Sosial
Nəsimi rayonunda aztəminatlı ailələrin göz müayinəsi təşkil edilib
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95 illiyi ilə bağlı Nəsimi rayonunda silsilə tədbirlər davam edir. Bu dəfəki tədbir rayon sakinlərinin pulsuz göz müayinəsi olbu. Belə ki, Nəsimi rayon İcra Hakimiyyətinn təşkilatçılığı ilə rayonun müxtəlif tibb ocaqlarında sakinlərin göz müayinəsi təşkil edilib. “Olaylar” xəbər verir ki, tibb ocaqlarında ixtisaslı həkimlər tərəfindən sakinlərin görmə qabiliyyətləri müəyyən edilib, göz dibi təzyiqinin və hansısa xəstəliyin əlamətinin olub-olması yoxlanılıb. Həkimlər görmə problemi olanlara yerindəcə müəyyən tibbi xidmət göstərib, bəzilərinə isə məsləhətlər və ambulator müalicəsi üçün müvafiq reseptlər veriblər.Həmçinin aztəminatlı ailələrdən görmə qabiliyyəti zəyif olan bir qrup məktəbliyə eynəklər hədiyyə edilib.
Bu gün son gündür! Sabahdan cərimə oluna bilərsiniz
"VAZ", "QAZ", "Moskviç", "ZAZ", "UAZ" markalı və digər MDB istehsalı olan minik avtomobilləri üzrə baxış müddəti başa çatır. May ayının 1-dən etibarən texniki baxışdan keçməyən həmin markalı nəqliyyat vasitələri cərimələnəcək.
Sənəd qəbulunun vaxtı uzadıldı
Azərbaycanlı zəvvarlar üçün kvota artırılıb və sənəd qəbulunun vaxtı uzadılıb
Azərbaycandan bu il Həcc ziyarətinə gedəcək zəvvarlar üçün ayrılan kvotada artım olub, səbəd qəbulunun vaxtı isə 10 gün uzadılıb.
Azərbaycanın tanınmış hüquqşünası vəfat etdi
Nadirdən sərt sözlər: "... səsi gələndə dalğanı dəyişirəm"
4 gün yalnız banan yesəniz... – MÖCÜZƏVİ PƏHRİZ
Feysbuk bu istifadəçilərə 17500 dollar verməlidir – ƏGƏR…
DYPİ dayanma-durma qaydalarını pozanlara xəbərdarlıq etdi
"Paytaxtın yollarında hərəkət iştirakçılarının təhlükəsizliyinin etibarlı təminatı, ləngimələri yaradan hallar üzrə müşahidə olunan xətaların aradan qaldırılması diqqət mərkəzindədir. Hər bir hərəkət iştirakçısı təkcə qanun qadağaları ilə yox, həm də mənəvi məsuliyyətini aydın dərk etməlidir ki, dayanma, durma və parklanma qaydalarının pozulması, yollarda sıxlıq, tıxaclar və ləngimələr yaradır". Bunu Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
Abituriyentlərin nəzərinə: Ərizə qəbulu bu gün başa çatır
Məktəblilərin yaz tətilinin vaxtı dəyişdi: sabahdan...
Bürclər – 30 aprel
At və eşşək ətini mal ətindən ayırmağın 3 YOLU
Böyüklərə aman verməyən xəstəlik - quru öskürək
Səyyar ASAN xidmət bölgələrdə
Səyyar ASAN xidmət 3 may Zərdab rayonunda,10 may Xaçmaz şəhərində, 4 may Xızı şəhərində,19 may Şirvan şəhərində, 7 may Binə qəsəbəsində, 15 may Ağdaş, Qovlar şəhərlərində, 1 – 25 may Şabran rayonunda, 1 – 30 may Biləsuvar, Zaqatala şəhərlərində vətəndaşlara səyyar formada xidmət göstərəcək. Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.














