Sosial

Qida Təhlükəsizliyi Agentliyi Qurban bayramı ilə bağlı əhaliyə müraciət edib

14 Avqust 2018 11:41

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) xalqımızı qarşıdan gələn Qurban bayramı münasibəti ilə təbrik edir. Agentlik bayram ərəfəsində vətəndaşlara və bu sahədə fəaliyyət göstərən şəxslərə dini ayinlərlə yanaşı həm də müvafiq qanunvericiliyin tələblərinə uyğun heyvan kəsiminin həyata keçirməsini tövsiyə edir.