğu hər kəsə məlumdur. Azərbaycanda az maaşa işləməyə razı olmayanlar və ya əcnəbi ölkədə yaşamaq arzusunda olanlar bu cür xidmətlər təklif edən şirkətlərə müraciət edirlər. Elə bunu fürsət bilən bəzi işbazlar isə gəncləri Avropada 1000-2000 manat maaşlıq işlə təmin edəcəyini vəd edib aldadırlar.

Ağır ürək əməliyyatı keçirən deputat parlamentin iclasına qatıldı

3 Aprel 2018 13:00

Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb. “Olaylar” xəbər verir ki, parlamentin sədri Oqtay Əsədov iclası açıq elan edib. Deputatlar iclasda 25 məsələnin müzakirəsini aparacaqlar.

Birinci sinfə qəbulla bağlı yenilik

3 Aprel 2018 12:55

Birinci sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı prosesində valideynlərə “Əlaqə” bölməsi vasitəsilə rəsmi müraciət etmək imkanı yaradılıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “OLAYLAR”-a bildirilib ki, indiyədək mektebeqebul.edu.az saytının “Əlaqə” bölməsində valideynlər yalnız qısa suallara cavab ala bilirdilərsə, artıq bu bölməyə yazılan müraciətlər rəsmi müraciət kimi qəbul edilir və müvafiq müddət ərzində cavablandırılır.

Komitə sədri: “Bu məsələdə susmaq olmaz”

3 Aprel 2018 12:54

“Xaricdə yaşayan bəzi azərbaycanlılar xalqı təhqir edirlər. Onlar hamını təhqir edirlər. Bu məsələdə susmaq olmaz”.

Ölü insan ətindən dönər hazırlanması barədə məlumatlara Agentlikdən KƏSKİN REAKSİYA

3 Aprel 2018 12:49

Qida Təhlükəsizliyi Agentliyi bəyanat yayıb. Agentlikdən verilən məlumata görə, bəyanatda qeyd olunur: "Azərbaycan dövlətinin əhalinin ərzaq məhsulları ilə təminatı strategiyasında qida təhlükəsizliyi olduqca mühüm əhəmiyyət kəsb edir. Qida təhlükəsizliyi insan sağlamlığı, ətraf mühitin mühafizəsi sahəsində ciddi rol oynayır və milli genefondun qorunmasında, sağlam nəslin yetişdirilməsində əsas amillərdəndir.