Sosial

“Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” mövzusunda dəyirmi masa 

5 Aprel 2018 09:12

 Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan ədəbiyyatı kafedrası və Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının birgə təşkilatçılığı ilə ADU-da “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” mövzusunda dəyirmi masa keçirilib. Tədbiri giriş sözü ilə açan Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov bildirib ki, multikulturalizm cəmiyyətimizdə əsrlərdən bəri gələn həyat tərzi və dünyagörüşüdür, Azərbaycanda multikutural həyat tərzi qədim tarixi və ənənələrə malikdir. M.İmanov minillik tarixə malik klassik Azərbaycan ədəbiyyatında bəşəri ideyaların təbliğ olunduğunu söyləyib və “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabında bu fikirlərin öz əksini tapdığını sözlərinə əlavə edib.

Günün ulduz falı

5 Aprel 2018 06:18

Uşağınızın ürək sağlamlığı üçün bu 10 əlamətə diqqət edin

4 Aprel 2018 20:00

Memorial Ataşehir / Şişli xəstəxanaları Uşaq Kardioloji Hissəsindən Prof. Dr. Naci Öner, uşaqlarda ürək xəstəliklərinin əlamətləri haqqında məlumatlar verib:

Elm adamları: İş və hobbilər zəka səviyyəsini artırır

4 Aprel 2018 18:45

Elm adamlarının apardığı tədqiqatlar nəticəsində bəzi iş və hobbilərin zəka səviyyəsini artırdığı məlum olub. Belə ki, zəkaya müsbət təsir göstərən hobbi növləri müəyyən edilib. Musiqi alətində ifa etmək və musiqi dinləmə hafizə tutumunu artırır. Musiqi həm də təhtəlşüura səbirli və dözümlü olmağı aşılayır. Stressin qarşısını alan meditasiya da hafizəyə müsbət təsir göstərir. Bu sahədə mütaliə ilk yerlərdən birini tutur.

Bir neçə dəqiqəyə üzün dərisini necə cavanlaşdırmaq olar?

4 Aprel 2018 18:40

Üz dəriniz cavanlaşmasını istəyirsinizsə, o zaman bu masknı həftədə 2-3 dəfə tətbiq edin. Aşağıdakı maskalar sizin üzünüzün dərisinin gözəlləşməsinə səbəb olacaq.

Nənə və babanın uşağın tərbiyəsinə təsiri

4 Aprel 2018 18:35

Son zamanlar qadınlar iş həyatında aktiv şəkildə yer almaqdadırlar. Əgər qadın evlidirsə və uşağı varsa, iş həyatı ilə birlikdə ortaya bir sıra problemlər çıxır. Bu problemlərdən biri ananın evdə olmadığı vaxtlarda uşağa qayğı göstərmək imkanının olmaması, işdən evə yorğun və gərgin halda gələndə uşağı ilə kifayət qədər vaxt keçirməməsi və sağlam ünsiyyət qura bilməməsidir.

Məmməd Səid Ordubadinin “Qılınc və Qələm” romanına həsr olunan elmi konfrans keçirilib

4 Aprel 2018 18:22

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Oxunması zəruri olan kitablar haqqında” 28 avqust 2017-ci il tarixli Sərəncamına əsasən AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu bölmənin Elektron kitabxanası ilə birgə tarixi romanların banisi Məmməd Səid Ordubadinin “Qılınc və Qələm” romanına həsr olunan elmi konfrans keçirilib.

45 yaşlı "Samuray" Gəncədə saxlanıldı

4 Aprel 2018 18:10

Gəncə Şəhər Baş Polis İdarəsi və Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, "Samuray" ləqəbli, əvvəllər dəfələrlə məhkumluq həyatı yaşayan, 45 yaşlı Həmid Axundov saxlanılıb.

Daşkəsənə güclü qar yağdı

4 Aprel 2018 17:51

Daşkəsənə gözlənilmədən güclü qar yağıb. Uzun müddətdir, mülayim hava şəraiti müşahidə olunan Daşkəsənə qəfildən qar düşüb. Gecə və səhər yağan qarın örtüyünün qalınlığı Daşkəsən rayon mərkəzində, eləcə də daha yüksəklikdə yerləşən Əmirvar, Qabaqtəpə, Astav, Alaxançallı kimi dağ kəndlərində 7-8 santimetrə çatıb.

Azərbaycan Texniki Universitetinə yeni prorektor təyin olunub

4 Aprel 2018 17:46

Təhsil naziri vəzifəsini müvəqqəti icra edən, nazir müavini Ceyhun Bayramovun əmri ilə Sübhan Namazov Azərbaycan Texniki Universitetinin (AzTU) Beynəlxalq əlaqələr üzrə prorektoru təyin olunub.

Ağstafada 25 mərmi tapılıb

4 Aprel 2018 17:39

Bu gün saat 13:21-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 13:41-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağstafa rayonu Ceyrançöl qış otlaq sahəsinin 1-ci sovxoz adlanan ərazisində 25-30 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub.

Azərbaycanda “Məşğulluq haqqında” yeni qanun layihəsi hazırlanıb

4 Aprel 2018 16:45

“Məşğulluq haqqında” qanun layihəsi yenidən hazırlanıb. Məlumata görə, qanun layihəsində məşğulluqla bağlı bütün tələb və qaydalar yeni formada təsbit olunub. Qanun layihəsi aprelin 6-də Əmək və sosial siyasət komitəsinin iclasında birinci oxunuşda müzakirəyə çıxarılacaq.

Hacıqabulda 10 kəndi birləşdirən 51.5 km-lik yol yenidən qurulur

4 Aprel 2018 16:26

Hacıqabul rayonunda Qarasu-Abdulabad-Talış-Meyniman-Muğan avtomobil yolu yenidən qurulur. Agentlikdən “OLAYLAR”-a bildirilib ki, layihə çərçivəsində 19 min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən Hacıqabul rayonu Qarasu-Abdulabad-Talış-Meyniman-Muğan avtomobil yolunun tikintisi ilə bağlı görülən işlər davam etdirilir.

"Sonuncu Dalan” kompyuter oyununun təqdimat mərasimi keçiriləcək

4 Aprel 2018 16:25

Aprelin 5-də “Sonuncu Dalan” kompyuter oyununun təqdimat mərasimi keçiriləcək. Bu barədə məlumat “OLAYLAR”-a Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən daxil olub. Bildirilib ki,  tədbirdə nazir Azad Rəhimov, PA nümayəndələri, nazirlik rəsmiləri və Milli Məclisin nümayəndələri iştirak edəcəklər. 

Nazim İbrahimov diaspor rəhbərinə “Tərəqqi” medalını təqdim edib

4 Aprel 2018 16:23

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə 28 dekabr 2017-ci il tarixli sərəncamı ilə təltif olunan Ukraynanın Dnepropetrovsk vilayətindəki Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin fəxri sədri Qüdrət Hacıyevə “Tərəqqi” medalı təqdim olunub.