Sosial

Meksika Senatında Novruz Bayramı təntənəsi

23 Mart 2019 17:50

Meksika Birləşmiş Ştatları Senatı binasında “Beynəlxalq Novruz Bayramı Günü” təntənəli şəkildə qeyd olunub. Olaylar.az bildirir ki, tədbir Meksika Senatının Xarici Əlaqələr Komissiyasının təşkilatçılığı və Azərbaycan, İran, Pakistan, Türkiyə və Gürcüstan Səfirliklərinin dəstəyi ilə keçirilib.

Kaliforniyada Novruz bayramı

23 Mart 2019 17:22

Xalqımızın ən əziz bayramlarından olan Novruz bayramı 15-16 mart 2019-cu il tarixlərində Kaliforniyanın San Dieqo  şəhərində təntənə ilə qeyd edilib. Olaylar.az bildirir ki, tədbir Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun dəstəyi və Kaliforniya Azərbaycan Dostluq Assosiasiyasının (California Azerbaijan Friendship Association - CAFA) təşkilatçılığı ilə San Dieqonun tanınmış Cafe 21 məkanında keçirilib. Bayram şənliyində Kaliforniyada yaşayan Azərbaycan icmasının üzvləri, həmçinin Kaliforniyanın müxtəlif şəhərlərindən olan amerikalı qonaqlar iştirak edib.