Sosial
Uşaq bağçasında yanğın
Yevlaxda yanğın hadisəsi qeydə alınıb. Yevlax şəhərində uşaq bağçasının yerləşdiyi ikimərtəbəli binanın birinci mərtəbəsindəki xidməti otaqda yataq dəstləri yanıb.
Xanım deputat anasını dəlixanaya saldırmaq istəyir - biabırçı əmlak davası
Kişi qadını boşayarkən ona verdiyi hədiyyələri və zinət əşyalarını geri ala bilərmi?
Boşanma (talaq) zamanı kişi qadına vəd etdiyi mehriyyəni ödəməlidir. Eləcə də, dini və dünyəvi qanunlar çərçivəsində ümumi əmlakdan qadına pay verilməli, əgər azyaşlı uşaqlar varsa, ata onlar üçün maddi təminat (aliment) ödəməlidir.
Şamaxıya güclü qar yağıb
Şamaxı rayonunda iki gündür davam edən güclü leysan yağışları bu gün sulu qar, günün ikinci yarısından etibarən isə qarla əvəzlənib. Yağıntı ən çox rayonun dağlıq ərazilərinə düşüb. Pirbəhli, Qızmeydan, Dəmirçi, Zarat və Ərçiman dağ kəndlərində qarın qalınlığı 10-20 sm təşkil edib. Qarın yağması nəticəsində yeni çiçəkləməkdə olan meyvə ağaclarını şaxta vurub.
QMİ-dən Flora Kərimovaya cavab: “Həyətinizi qəbristanlığa çevirməyin”
Bu çörək ziyandır - MÜTƏXƏSSİS XƏBƏRDARLIQ EDİR
Aqil Abbasdan AĞIR SÖZLƏR: “Efirə lüt çıxıb...” - DAHA BİR RƏZALƏT
DSMF-nin əməkdaşı vəfat etdi
Lənkəranda Dövlət Sosial Müdafiə Fondunun mühafizəçisi ölü vəziyyətdə tapılıb. Azərbaycan Respublikasının Əmək və Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lənkəran Şəhər Şöbəsində təxminən 60 yaşında olan Axundov Seyran Fəxrəddin oğlu gözətçi otağında ölmüş vəziyyətdə iş yoldaşları tərəfindən aşkar olunub.
Deputat Astan Şahverdiyevin ölüm səbəbi - MİLLİ MƏCLİSDƏN AÇIQLAMA
"Milli Məclisin üzvü Astan Şahverdiyevin vəfat etməsi haqda informasiyamız var. Deputat rayonda vəfat edib. Ancaq onun ölüm səbəbləri haqda geniş bilgim yoxdur". Bunu Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu deyib.
Deputat Astan Şahverdiyev vəfat edib
Zaqatalada güclü leysan nəticəsində evləri su basıb, bir maşını sel aparıb, elektrik enerjisi kəsilib
Zaqatalaya yağan güclü leysan yağışları bir sıra fəsadlar törədib. Məlumata görə, aprelin 13-ü axşam saatlarından başlayaraq ölkənin şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür. Fasilələrlə qısamüddətli yağışlar yağır, havanın temperaturu 8-10 dərəcə düşüb. Aprelin 14-dən 15-ə keçən gecə Zaqatala rayonu ərazisində güclü leysan yağışları yağıb.
Əfqanıstanda 4 polis öldürüldü, 5-i yaralandı
Əfqanıstanın şərqində yerləşən sərhəd-keçid məntəqəsində "Taliban" terrorçularının hücumu zamanı 4 polis ölüb, daha 5-i yaralanıb.
Turist avtobusları "Wi-Fi"- la təchiz olunacaq
Azərbaycanda ekskursiya avtobuslarını portativ 3G/4G Wi-Fi routerləri ilə təchiz etmək planlaşdırılır. Bu barədə "Simbrella" şirkətindən məlumat verilib.
Abituriyentlərlər ikinci dəfə sınağa çəkilir
Xaçmazda polis əməkdaşı yol qəzasında ölüb
Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Məlumata görə, hadisə Xaçmaz-Hacıqurbanoba yolunda baş verib.













