Gürcüstandan Azərbaycana gətirilən avtomobilin ban nömrəsinin saxtalaşdırıldığı müəyyən edilib
Avtonəqliyyat Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Gürcüstandan Azərbaycana gətirilən, Azərbaycan vətəndaşının idarə etdiyi, 2015-ci ildə istehsal olunan "Lexus ES250" markalı avtonəqliyyat vasitəsi saxlanılıb və avtomobilə baxış keçirilib.
3 Aprel 2018 12:20 SosialAvtonəqliyyat Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Gürcüstandan Azərbaycana gətirilən, Azərbaycan vətəndaşının idarə etdiyi, 2015-ci ildə istehsal olunan "Lexus ES250" markalı avtonəqliyyat vasitəsi saxlanılıb və avtomobilə baxış keçirilib. Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib. Müvafiq qaydada yoxlama zamanı həmin nəqliyyat vasitəsinin ban nömrəsinin saxtalaşdırıldığı müəyyən edilib. Faktla bağlı araşdırma aparılır. Trend.az