Sosial
Ulduz falı: Mübahisələrdən yayının
Bu yaz qarderobunuzda gərəkən 8 dəbli əşya
Şübhələrdən xilas ol - O, həqiqətənmi xəyanət edir?
Bakı-Qazax yolunda qəza - Xəsarət alan var
Bakı-Qazax avtomobil magistralında yol-nəqliyyat hadisə baş verib. Yolun Samux rayonu, Zazalı kəndi ərazisindən keçən hissəsində hərəkətdə olan “Mercedes” markalı sərnişin avtobusu ilə “Chevrolet” markalı minik avtomobilinin toqquşması nəticəsində minik maşınında olan sərnişin, Bakı şəhər sakini, 1972-ci il təvəllüdlü Həsənova Kəmalə Qara qızı xəsarət alıb.
"Azərbaycanlı startap “Seedstars Summit 2018 ” müsabiqəsinin finalında təmsil olunub
Azercell Telekom və PAŞA Bankın dəstəyi ilə fəaliyyət göstərən Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanlı startap İsveçrənin Lozanna şəhərində “Seedstars Summit ” müsabiqəsində iştirak edib. Altmışdan çox startapın qatıldığı müsabiqədə 12 nəfər finalçı seçilərək 1.000.000 ABŞ dolları qazanmaq uğrunda yarışıblar. Azərbaycanı müsabiqədə ötən il ölkədə keçirilən seçmə turun qalibi “Wake Me Up” layihəsi təmsil edib. Nəzərinizə çatdıraq ki, “Wake Me Up”, xüsusi olaraq hazırlanmış eynək vasitəsi ilə qəzalara səbəb olan vəziyyətlərdə ani gələn yuxunun qarşısını alan yeni və əvəzedilməz texnologiyadır. Mexanizmin işləmə prinsipinə əsasən emal qurğusu sensordan gələn siqnalı qəbul edərək 1 saniyə belə gecikmə olmadan eynək üzərində yerləşdirilmiş səs və vibrasiya sensorlarını işə salır. Hər dəfə yatmaq təhlükəsi yarananda cihaz bunu müəyyən edərək təhlükələrin qarşısını alır.
SAM Azərbaycanın makroiqtisadi göstəricilərinə dair infoqrafika nəşr etdirib
Azərbaycan Çində keçirilən turizm sərgisində təmsil olunur
16-18 aprel 2018-ci il tarixində Çin Xalq Respublikasının Pekin şəhərində keçirilən “COTTM 2018” beynəlxalq turizm sərgisində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi təmsil olunur. “OLAYLAR” Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, bu məqsədlə sözügedən sərgidə nazirliyin Turizm şöbəsinin Planlaşdırma və inkişaf sektorunun böyük məsləhətçisi Cavid Abdullayev iştirak edir.
Bakcell layiqli əməyi və iqtisadi artımı təşviq edir
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti BMT-nin Azərbaycan Nümayəndəliyinin “ASAN Radio” ilə hazırladığı “Qlobal məqsədlər” verilişinin tərəfdaşıdır.
Paytaxtda yeni virus yayılıb? – Professor açıqladı
Son vaxtlar əhali arasında, xüsusən də uşaqlarda qızdırma, öskürək kimi halların geniş yayılması müşahidə olunur. Paytaxtda artan bu xəstəliyin yeni bir virus olması haqqında gəzən şayiələr insanlar arasında narahatlıq yaradır.
Pakistan Milli Müdafiə Universitetinin nümayəndə heyəti ölkəmizdə səfərdədir
“Azərsu” rəhbəri doktorant və dissertantlarla görüşüb
“Azərsu” ASC-də “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun (ETLİ) fəlsəfə doktorluğu üzrə doktorantura və dissertanturasına qəbul olunan namizədlərlə görüş keçirilib. “OLAYLAR”-a Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, “Azərsu” ASC sədri Qorxmaz Hüseynov elm , təhsil və istehsalat müəssisələri arasında əməkdaşlığın əhəmiyyəti barədə məlumat verərək Səhmdar Cəmiyyətin elmi potensialın gücləndirilməsi, kadr hazırlığı və təcrübə mübadiləsinin genişləndirilməsi məqsədi ilə Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti, Memarlıq və İnşaat Universiteti ilə sıx əməkdaşlıq edir. “Sukanal” ETLİ-də Bakı Dövlət Universitetinin, eləcə də Memarlıq və İnşaat Universitetinin müvafiq kafedralarının filiallarının yaradılması tələbə, magistr və doktorantların praktiki bilik, bacarıq və vərdişlərinin formalaşdırılması, müxtəlif elm sahələrində elmi yeniliklərin və innovasiyaların tədris prosesinə tətbiqi, müvafiq ixtisas sahələri üzrə aparıcı mütəxəssislərin tədris prosesinə cəlb edilməsi və birgə elmi tədqiqatların aparılması baxımından da əhəmiyyətlidir.
Bayılda evləri dağılmış sakinlərə veriləcək yardımın miqdarı açıqlandı
Səbail rayonu, Bayıl yaşayış sahəsində yerləşən Cənubdərə adlanan ərazidə 10 fevral 2018-ci il tarixdə baş vermiş lokal torpaq sürüşməsi nəticəsində ziyan çəkmiş 6 fərdi yaşayış evində yaşayan vətəndaşlara birdəfəlik maddi yardım verilməsi məqsədilə Baş nazir Artur Rəsi-zadə tərəfindən Nazirlər Kabinetinin müvafiq sərəncamı imzalanıb.
56 rayon və şəhərdə əmək yarmarkaları keçiriləcək
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin 2018-ci il üzrə İş Planına uyğun olaraq, bu il respublikamızın 56 rayon və şəhərində əmək yarmarkalarının keçirilməsi planlaşdırılır.
Zaqatalada 200-ə qədər həyət su altında qaldı, sel avtomobili apardı
Güclü yağış Zaqatala rayonunda ev və həyətyanı sahələrə ziyan vurub. Bu barədə Zaqatala rayon İcra Hakimiyyəti başçısının müavini İlkin Şəfizadə məlumat verib. Qurum rəsmisi bildirib ki, güclü yağış nəticəsində Zaqatalanın Mazıx kəndinin ərazisindən axan Dəliçay və Tala kəndi ərazisindəki Talaçay çayları məcrasından çıxıb: "Nəticədə qısa müddətli sel yaranıb və kəndlərdə əsasən təsərrüfatlara ziyan dəyib. Mazıx kəndində 200-dən artıq evin həyətyanı sahəsini su basıb, 15-ə yaxın ikimərtəbəli evin birinci mərtəbəsinə su dolub, təsərrüfata ziyan dəyib. Hadisə zamanı Dəliçayın üzərindən keçən Mazıx kənd sakininə məxsus “VAZ 2106” markalı maşını sel körpüdən çaya aşırıb, xəsarət alan olmayıb".
320 nəfərin Azərbaycana girişinə qadağa qoyuldu - NİYƏ?
Ölkəmizdə miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, o cümlədən qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən həyata keçirilən tədbirlər cari ilin I rübü ərzində də davam etdirilib.










.jpg)



