Sosial

Təhsil Nazirliyi Gürcüstanın Azərbaycandilli məktəblərinə dərsliklər göndərib

10 Sentyabr 2018 11:58

Azərbaycanın Təhsil Nazirliyi Gürcüstanın Azərbaycandilli məktəblərinə 2018-2019-cu tədris ili üçün dərsliklər göndərib. “OLAYLAR” nazirliyə istinadən xəbər verir ki, göndərilən vəsaitlərə 1-11 ci siniflər üçün, ümumilikdə, 24 127 ədəd "Azərbaycan dili” və "Ədəbiyyat” dərsliyi daxildir.

Bakının gözəlliyi “Los Angeles Times” qəzetinin ispandilli versiyasında

10 Sentyabr 2018 11:42

ABŞ-ın nüfuzlu “Los Angeles Times” qəzetinin ispandilli versiyası olan “Hoy Los Angeles” qəzetində 7 sentyabr 2018-ci il tarixində qəzetin baş redaktoru Alexandro Masielin (Alejandro Maciel) müəllifliyilə Bakı şəhəri haqqında geniş məqalə dərc edilib. Qeyd edilməlidir ki, 1 milyonluq tiraja malik “Hoy Los Angeles” qəzeti ABŞ-ın ən böyük və nüfuzlu ispandilli mətbu orqanıdır. Bütün ABŞ-da 55 milyon, Kaliforniyada 15 milyon, Los Anceles vilayətində isə 5 milyonadək ispandilli əhali mövcuddur və bu icmanın ABŞ-ın siyasi və iqtisadi həyatındakı nüfuzü günü-gündən artmaqdadır.

Məktəblilər beynəlxalq olimpiadada dörd medal qazandılar

10 Sentyabr 2018 11:40

Rusiya Federasiyasının paytaxtı Moskvada keçirilən III Beynəlxalq Meqapolis Olimpiadasında ölkəmizi təmsil edən məktəblilər fərdi və komanda yarışlarında uğurla çıxış ediblər.

Nazirlik reyd keçirdi - 14 ağac kəsildi

10 Sentyabr 2018 11:39

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.

Sabah Məhərrəm ayı başlayır

10 Sentyabr 2018 10:07