Sosial

Ermənistan nə qədər tez reallıqla razılaşsa...  Münaqişə bir o qədər tez həllini tapacaq

30 Sentyabr 2020 15:56

Cari ilin 29 sentyabr tarixində Azərbaycan Respublikasının ATƏT yanında Daimi nümayəndəliyi ATƏT-in Daimi Şurasının xüsusi iclasında çıxış edib.

FHN cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı

30 Sentyabr 2020 15:41

Ermənistan silahlı qüvvələri beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobudcasına pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından atəşə tutmağa davam edir. Bunun nəticəsində mülki obyektlərdə dağıntı və yanğınlar baş verir, dinc əhalinin, eləcə də dövlət əmlakına ciddi ziyan yetirilir. “Olaylar” xəbəır verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildiril

Paytaxt üzrə 28 direktor vəzifəsi vakansiyaya çıxarılıb

30 Sentyabr 2020 15:11

 Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsinə 28 vakant yer çıxarılıb.

Dövlət Komitəsinin sədri Özbəkistan səfiri ilə görüşüb

30 Sentyabr 2020 14:54

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı sentyabrın 30-da Özbəkistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Baxrom Aşrafxanovla görüşüb.

Müharibə veteranlarının bəziləri hələ də haqqını ala bilmir

30 Sentyabr 2020 14:49

"Səfərbərlik xidmətinin gördüyü ən yaxşı işlərdən biri də gənclərə təlim keçirilməsidir. Bununla da gənclər döyüşlərə hazır olur. Bu qurumun 10 illlik medalının təsis olunması da çox gərgin iş dövrünə təsadüf edir”

Beynəlxalq həmkarlar ittifaqları təşkilatlarından AHİK-ə ünvanlanan məktublarda Azərbaycan xalqının haqq işi dəstəklənir

30 Sentyabr 2020 14:48

Qardaş Türkiyənin həmkarlar ittifaqlarının rəhbərləri, o çümlədən “Hak-İş” Həmkarlar İttifaqları Konfederasiyasının sədri Mahmud Arslan, “Türk-İş” Həmkarlar İttifaqları Konfederasiyasının sədri Ergün Atalay, “Memur-Sen” Həmkarlar İttifaqları Konfederasiyasının sədri Ali Yalçın, “Türk-Metal” Həmkarlar İttifaqları Konfederasiyasının sədri Pevrul Kavlak, eləcə də Albaniya Müstəqil Həmkarlar İttifaqları Birliyinin  prezidenti Gezim Kalaya AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin ünvanına göndərdikləri məktublarda  Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozmasını, dinc əhalimizin məskunlaşdığı əraziləri atəşə tutmasını qınadıqlarını, Azərbaycan Ordusunun düşmənə qarşı əks hücumlarını qətiyyətlə dəstəklədiklərini, xalqımızın haqq işi uğrunda mübarizəsinə həmrəy olduqlarını ifadə edirlər.

Gömrük Komitəsindən daha bir Yenilik

30 Sentyabr 2020 14:30

Mövcud vəziyyətlə əlaqədar internetdə yaranan məhdudiyyətlər beynəlxalq poçt göndərişləri və daşıyıcı şirkətlər vasitəsilə xaricdən edilən sifarişlərin “Smart customs” mobil tətbiqi ilə məcburi bəyan olunmasında müvəqqəti çətinliklər yaradıb.

Abituriyentlərin DİQQƏTİNƏ: müddət uzadıldı

30 Sentyabr 2020 14:20

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq üçün ixtisas seçiminin müddəti uzadılıb.

“Təhsil haqqında” qanuna dəyisiklik edildi

30 Sentyabr 2020 14:04

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Təhsil haqqında" qanuna dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. “Olaylar” xəbər verir ki, qanuna təklif edilən dəyişikliklə yeni tipli təhsil müəssisələrinin yaradılması nəzərdə tutulur. Qanunun 14-cü maddəsinə (Təhsil müəssisəsi) təklif edilən dəyişikliklə valideyn himayəsindən məhrum uşaqlar üçün ümumtəhsil internat məktəbləri, inteqrasiya təlimli ümumi təhsil müəssisələri, inteqrasiya təlimli internat tipli təhsil müəssisələri, inteqrasiya təlimli internat tipli gimnaziyalar təhsil müəssisələrinin tipləri və növləri siyahısına daxil edilir.

Qənirə Paşayevadan DAHA BİR ÇAĞIRIŞ- Ali məktəblərdə HƏRBİ DƏRSLƏR bərpa edilsin

30 Sentyabr 2020 13:53

Millət vəkili həmkarlarını öz maaşlarını Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna köçürməyi təklif edən xanım Paşayeva, həmkarlarını həmçinin qanvermə aksiyasına dəvət edib. Dövlətimizin gərəkən ehtiyatlara, o cümlədən yetərli qan bankına malik olduğunu, bunun rəsmi şəkildə bildirildiyini xatırladan Millət vəkili, öncəbhədə qızğın döyüşlər getdiyini və bu aksiyanın ehtiyacdan daha çox mənəvi dəstək ifadəsi olacağına, örnək təşkil edəcəyinə diqqət çəkib.

MM-in Hesablayıcı komissiyasının tərkibi Yeniləndi

30 Sentyabr 2020 13:48

 Milli Məclisin Hesablayıcı komissiyasına yeni üzv seçilib. “Olaylar”  xəbər verir ki, bununla bağlı məsələ parlamentin payız sessiyasının ilk  plenar iclasında müzakirəyə çıxarılıb. 

Deputatlarımız Qırğızıstanda parlament seçkilərini izləyəcəklər

30 Sentyabr 2020 13:47

 Milli Məclisin bir qrupu deputatı Qırğızıstanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün oktyabrın 1-də Bişkek şəhərinə səfər edəcək.